Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   2   3   4   5   6   7   8   9   ...   37

uğursuz vəzifə bölgüsü aparması, 1997-
ci ilin iyulundan etibarən Türkiyəni 4 il 
boyunca  xalqın  maddi  və  mənəvi 
cəhətdən  çətinliklər  çəkdiyi  bir  dövrün 
içinə salmışdır. 
Laiklik (sekularizm və dünyəvilik) və 
Atatürkçülük  mübahisələri  nəticəsində 
post-modern  çevriliş  ilə  Ərbakan  istefa 
vermək məcburiyyətində qaldı. 1997-ci il 
21 mayda Ali Məhkəmə Respublika Baş 
Prokuroru  Vural  Savaş  RP-nın  bağlan-
ması  üçün  Konstitusiya  Məhkəməsinə 
müraciət  etdi  və  partiya  bağlandı. 
Qurucusu  olduğu  “Milli  Görüş”  hə-
rəkatının  2001-ci  ildə  bölünməsindən 
sonra  Ərbakanın  da  dəstəklədiyi  Milli 
Görüşçü qanad Rəcai Kutan rəhbərliyin-
dəki  “Səadət”  Partiyasını  qurdu.  Daha 
sonra partiyanın sədrliyini icra etdisə də, 
siyasi  fəaliyyətinə  yasaq  qoyulduğu 
üçün  işindən  əl  çəkməyə  məcbur  oldu. 
Cəzası qurtardıqda da səhhətində yara-
nan problemlərə görə yenidən vəzifəsinə 
qayıda bilmədi.
O,  2010-cu  il  17  oktyabrda  təkrarən 
“Səadət”  Partiyasının  sədri  seçildi. 
Səhhətinin getdikcə pisləşməsinə baxma-
yaraq, vəfat etdiyi günədək qərargahları 
ilə  əlaqə  saxlamış,  partiya  və  ölkədaxili 
məsələlər ilə bağlı görüşmələrinə davam 
etmişdir.
19  yanvar  2010-cu  ildə  ayağında 
yaranan  damar  iltihabı  xəstəliyinə  görə 
xəstəxananın  reanimasiya  şöbəsində  bir 
müddət  müalicə  olunmuşdur.  Sonra 
tənəffüs  və  ürək  çatışmazlığından  əziy-
yət çəkdiyinə görə Ankaradakı “Güvən” 
xəstəxanasının  reanimasiya  şöbəsində 
müalicə olunmasına baxmayaraq, tənəf-
füs çatışmazlığı baş verdiyi üçün ürək və 
digər orqanların da yaratdığı narahatlıq-
dan  27  fevral  2011-ci  il  saat  8:50-də 
şüurunu  itirərək  koma  vəziyyətinə 
düşmüş, saat 11:40-da həkimlərin bütün 
səyinə  və  həyati  funksiyalarının  bərpa 
edilməsinə  çalışmalarına  baxmayaraq, 
onun  həyatını  xilas  etmək  mümkün 
olmamışdır. 
12
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Vəsiyyətinə  əsasən  rəsmi  dövlət 
mərasimi  təşkil  olunmamış  və  1  mart 
2011-ci  il  cərşənbə  axşamı  günü  zöhr 
namazının  ardınca  Fateh  Camesində 
qılınan  cənazə  namazından  sonra  Zey-
tunburnu  Mərkəzəfəndi  Qəbiristan-
lığında  dəfn  edilmişdir.  Qəbrinə  onu 
sevənlər tərəfindən Türkiyənin müxtəlif 
bölgələrindən gətirilən torpaqlarla bəra-
bər Qüds, Şimali Kipr Türk Respublikası 
(ŞKTR), bosniyalı lider Aliya İzzətbeqo-
viçin  qəbrindən  gətirilən  torpaqlar  da 
səpilmişdir.
Cənazə mərasimində Prezident, Milli 
Məclisin  Sədri,  Baş  Nazir,  partiya 
sədrləri, nazirlər, deputatlar, TSQ (Türk 
Silahlı  Qüvvələri)  mənsubları,  səfirlər, 
bələdiyyə sədrləri, müxtəlif partiyaların 
nümayəndələri,  60  ölkədən  gələn  hərə-
kat liderləri və təmsilçiləri iştirak etmiş, 
cənazə  namazı  iki  milyondan  çox  şəxs
cənazə  namazı  iki  milyondan  çox  şəxs 
tərəfindən qılınaraq, nəşi ailə qəbiristan-
lığının yerləşdiyi Mərkəzəfəndi Qəbiris-
tanlığında dəfn edilmişdir.
Məkanı Cənnət olsun! AMİN! 
MİLLİ  GÖRÜŞ
13
Ərbakan Xoca xüsusi buraxılış


MÜDRİK MÜCAHİDƏ
SALAM OLSUN 
İctimai  parçalanma  və  dəyişiklik... 
İslam  dünyasındakı;  son  iki  yüzillikdə 
sürətlənən  və  zirvəyə  çıxan  siyasi, 
iqtisadi, ictimai və mədəni pozğunluq və 
çöküntü... 
Qərb  mədəniyyətinin;  gücü  üstün 
tutan  və  istismarçı  düşüncənin  kəskin, 
yandırıcı və yoxedici təxribatı qarşısında 
İslam mədəniyyətinin kimliyini, dayanı-
şını  və  müqavimətini  itirən  müsəlman-
ların  vəziyyəti...  Yağmalanan  İslam 
coğrafiyası  və  talanan  digər  dövlətlərin 
məzlum, əzilmiş və kölə halına düşmüş 
xalqların vəziyyəti... yaxın tarixin qaran-
lıq səhifələri içində əqidəsi, əxlaqı, kitabı, 
tarixi və mədəniyyəti ilə əlaqəsi kəsilərək 
dəyişdirilməyə  çalışılan  bağrı  yanıq 
Türkiyə müsəlmanları... Sistemli şəkildə, 
mərhələ-mərhələ İslamı öyrənmək, başa 
düşmək və o fikirlərlə yaşamağın önünə 
çəkilən  dəmirdən  divarlar...  İstiqamətin 
Beytullahdan  (Allah  Evindən)  Qərbə 
doğru yönəldiyi bir zaman kəsiyi. 
Həyatın  bütün  sahələrindən  dini 
dəyərlər  qovulur,  vicdanlar  susdurulur, 
həbs  edilir  və  dinin  toxunulmazlıqları 
ayaqlar altına alınırdı. Bunları edən gücü 
əlində tutan elit bir təbəqədir. Rəhbərlik 
etmək və məhv etmək zamanı onların idi. 
Əzilən,  qorxu  ilə  söndürülən  və 
14
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


susdurulan  müsəlmanların  səsini  kim 
eşidəcək?  Onlara  yardım  əlini  kim 
uzadacaq? Fəqirləşən və əxlaqi pozulma-
nın içinə sürüklənən kütlələrin fəryadına 
kim qulaq asacaq? 
Etiqadı, zəkası, çalışqanlığı, bilgisi və 
inandığı  ilə  iş  görmə  dözümlülüyü  ilə 
məzlum xalqa qulaq asacaq, problemləri-
ni həll edəcək, mən varam, – deyəcək bir 
səs  yüksəldi.  Qəlbləri  fəth  edəcək, 
kütlələri  hərəkətə  gətirəcək  bu  səsin 
sahibi  Müdrik  Mücahid  Prof.  Dr.  Nəc-
məddin  Ərbakandan  başqası  deyildi. 
Universitetdən,  Palatalar  Birliyindən, 
Konyadan  yüksələn  bu  səs  Türkiyə  sə-
malarında  əks-səda  verirdi.  Qısa  za-
manda  İslam  Dünyasına  və  insanlığa 
yayılacaqdı. 
Tarixi  keçmişdən  gələn,  yeni  formalı 
şəkli ilə adına “Milli Görüş” deyilən ulu 
bir karvan. Mənəviyyat böyüklərinin və 
elm ərbabının başlama əmrini verdiyi bir 
hərəkat.  İllərdən  bəri  yığılmış  problem-
iqtidar  və  idarəçilikdə  də  söz  sahibi 
olması lazım idi. 
“O kəslər ki əgər onlara yer üzündə 
iqtidar  versək  (idarə  etmə  haqqı  və 
qüdrət versək), namaz qılar, zəkat verər, 
əmrun  bil-məruf  və  nəhyun  ənil-
münkər  edərlər.  Bütün  işlərin  sonu 
(aqibətul-umur) Allaha aiddir” ayəsinin 
nəzərə aldığı çərçivədə siyasət səhnəsinə 
çıxırdı.
Keçirdiyi  ictimai,  siyasi,  iqtisadi  və 
dini  böhranların  təsiri  ilə  öz  varlığını 
mühafizə  etməyə  çalışan  möminlərin 
qarşısına “öncə əxlaq və mənəviyyat”, – 
deyərək  çıxırdı.  Ardınca  İslamın  bir 
həyat  nizamı  olaraq  yaşanması  üçün 
səfərbərlik  elan  edirdi.  Bütün  təşkilat-
larda  (şəhər,  rayon,  məhəllə  təşkilatları, 
kənd  təmsilçilikləri,  bina  sədrləri  və  s.) 
hərəkətli  bir  təbliğ  fəaliyyəti,  yenidən 
yaşıllaşmanın,  canlanmanın  həyəcanı 
vardı. Söhbətlər, seminarlar, konfranslar, 
panellər, moizələr, dərs halqaları... Ardı-
MİLLİ  GÖRÜŞ
15
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə