Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

etdirmiş  və  Türkiyədəki  bütün  qurum-
larla  və  müəssisələrlə  İslam  ölkələ-
rindəki  qurum  və  müəssisələr  arasında 
əməkdaşlıq yaratmışdır. Mücahid Ərba-
kan cənnətməkan Əbdülhəmiddən sonra 
Türkiyə  müsəlmanlarına  unutdurulan 
Məscidi-Əqsa sevgisini yenidən diriltmiş 
və  bu  sevgini  dünya  müsəlmanları 
arasında  da  yaratmışdır.  Osmanlıdan 
sonra  pozulan  İslam  Birliyini  yenidən 
yaratmış, bu Birliyin mərkəzini Türkiyə 
olaraq  təyin  etmişdir.  Allaha  nə  qədər 
həmd etsəm, yenə də azdır; dünyanın hər 
tərəfindən  gələn  İslam  elçiləri  ilə 
Türkiyədəki Dünya Müsəlmanları Görü-
şündə iştirak etməyi mənə nəsib etdi. Bu 
toplantılarda Afrikadan, Asiyadan, qısası 
dünyanın  hər  yerindən  gələn  müsəl-
manlar  iştirak  edirdi,  müxtəlif  dillərdə 
danışan  insanlar  bir  araya  yığışırdı. 
Möhtərəm Ərbakanın bütün fəaliyyəti və 
bu toplantılarda söylədiyi nitqləri müsəl-
manların  itmiş  ümidlərini  yenidən 
dirildir.  İslam  Birliyinin  qurulmasının 
çox yaxın olduğunu və bunun mümkün 
olacağını  İslam  ölkələrindən  gələn 
iştirakçıların beyinlərinə və qəlblərinə öz 
nitqləri ilə nəqş edirdi. Mücahid Ərbakan 
baş  nazir  olarkən  əzilən  müsəlmanların 
yanında  oldu.  Bosniya  və  Hersoqovina, 
Çeçenistan  və  Fələstində  görüşlər  ke-
çirdi.  Sadəcə  bunlarla  kifayətlənmədi; 
dünyada  əzilən  bütün  müsəlmanların 
yardımçısı  oldu  və  beləcə,  onun  sözləri 
müsəlmanların  ürəyində  bir  ümid  ya-
ratdı. Bu ümid və inam nəticəsində İslam 
ölkələrindəki  müsəlmanlar  çox  işlər 
gördülər.  Əldə  edilən  bu  nailiyyətlər 
möhtərəm  Ərbakanın  nailiyyətləridir 
(15. 03. 2011, İstanbul). 
5.  “Dünya  Müsəlman  Tələbələr 
Dərnəyi”nin qurucusu və sədri Mustafa 
Tahan 
– Möhtərəm Xocam, biz Milli Görüş 
Gəncliyi olaraq sizi “Dünya Müsəlman 
Tələbələr  Birliyi”nin  sədri  olduğunuz 
illərdən  bəri  tanıyırıq  və  Xocamızın 
“Müsəlman  Cəmiyyətlər  Birliyi”  top-
lantılarında istisnasız iştirak etdiyinizi 
və bu toplantılara çox önəm verdiyinizi 
müşahidə  etmişik.  Sizin  də  buyur-
duğunuz  kimi  Xocamızı  tanıdıqdan 
sonra yanından heç ayrılmadınız. Möh-
tərəm  Xocamla  nə  vaxt  və  necə  tanış 
oldunuz? Sizi Xocamdan ayırmayan və 
hər  zaman  onun  yanında  qalmağınıza 
səbəb  olan  amil  nə  idi?  Möhtərəm 
Xocamız  İslam  dünyasında  necə  ta-
nınır?
– Xocamızla 1969-cu ildə tanış olmu-
şam.  Məni  Türkiyəyə  Xocamızla  görüş-
mək  üçün  İraklı  alim  Əbdülkərim  Zey-
dan  göndərmişdi.  Türkiyədə  yeni  bir 
MİLLİ  GÖRÜŞ
41
Ərbakan Xoca xüsusi buraxılış


islami  hərəkatın  başladığını  və  buna 
Nəcməddin  Ərbakan  deyilən  bir  şəxsin 
rəhbərlik  etdiyini  eşitmişdik.  Mənim 
Türkiyəyə gəlib Xocamızla görüşməyimi 
söyləmişdi.  İlk  görüşümüz  Ankarada 
oldu.  Görüşə  Əmin  Saraç  Xoca  ilə 
birlikdə getmişdim. İlk görüşdə Ərbakan 
Xoca  mənə  Milli  Görüş  haqqında  da-
nışdı.  Mən  də  ona  Küveyt  və  Misirdəki 
islami  hərəkatlar  barədə  məlumat  ver-
dim.  Küveytə  qayıdanda  özümü  çox 
xoşbəxt  insan  hesab  edirdim.  Xoca 
haqqında  Əbdülkərim  Zeydanla  danış-
dım  və  dedim  ki:  “Axtardığınız  lideri 
gördüm”.  O  gündən  sonra  Ərbakan 
Xocamızın  yanından  heç  ayrılmadım. 
Hansı İslam ölkəsinə gedərdisə, məni də 
dəvət  edərdi  və  biz  birlikdə  gedərdik. 
Əlbəttə ki, o illərdə Xoca gənc idi. İslam 
naminə  görmək  istədiyi  işlərin  heç 
birinin  mümkünsüz  olduğunu  düşün-
məz  və  ümidsizliyə  də  qapılmazdı. 
Yaratdığı ilk partiya bağlanmış və daha 
sonra qurduğu partiya Ecevitin partiyası 
ilə ittifaq etmişdi. O ittifaqda Ecevitlə bir 
protokol  imzalanmışdı.  İmzalanan  bu 
protokol  Xocanın  dahi  bir  şəxsiyyət 
olduğunu  bir  daha  sübut  etdi.  O 
tarixlərdə  bugünkü  Nur  Camaatı  (Nur-
çular) da Xoca ilə bərabər idi. O protokol 
sayəsində  siyasi  məhkumlar  həbsdən 
azad  edildi  və  İmam-Xətib  məzunları 
bütün fakültələrə daxil olmaq və oxumaq 
imkanı qazandılar.
Ərbakan Xoca Türkiyə müsəlmanları 
üçün çox işlər gördü. Sənin yaşın azdır, o 
günlər yadına gəlməz. Bir zamanlar, yəni 
Xocanın siyasətlə məşğul olmağa başla-
dığı  vaxtlar  Türkiyədə  bir  söz  vardı: 
“Allah Türkiyəni tərk etsin!” – deyirdilər. 
Sonra  Türkiyədə  hərbi  inqilab  (çevriliş) 
baş  verdi.  Xoca  həbs  olundu.  Həbsdən 
çıxdıqdan  sonra  yenə  partiya  qurdu.  O 
partiya  da  bağlandı.  Xoca  yorulmadı, 
bezmədi.  Əzmlə,  inamla  yenilərini  qur-
du.  “Rifah”  Partiyası  zamanında  Türki-
yənin  birinci  partiyası  olaraq  Məclisə 
daxil  oldu.  Bu  uğur  bütün  İslam 
ölkələrini sevindirdi.  
Beləcə,  Xocanın  Türkiyədə  İslam 
naminə  göstərdiyi  fəaliyyətləri  digər 
İslam  ölkələrinə  örnək  oldu  və  bu 
zamanlar  “Partiya  qurmaq,  siyasətlə 
məşğul  olmaq  haramdır,  yoxsa  halal-
dır?”  –  deyə  bir-biri  ilə  münaqişə  edən 
islami  təşkilatlar,  yeni  partiyalar  təşkil 
edərək  ölkələrində  və  rəhbərlikdə  söz 
sahibi olmağa başladılar. 
Xocanın  göstərdiyi  fəaliyyəti,  çıxış-
larını  və  kitablarının  bəzilərini  ərəb 
dilinə  tərcümə  edərdim.  Xocanın  gör-
düyü  işlər  barədə  kitablar  da  yazdım. 
Xoca  ilə  çox  yaxın  əlaqələrimiz  vardı. 
Xoca  bu  gün  xəstədir.  Allah  ona  şəfa 
versin!  Sabah  Xoca  vəfat  edərsə,  İslam 
ölkələri  və  ələlxüsus  Türkiyə  vaxtında 
qiymətləndirə  bilmədiyi  və  qiymətini 
ölümü ilə başa düşəcəyi böyük bir lideri 
itirmiş  olacaq.  Ərbakan  Xoca  saleh  bir 
insan, təqva sahibi bir liderdir. Baş nazir 
olduğu  vaxtlarda  iş  yerində  ziyarətinə 
getmişdim. Məni hər zaman olduğu kimi 
səmimiyyətlə  qarşıladı.  Əlimdən  tutdu, 
günorta  namazını  qılmaq  üçün  Milli 
Məclisin  məscidinə  apardı.  Onun  təq-
vası, təvazökarlığı heç bir zaman dəyiş-
mədi.  Mən  Ərbakan  Xocanı  böyük 
qardaşım  kimi  görürdüm.  Küveyt-İrak 
Müharibəsində  Türkiyəyə  hicrət  etmiş-
dim. O vaxtlar işləmirdim. Ərbakan Xoca 
öz  aylıq  maaşından  mənə  hər  ay  pul 
göndərərdi.  Mən  o  illərdə  Fatehdəki 
evimdə yaşayırdım. 
Xoca  haqqında,  onun  İslam  dünyası 
42
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə