Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

və  müsəlmanlar  üçün  gördüyü  işlər 
barədə  neçə-neçə  kitablar  yazılsa  da, 
saatlarla  danışılsa  da,  yenə  də  azdır. 
Allah Xocadan razı olsun! Allah ona şəfa 
versin!  Yeni  bir  kitab  yazıram.  Xoca  ilə 
olan  42  illik  dostluğumuz  və  bu  illər 
ərzində  birgə  yaşadıqlarımız,  Xocanın 
İslam  və  müsəlmanlar  üçün  gördüyü 
işlər,  əldə  etdiyi  nailiyyətlər  və  tərtib 
etdiyi  layihələr  haqqında  o  kitabda 
məlumat  verməyə  çalışacağam  (19. 
01.2011, Ankara). 
6.  Mərakeş  “İslami  Camaat”ın  (“İs-
lah və Tövhid Hərəkatı”) sədri Mühəm-
məd Həmdavi
–  Möhtərəm  Xocam,  uzun  illərdən 
bəri Türkiyəni ziyarət edirsiniz. Möhtə-
rəm Ərbakan Xoca ilə görüşdünüzmü? 
Sizcə,  Möhtərəm  Ərbakan  Xoca  xalqı 
üçün,  ələlxüsus  dünya  müsəlmanları 
üçün   hansı işlər gördü? Bu gün İslam 
dünyasında Ərbakan Xocanın adı çəki-
ləndə nə yada düşür, o, necə tanınır?  
–  Çox  kədərliyəm.  İslam  dünyasının 
böyük  çinarı  yıxıldı.  İslamın  və  müsəl-
manların  dirəyi  qırıldı.  Şübhəsiz,  o, 
ümmətin  lideri  idi.  Ümmət  öz  liderini 
itirdi.  Bütün  müsəlmanların  başı  sağ 
olsun! 
Böyük  insanlar  axirətə  köçərkən 
özlərindən sonra böyük əsərlər qoyurlar. 
Və  bu  əsərlər  qiyamətə  qədər  davam 
edər.  Ərbakan  Xoca  bizi  tərk  edərək 
axirətə köçdü, lakin onun əsərləri, özün-
dən  sonra  qoyduqları  qiyamətə  qədər 
davam edəcək, Ərbakan Xoca əsrimizin 
müsəlmanlarının  lideri  idi  və  bütün 
müsəlman  xalqı  Ərbakan  Xocamıza 
beyət  etmişdi.  Onun  açdığı  yol  bütün 
dünya müsəlmanlarına nümunə olmuş-
dur. Onun təcrübələri, layihələri, fikirləri 
və hədəfləri ümmətin hədəfi olmuşdur.
Türkiyədə  başladığı  siyasi  təşkilat-
lanma və bu təşkilatlanmadakı fəaliyyəti, 
sabitqədəmliyi  və  davamlılığı  ümmətə 
örnək olmuş, daxili və xarici basqılar onu 
qorxutmamış,  doğru,  düzgün  bildiyi 
İslam  xəttindən  heç  bir  zaman  kənara 
sapmamışdır.  Yaratdığı  siyasi  partiyalar 
və  müəssisələr  bağlanmış,  dəfələrlə 
MİLLİ  GÖRÜŞ
43
Ərbakan Xoca xüsusi buraxılış


iftiralara  məruz  qalmış,  həbsə  atılmış, 
lakin  bütün  bunlar  Ərbakan  Xocanı 
bezdirməmiş,  qorxutmamış  və  hər  bir 
zaman yeni partiyalarla, yeni həll yolları 
ilə və yeni ictihadlarla təkrarən mübari-
zəsinə davam etmişdir. 
Onun  gördüyü  işləri,  cəsarəti,  əzmi 
bütün İslam ölkələrini cəsarətləndirmiş, 
ümmətin Osmanlıdan sonra itirdiyi izzə-
tinə  qovuşması  üçün  sönən  ümidləri 
yenidən işıqlandırmışdır. 
Mərhum Xocamız Mərakeşə bizi ziya-
rətə  gəlmişdi.  Onun  ziyarətindən  əvvəl 
biz  mərakeşli  müsəlmanlar  arasında 
siyasətlə məşğul olmaq halaldırmı, yoxsa 
haramdırmı?  –  deyə  bir  fikir  ayrılığı 
yaranmışdı.  Bizi  ziyarəti  əsnasında  Mə-
rakeşdəki  icmamızın  qabaqcılları  ilə  bir 
toplantı təşkil etdik. O toplantıdan sonra 
demək olar ki, Mərakeşdəki müsəlman-
ların  İslama  baxışı  tamamilə  dəyişdi. 
Sonralar  biz  bir  partiya  da  yaratdıq.  O 
partiya  sayəsində  bu  gün  Mərakeşdə 
müsəlmanlar  söz  sahibi  oldular  və 
İslama  xidmət  etməyə  başladılar.  Bu 
danışdıqlarım  sadəcə  Mərakeşdə  olan-
lardır. Bütün dünya müsəlmanları, İslam 
ölkələri  üçün  etdiklərini  siz  özünüz 
düşünün.  Ərbakan  Xoca  müsəlmanlar 
üçün bir ata, bir böyük qardaş, bir lider, 
bir  dövlət  adamı,  alim,  təqva  sahibi  və 
mücəddid  (yenilikçi)  idi.  Osmanlıdan 
sonra unudulmuş İslamı əvvəlcə Türki-
yəyə  bir  daha  tanıtdırdı.  Ərəb  və  İslam 
ölkələri  ilə  yenidən  tanış  elədi.  Onun 
insanlığa  və  müsəlmançılığa  etdiyi 
xidmətləri  sevənlərindən  əvvəl  onu 
sevməyənlər və düşmənləri etiraf etdilər. 
Ərbakanın  böyüklüyünü  müsəlman-
lar sağlığında başa düşdü. Başa düşmə-
yənlər  də  bunu  ölümü  ilə  dərk  etdi. 
Dünya  tarixində  belə  bir  böyük  cənazə 
namazı  mərasiminə  təsadüf  olunma-
mışdır.  Sadəcə  Türkiyədə  deyil,  müsəl-
manların  yaşadığı  bütün  ölkələrdə 
cənazə namazı qılındı. Milyonlarla insan 
onun  üçün  ağladı,  göz  yaşı  tökdü  və 
onun üçün dua etdi. Onun dəfni zamanı 
dünya  müsəlmanlarının  qəlbi,  gözü 
Türkiyədə idi. Cənazə namazında Türki-
yədən  dövlət  adamları,  hərbiçilər,  dün-
yəvilər, onu sevənlər, tələbələri və İslam 
dünyasının  təmsilçiləri  iştirak  edərək 
mərhum  Ərbakanın  dünya  tarixində 
əhəmiyyətli  rol  oynadığını,  yerini  və 
dəyərini bir daha təsdiq etdilər.
44
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Bəli, dünya yüksək dəyərli bir insanı 
və  böyük  bir  liderini  itirdi.  Hamımızı 
ağladaraq  Haqqa  doğru  yürüdü.  Ərba-
kan  bir  məktəb  idi.  Dövlət  adamı  yetiş-
dirdi, müsəlman gəncliyi yetişdirdi, dün-
ya  müsəlmanlarını  bir  araya  topladı, 
gücü  itmiş  zənn  edilən  İslamın  gücünü 
bütün dünyaya göstərdi. Müsəlmanların 
itmiş ümidlərini yenidən yaşatdı.  
Məqamı  Cənnət  olsun!  Rəbbim  onu 
peyğəmbərlərin,  siddiqlərin  və  şəhid-
lərin qonşusu etsin! Bizi də, sizi də, bütün 
sevənlərini də şəfaətinə nail etsin! Amin! 
(04. 03. 2011, İstanbul).  
7.  Səudiyyə  Ərəbistanı  “Əbha” 
Universiteti  İslam  Hüququ  Fakültəsi 
Dekanı, “Dünya Quran-kərim və hədis 
elmləri  heyəti”nin  sədri  Abdullah 
Müslih
–  Sizi  uzun  illərdən  bəri  tanıyıram. 
İslam  naminə  gördüyünüz  işlər,  hazır-
ladığınız televiziya proqramları hamıya 
məlumdur.  Bütün  bunlarla  yanaşı 
Ərbakan Xocamızın rəhbərliyi ilə hər il 
keçirilən “Müsəlman Cəmiyyətlər Top-
lantısı”nda  iştirak  edərdiniz.  Möh-
tərəm  Ərbakan  Xoca  ilə  nə  vaxt  tanış 
oldunuz? Özü ilə və İslam dünyası üçün 
etdikləri  ilə  əlaqədar  nə  deyə  bilər-
siniz? 
–  Heç  şübhəsiz,  mərhum  Ərbakan 
Xoca  əsrimizin  mücəddidi  idi.  Peyğəm-
bərimizin  də  bir  hədisində  buyurduğu 
kimi  Allah-Taala  hər  yüzillikdə  bir 
mücəddid  göndərərək  dinini  yeniləyər. 
Allah-Taalanın  bu  son  yüzillikdə  gön-
dərdiyi  mərhum  Ərbakan  Xocamız 
Allahın  dinini  yeniləyən  bir  mücəddid 
idi.
Ərbakan  Xocam  fərasət  sahibi,  açıq-
fikirli bir insan idi. Ümmətin bu əsrdəki 
problemlərini çox yaxşı başa düşmüş, bu 
problemlərin  həll  yollarını  çox  yaxşı 
təhlil  etmiş,  bu  problemləri  həll  edə 
biləcək layihələr hazırlamış və ümmətin 
başına bəla olan İslam düşmənlərinin də 
hiylələrini  çox  yaxşı  bilən  bir  lider  idi. 
Ərbakan  Xoca  bir  İslam  dəvətçisi  idi. 
Əsrin  islami  problemlərini  çox  düzgün 
həll etmiş və qılıncdan istifadə etmədən
döyüş  meydanlarına  enmədən  50  il 
insanları İslama dəvət etmiş, bu dəvəti və 
islami  cihadı  danışıqları,  layihələri  və 
müsəlmanların  əlində  olan  maddi  gücü 
hərəkətə keçirərək həyata keçirmişdir. 
Ərbakan Xoca dincəlmək nədir bilmə-
yən,  görülməsi  lazım  olan  işləri  təxirə 
salmadan,  yorulmadan  yerinə  yetirən, 
yalnız  görüləcək  iş  qalmadığını  öyrən-
dikdən sonra istirahət edən bir mücahid 
idi. 
O, biz müsəlmanları Qurana və Sün-
nəyə  yaxınlaşdırdı.  Vəzifəsini  ləyaqətlə 
icra etdi və bizlərdən ayrıldı. Lakin onun 
qurduğu  “Milli  Görüş”  hərəkatı  öz 
fəaliyyətini  həmişə  davam  etdirəcək  və 
bir gün mütləq Ərbakan Xocanın xəyalı 
olan  İslam  Birliyi  qurulacaqdır.  İki  gün 
əvvəl  onun  şərafətli  qəbrini  ziyarət 
etdim. 
Cənazə  namazında  burada  olma-
dığım  üçün  qəbri  başında  cənazə  na-
mazını qıldım və onun üçün dua etdim. 
Allah  məqamını  Cənnət  etsin!  Dünya 
müsəlmanlarının  başı  sağ  olsun!  Böyük 
bir insanı, əsrin mücəddidini itirdilər (18. 
03. 2011, İstanbul). 
MİLLİ  GÖRÜŞ
45
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə