Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

qırınca və bu ideal istiqamətində fəaliy-
yət  göstərincə  İslam  düşmənləri  onu 
hədəfə  almışlar.  Hər  bir  qul  kimi 
Ərbakan  Xocamız  da  vəfat  etdi.  Milli 
Görüşçülər  əsasən  bundan  sonra  daha 
böyük  işlər  görməlidirlər.  Xocanın  baş-
ladığı bu müqəddəs mübarizəni daha da 
fəallaşdırmaq və gücləndirmək üçün hər 
bir  kəsin  boynuna  onun  gücünə  və 
tutduğu mövqeyə uyğun böyük vəzifələr 
düşür.  Bu  günə  qədər  başımızı  aşağı 
salacaq,  “kaş  belə  etməyəydik”,  – 
deməyə  məcbur  edəcək  heç  bir  mənfi 
hərəkətə imza atmayan, bir müsəlmanın 
belə burnunun qanamasına icazə vermə-
yən Xocamızın özündən sonra qoyduğu 
bu  gözəl  miras  israf  edilmədən  yeni 
nəsillərə təhvil verilməlidir. Bu məsələdə 
bütün  Milli  Görüşçülərin  aşağıdakı 
fikirlərə diqqət etməsini arzu edirəm:
1.  Xocamızın  hər  nitqində  vurğu-
ladığı:  “Biz  siyasətlə  məşğul  olmuruq, 
cihad edirik”   düsturunun tələbi olaraq 
Quranda  haqqında  ən  çox  danışılan, 
ümumiyyətlə, Xaliqin ən çox önəm verdi-
yi  cihad  ibadətinin  şərtlərini  (fərzlərini) 
bütün Milli Görüşçülər güzəştsiz olaraq 
tətbiq  etməlidirlər.  Bu  prinsiplər  bütün 
gəncliyə öyrədilməlidir.
2.  Fikir  ayrılığı  yaratmadan  Xoca-
mızın yerinə seçilən əmr sahiblərinə itaət 
edilməlidir.  İqtidara  doğru  addım-
lamağın, zəfərə qovuşmağın tək bir yolu 
vardır. O da liderə itaət etmək, mübari-
zəyə  bağlı  qalmaq,  təşkilatın  prinsip-

lərinə,  adətlərinə  və  metoduna  sadiq 
olmaqdır.  Bu  hərəkatın  daxilinə  ayrılıq 
və təfriqə sala biləcək bütün fəaliyyət və 
davranışlardan  uzaq  qaçılmalıdır.  Söz-
süz ki, Milli Görüş mübarizəsinin xarici 
düşmənləri  və  onların  təşkilatçısı  olan 
Şeytan  boş  dayanmayacaq,  müxtəlif 
nöqtə və məqamlarda mübarizəni təmsil 
edənlər  arasında  fitnə-fəsad  yaratmaq 
istəyəcəklər. Bunlara imkan verilməməli, 
qardaşlıq haqları davamlı olaraq qorun-
malıdır.  Dedi-qodu  və  lazımsız  tənqid 
xəstəliyi olanlara təşkilatda yer verilmə-
məlidir. İşlər “mən özüm bilərəm” mən-
tiqi  ilə  yox,  müəyyən  müzakirə  və 
məsləhətlərlə  həyata  keçirilməlidir. 
Təşkilatlarda uzun illər əmək sərf etmiş 
və ürəklə çalışmış qardaşlarımıza dəyər 
verilməli, onların fikirləri mütləq nəzərə 
alınmalıdır. 
3.  Bütün  müsəlmanları  təsiri  altına 
salan  dünyəviləşmə  təmayülünə  qarşı 
mənəvi tərbiyəyə əhəmiyyət verməliyik. 
Xocamızın 40 illik mübarizəsində hər cür 
çətinliyə  qarşı  cəsarətlə,  əyilmədən  da-
yanmasında,  ümidini  əsla  itirməməyi 
məzacı  ilə  birləşdirməsində  onu  ayaq 
üstə  saxlayan,  onu  qərarlı,  şəfqətli, 
nəzakətli, əzmkar edən ən önəmli faktor 
nəfs  və  qəlb  tərbiyəsinin  sağlam  olması 
və bu məsələdə mənəvi cəhətdən özünü 
güclü  tutmaq  üçün  üzərinə  düşən 
vəzifəni  tamam-kamal  yerinə  yetir-
məsidir. 
4.  Xocamızı  gələcək  nəsillərə  və 
bugünkü  gəncliyə  tanıtdırmaq  üçün 
əsərlər  hazırlamalıyıq.  Xocamızın  oxu-
duğu, onun özünü formalaşdıran, yetiş-
dirən  kitabxanası  gəncliyin  kitabxa-
nasına  təqdim  olunmalıdır.  “Anadolu 
Gənclik”  Dərnəyinin  rəhbərliyi  ilə  müt-
ləq  Ankarada,  İstanbulda  və  ya  Avro-
24
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


pada Nəcməddin Ərbakan Tərbiyə Mər-
kəzi  açılmalıdır.  Xocamızın  başa  saldığı 
və  öyrətdiyi  prinsiplər  bu  tərbiyə 
mərkəzində  gənclərə  mütəmadi  olaraq 
anladılmalıdır.
5.  Xocamızın  ortaya  atdığı  ümmət 
layihəsini  və  vəhdət  faktını  dərindən 
qavrayaraq  siyasi  bir  layihə  olmaqdan 
çıxarıb ictimai bir zəmin yaradaraq xalq 
arasında  və  İslam  dünyasında  varlığını 
davam  etdirmək  əsas  vəzifəmiz  olma-
lıdır. 
6. Yenidən Böyük Türkiyə və Yeni Bir 
Dünyanın  qurucuları  olacaq  yeni  nəsil 
Milli Görüşçüləri yetişdirmək üçün Milli 
Gəncliyin  yeganə  quruluşu  olan  “Ana-
dolu Gənclik” Dərnəyinə hamının maddi 
və mənəvi dəstək olması lazımdır. Bu çatı 
altında  tərbiyə  olunan  və  xidmət  edən 
gənclərin  təqaüdlərdən,  zəkatlardan  və 
sədəqələrdən  faydalanmasına  şərait 
yaradılmalıdır.
7. Xocamızın əmr və fikirləri istiqamə-
tində qurulan təxminən 40 Milli Görüşçü 
olması lazım olan qeyri-hökumət təşkila-
tımız var. Yeni bir dünyanın qurulmasını 
təmin  etmək  üçün  qurulan  bu  təşkilat-
larımızın  birlik  və  bərabərliklərinin 
təmin  olunması,  birlikdə  hərəkət  etmə 
platforması  qurması  daha  zəruri  görü-
nür.
8. Xocamızla bərabər illər boyu onun-
la  birlikdə  mübarizə  aparmış  sadiq 
MİLLİ  GÖRÜŞ
25
Ərbakan Xoca xüsusi buraxılış


dostlarına da hər şəraitdə dəyər verilmə-
lidir. Onların fikirlərindən faydalanmaq 
lazımdır.  Müxtəlif  məclis  və  toplantı-
larda  onların  təcrübəsindən  və  səriştə-
lərindən istifadə edilməlidir. 
9. Xocamızın keçdiyi həyat yolunu və 
mübarizəsini  canlandıran  bir  ssenari 
hazırlayıb hər hansı bir film və ya serial 
şəklində  xalqımızın  istifadəsinə  təqdim 
etmək lazımdır. Bu film müxtəlif dillərə 
tərcümə olunub bütün dünyada nümayiş 
etdirilməlidir. 
10. Xocamızın 1970-ci illərdən bu günə 
qədər müxtəlif konfranslarda iştirakı və 
etdiyi çıxışları əks etdirən materiallar bir 
yerə  toplanmalıdır.  Seriallarla  “Milli 
Qəzet”  və  “Anadolu  Gənclik”  jurnalı 
abunəçilərinə hədiyyə olaraq paylanmalı 
və  bütün  ölkədə  baxılması  təmin  olun-
malıdır.
11.  Hər  il  doğum  və  vəfat  ildönüm-
lərində  geniş  miqyasda  anma  mərasim-
ləri  keçirilməli,  onun  fikirləri  və  fəaliy-
yəti  ilə  bağlı  gördüyü  işlər  işıqlan-
dırılmalıdır. 
12.  Universitetlərdə  oxuyan  tələbə-
lərin elmi araşdırmalarına onun həyatını 
və  mübarizəsini,  “Ağır  Sənaye  Kampa-
niyası” fəaliyyətlərini, D-8, Kiprə desant 
çıxarmasını,  Balanslaşdırılmış  Büdcə 
fəaliyyətini, Hovuz Sistemini daha elmi 
şəkildə  araşdırmaq,  elm  dünyasında 
varlığını  qorumaq  üçün  dissertasi-
yalarına, magistratura və doktorluq dis-
sertasiyalarına  onun  gördüyü  işlər  və 
apardığı mübarizənin mahiyyəti mütləq 
mövzu olaraq daxil edilməlidir. 
13.  Xaricdə  Beynəlxalq  Milli  Görüş 
Universiteti  açılmalıdır.  Bu  universitetə 
dünyada  Xocamızı  tanıyan  və  onun 
fikirlərini  müdafiə  edən  elm  adamları 
dəvət edilməlidir. İqtisadiyyat sahəsində 
və  mühəndislik  mövzusunda  İslam 
dünyası  üçün  işıq  ola  biləcək  beyinlər 
yetişdirilməlidir.
14.  Xocamızın  ən  əhəmiyyətli  xüsu-
siyyətlərindən  biri  də  əsl  dövlət  adamı 
olması  idi.  Çox  danışmağı  sevməzdi, 
lakin  danışdığı  zaman  lazım  olanı 
danışardı. İdarə olunmağına ehtiyac yox 
idi.  Həmişə  o  idarə  edərdi.  Xocamızı 
yaxından  tanıyan  böyük  qardaşları-
mızın,  ailə  fərdlərinin  Xocamızın  bilin-
məyən  tərəflərinin,  mübarizəsi  ilə  əla-
qədar  yaşadığı  xatirələrin  gəncliyin 
istifadəsinə  təqdim  olunması  faydalı 
olardı. 
Abdullah İkinci  
“Anadolugenclik” jurnalı, aprel 
2011-ci il, 135-ci buraxılış 
26
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə