Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   2   3   4   5   6   7   8   9   ...   37

1953-cü  ildə  dosentlik  imtahanı  vermək 
üçün  İstanbula  gəldi.  İmtahan  nəticələ-
rinə  əsasən  27  yaşında  Türkiyənin  ən 
gənc  dosenti  adını  almaq  şərəfinə  nail 
olan  Nəcməddin  Ərbakan  yenidən 
araşdırmalar  aparmaq  üçün  Almani-
yanın Doyç fabriklərinə getdi. O, burada 
6 ay müddətində mühərrik araşdırmaları 
üzrə  baş  mühəndis  kimi  alman  ordusu 
üçün aparılan tədqiqat işləri ilə əlaqədar 
fəaliyyətə başladı. 
1953-cü ilin noyabrında “İstanbul Texniki 
Universiteti”nə qayıdan Ərba-kan 1954-
cü ilin may ayından 1955-ci ilin oktyabr 
ayına  qədər  əsgərlik  vəzifəsini  yerinə 
yetirdi.  İstanbul  Kağıthanədəki  6  aylıq 
ehtiyat  zabit  təlimindən  sonra  Halı-
cıoğlundakı  istehkam  nəzarət  bölü-
yündə  6  ay  kiçik-leytenant,  6  ay  da 
leytenant  olaraq  maşınlara  nəzarət  və 
təmir hissəsində xidmət etdi.
Xidmət  müddətində  hər  il  Ameri-
kadan alınan təchizatın siyahısını hazır-
ladı.  Hazırladığı  bu  siyahı  amerikan 
yardım heyətinin diqqətini cəlb etmiş və 
bir  amerikalı  polkovnik  həmin  siyahını 
hazırlayan  şəxslə  görüşmək  istədiyini 
məktəbin  komandiri  Şərəf  Özdiləyə 
bildirmişdir.  Məktəbin  komandiri  də 
polkovniki Ərbakanın yanına gətirmiş və 
polkovnik:  “Siz  bu  günə  qədər  ameri-
kadan yardım olaraq gizləmə toru, bel, 
külüng  və  s.  kimi  şeylər  istədiyiniz 
halda  bu  il  nəzarət  bölüyü  üçün  iş 
maşınlarının təmir olunması əsnasında 
emal  edilməsi  lazım  olan  müxtəlif 
hissələrin emalı üçün dəzgahlar istəmi-
siniz. Necə olur ki, bu dəzgahları istə-
yirsiniz?” – şəklində danışınca Ərbakan 
Amerikan  ordusu  quruluş  təlimatna-
məsini açaraq: “Bizim işi görən Ameri-
kadakı həmin birliklərdə bu dəzgahlar 
var,  bizdə  nə  üçün  olmasın?”  –  deyə 
cavab verəndə amerikalı polkovnik artıq 
deməyə  söz  tapmamış  və  bir  sözlə, 
dəzgahlar gəlmişdir.
Əsgərlik xidmətindən sonra təkrarən 
universitetdəki  işinə  qayıdan  Nəcməd-
din Ərbakan “İstanbul Texniki Universi-
6
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


teti  Motorlar  Laboratoriyası”nda  100 
ədəd yerli ilk motoru düzəltdi və 1956-cı 
ildə Türkiyədə ilk yerli motoru davamlı 
halda  emal  edəcək  200  ortaqlı  (şərikli) 
“Gümüş  Motor  Səhmdar  Cəmiyyəti”ni 
qurdu. Ərbakanda belə bir fabrik qurma 
fikri  Almaniyada  işlədiyi  vaxtlarda 
“Türkiyə  Aqrar  Təchizat  Təşkilatı”nın 
sifariş  verdiyi  mühərrikləri  görüncə 
oyanmışdı. Vətənə qayıtdıqdan sonra bu 
sahədə  fəaliyyətə  başladı.  Bu  gün 
“Pancar  Motor”  adı  altında  işləyən 
fabrikin  təməli  1  iyul  1956-cı  ildə 
qoyuldu. “Gümüş Motor” fabrikində isə 
iş prosesi 1 mart 1960-cı ildə başlamışdır. 
O dövrün baş naziri rəhmətlik Adnan 
Menderes  1960-cı  ilin  əvvəllərində 
fabriki gəzərkən: “Mən də fermerəm, bu 
motorlardan özüm də istifadə etmişəm. 
Bunun  nə  qədər  böyük  bir  addım 
olduğunu çox yaxşı bilirəm. Türkiyədə 
bunların  icra  edildiyini  görmək,  məni 
son  dərəcə  məmnun  etmişdir.  Kaş  ki 
mən bu fabriki 1960-cı ildə deyil, 1950-ci 
ildə görəydim. O vaxt Sümərbankın bir 
çox  fabriklərini  özəl  sektora  satar, 
ondan  aldığım  pul  ilə  Türkiyədə  ağır 
sənaye fabriklərini  qurardım”, –  deyə-
rək hisslərini dilə gətirmişdir. Menderes 
həmçinin fabrikin ehtiyacı olan 1 300 000 
dollarlıq  valyutanı  da  bir  gündə  təxsis 
etdirmişdir.
“Gümüş Motor Fabriki”, digər adı ilə 
“Pancar Motor Fabriki” 1960-cı ildən bəri 
40  ildən  çox  bir  vaxtda  Türkiyənin 
torpaqlarını sulayan, inşaat maşınlarını, 
kiçik  traktorları,  dəniz  qayıqlarını  və 
kiçik  gəmiləri  hərəkətə  gətirən  motor 
ehtiyacını  təmin  etməkdə  və  həmçinin 
Suriya,  İran,  Pakistan  və  Sudan  kimi 
qardaş ölkələrə motor ixrac etməkdədir. 
1960-cı  ildə  Ankarada  keçirilən 
Sənaye Konqresində “Gümüş Motor”un 
emal  etdiyi  məhsulları  təqdim  edən 
Ərbakan:  “Yeni  məqsədimiz  avtomobil-
lərin Türkiyədə istehsal olunmasıdır”, – 
fikrini ortaya atmış, o zaman rəhbərlikdə 
olan hərbiçilər tərəfindən bu fikrə rəvac 
verilmişdir. Beləliklə, “Əskişəhər Dəmir-
yollar  CER”  emalatxanasında  “İnqilab 
avtomobili”  adı  ilə  ilk  yerli  avtomobil 
hazırlanmışdır. Hərbi rəhbərlik “Gümüş 
Motor  Fabriki”nə  gələrək  fabriklə  daha 
yaxından tanış olmuş və orada gördük-
ləri  onlarda  böyük  maraq  və  həyəcan 
yaratmışdır.  Buna  görə  Nəcməddin 
Ərbakan  “Milli  Müdafiə  Nazirliyi”nin 
konfrans salonunda 200-ə yaxın general 
MİLLİ  GÖRÜŞ
7
Ərbakan Xoca xüsusi buraxılış


və yüksək rütbəli zabitlər üçün “Sənaye 
Konfransı”  keçirmişdir.  1965-ci  ildə 
professor  olan  Ərbakan  1966-cı  ilin 
fevralında “Palatalar Birliyi Sənaye Dai-
rəsi Sədarəti”nə gətirildi. Daha sonra Baş 
Katib olan Ərbakan 1968-ci ilin mayında 
“Palatalar  Birliyi  İdarə  Heyəti”  üzvü, 
1969-cu  ilin  mayında  isə  “Palatalar 
Birliyi”nin  sədri  oldu.  O  zamankı 
Dəmirəl  hökuməti  hər  cür  qanuni 
hökmləri  heçə  sayaraq  Ərbakanı  polis 
gücü ilə vəzifəsindən uzaqlaşdırdı.
Xoca Türkiyə “Palatalar Birliyi Sənaye 
Dairəsi” sədri olduğu zaman tanış oldu-
ğu,  həmin  qurumda  işləyən,  iqtisadçı, 
ingilis  dilini  mükəmməl,  alman  dilini 
kifayət qədər bilən, fransızca danışmağı 
bacaran, ölkəsində və dünyada baş verən 
hadisələri  yaxından  izləyən,  yüksək 
əxlaqa və düşüncəyə malik, cazibədar bir 
xanım-xatın  olan  Nərmin  Ərbakanla 
1967-ci  ilin  yanvarında  ailə  həyatı 
qurmuşdur.  1967-ci  ilin  sonlarında 
böyük  qızları  Zeynəb  və  1974-cü  ilin 
oktyabrında  Əlif,  1979-cu  ildə  yeganə 
oğulları  Məhəmməd  Fateh  dünyaya 
gəlmişdir.  
Sənaye  sahəsinə  lazımi  diqqət  göstə-
rilmədiyinə görə siyasətlə məşğul olmaq 
qərarına gəlmiş və deputatlığa namizəd 
olmaq üçün “Ədalət” Partiyasına müra-
ciət  etmişdir.  Burada  veto  edilən  Ərba-
kan  1969-cu  il  seçkilərində  Konyadan 
müstəqil  olaraq  namizədliyini  irəli 
8
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə