Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

anamın  göstərdiyi  böyük  fədakarlığı 
bildiyi  üçün  özünü  hər  zaman  təqdir 
edərdi. Ömrü boyunca həmişə özünə ən 
sağlam  dəstəkçisi  olaraq  gördüyü  ana-
mın  vəfatından  sonrakı  beş  ildə  hər 
zaman onun adını dilə gətirər və onunla 
bağlı  hər  söhbətdə  gözləri  yaşarardı, 
amma  sağlam  əqidəsinə  görə  hər  şeyin 
Allahdan  gəldiyinə  inanar,  özünü  ələ 
almağı  bacarar,  dözümlü  və  iradəli 
olduğunu göstərərdi. 
–  Xocamızla  bağlı,  əlbəttə,  bir  çox 
xatirələriniz  var.  Ancaq  oxucularımız 
üçün  unuda  bilməyəcəyiniz  bir  anı 
paylaşa bilərsinizmi? 
– Atamla keçirdiyimiz hər anın bizdə 
bir iz buraxdığını vəfatından sonra daha 
yaxşı  anlayıram,  lakin  bir  hadisəni  zikr 
edəcək  olsaq,  sonuncu  dəfə  rahatsız 
olanda  reanimasiya  şöbəsində  olduğu 
vaxt  belə  bizdən  kirəmit  istəyərək  dəs-
təmaz  əvəzinə  təyəmmüm  edərək  na-
mazlarını  qılması  bizi  bir  daha  dini 
mükəlləfiyyətlərinə  olan  bağlılığına  şa-
hid etmiş və hamımıza örnək olmuşdur. 
–  Xocamızın  sizə  bir  vəsiyyəti  ol-
dumu? 
–  Vəfatından  əvvəl  biz  övladları  da 
daxil  olmaqla  heç  kimə  xüsusi  bir 
vəsiyyəti  olmamışdır,  lakin  yaşadığı 
müddətdə  bizə  həmişə  Allah  yolundan 
ayrılmamağımızı,  Milli  Görüş  davasına 
sadiq qalmağımızı və sahib çıxmağımızı 
nəsihət etmişdir. 
–  Xocamızın  sizə  son  sözü  nə  oldu? 
Özü ilə nə danışdınız? 
– Vəfatından qabaq özü ilə artıq sona 
gəldiyimizi hiss etdirəcək bir söhbətimiz 
olmadı.  Xocamız  xəstəxanada  yatdığı 
zaman  işləri  çox  olduğuna  görə  həya-
tımız  boyunca  onunla  birlikdə  səmərəli 
vaxt keçirmək imkanımız olmadığı üçün 
bundan  istifadə  etdik.  Bu  müddət 
ərzində  aramızda  daha  xüsusi  və  dərin 
bir  məhəbbətin  yarandığına  inanıram. 
Buna görə də Rəbbimə şükür edirəm. 
–  Xocamız  yaşasaydı,  ona  nə  söylə-
mək istəyərdiniz? 
–  Onunla  birlikdə  yaşamaq,  onu, 
həqiqətən, başa düşmək və onunla eyni 
idealları və eyni davanı paylaşmaq, onu 
Allaha görə çox sevmək, həqiqətən, sözlə 
ifadə edilməyəcək qədər çox gözəl... Nə 
qədər çox yaşasaydı da, onunla birlikdə 
olmaqdan  əsla  doymazdıq.  Son  nəfəsi-
mizə  qədər  Allahın  lütfü  ilə  bu  yolda 
xidmət  etməyə  söz  veririk.  Rəbbim 
ondan razı olsun. O da bizdən razı olar 
inşallah.  Yaşasaydı,  nə  söyləmək  istər-
dim  bilmirəm,  amma  vəfatından  sonra 
bunu  söyləmək  istəyirəm:  Məkanı  Cən-
nət  olan  Mücahid  Ərbakan,  Cənnətdə 
görüşmək duası və ümidi ilə...  
Müsahibəni apardı: Süməyyə Okçu 
“Anadolugenclik” jurnalı, aprel 
2011-ci il, 135-ci buraxılış 
MİLLİ  GÖRÜŞ
35
Ərbakan Xoca xüsusi buraxılış


2008-ci  ildə  Orta  Şərq  Fələstin  dü-
şərgələrindən  qayıdarkən  Suriyada  Hə-
masın  lideri  Xalid  Məşəl  bəyi  ziyarət 
etmişdim.  Fələstin  barədə,  oradakı  dü-
şərgələr  və  Orta  Şərqin  problemləri 
haqqında  danışdıq.  Ziyarətimiz  sona 
çatmış, ayrılıq vaxtı gəlmişdi. Xalid bəy 
Məscidi-Əqsanın  böyük  bir  maketini 
gətirdi və dedi: 
–  Şərafəddin  qardaşım,  bunu  II  Əb-
dülhəmidə aparacaqsan. 
İlk  əvvəl  heç  nə  başa  düşmədim. 
Əcəba,  Xalid  bəyin  Türkiyədə  ikinci 
Əbdülhəmid  adında  dostumu  var?  – 
deyə  düşünərkən  Xalid  bəy  sözünə  da-
vam  etdi:  “O,  bizə  və  bütün  müsəl-
manlara  sionizmi  və  sionizmin  hiylə-
lərini  başa  saldı.  Biz  sionizmin  nə 
olduğunu ondan öyrəndik. Allah Xoca-
mızdan  razı  olsun”.  Başa  düşdüm  ki, 
Ərbakan  Xocamız  haqqında  danışır. 
Məscidi-Əqsanın  bu  maketini  alıb  Tür-
kiyəyə  qayıtdım.  Ankarada  Xocamı 
ziyarət etdim. Gecə saat on iki idi və o, 
hələ evində toplantıda idi. Beş dəqiqəlik 
icazə  alıb  və  hüzuruna  daxil  oldum. 
Bildirdim  ki,  Xocam,  Orta  Şərqdən 
gəlirəm.  Suriyada  Xalid  Məşəl  bəyi 
ziyarət  etdim.  Mənə  Məscidi-Əqsanın 
maketini  verdi  və  dedi  ki,  bunu  II 
Əbdülhəmidə  aparmalısan.  Xocam  bu 
sözlərdən təsirləndi və ağlamağa başladı. 
Orada  olanlar  da  ağladılar.  Bir  neçə 
dəqiqədən  sonra  Xocam  dedi:  “Kaş 
Türkiyədəki  müsəlmanlar  da  məni  İs-
lam  ölkələrindəki  müsəlmanlar  qədər 
başa düşə biləydilər”. 
Xocam!  Sənin  qövmün,  sənin  ölkən-
dəki müsəlmanlar səni tanıya bilmədi və 
səni  dünya  müsəlmanlarının  başa  düş-
düyü qədər başa düşə bilmədi. Kaş başa 
düşə  biləydilər,  tanıya  biləydilər.  Bəlkə 
də,  indi  sizin  ən  böyük  hədəfiniz  olan 
yenidən  böyük  Türkiyə  qurulmuş  və 
addım-addım yeni bir dünya nizamının 
qurulması yolunda sona yaxınlaşmışdı. 
Məqamınız  Cənnət  olsun,  Xocam! 
İnşallah  sizin  davamçılarınız  olan  Milli 
Görüş mücahidləri sizin bu mübarizənizi 
davam  etdirəcək  və  məqsədlərinə  çata-
caqlar.
İSLAM LİDERLƏRİNİN
ŞAHİDLİYİ 
ƏSRƏ İSTİQAMƏT VERƏN
İSLAM LİDERLƏRİNİN 
RƏHBƏRLƏRİ ƏRBAKAN
HAQQINDA ŞAHİDLİYİ 
36
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


1. Livan “İslami Camaat”ın qurucusu 
və ilk sədri Fəthi Yəkən 
– Möhtərəm Xocam, Ərbakan Xoca və 
Türkiyə  üçün  etdikləri  haqqında  nə 
deyə bilərsiniz?
– Xocanı və onun yalnız sizin ölkəniz 
üçün  deyil,  bütün  İslam  aləmi  üçün 
etdiklərini tam başa düşmək üçün İslam 
dinini və tarixini yaxşı bilmək və öyrən-
mək  lazımdır.  Ərbakan  Xocanı  uzun 
illərdən bəri tanıyıram. Onunla bir yerdə 
çox  olduq.  Əslində  bu  bərabərliyin  kö-
kündə  bir  mənada  eyni  davaya  xidmət 
etməyimiz və mənim anamın da Osmanlı 
ailəsindən  olması  dayanırdı.  Sizin  yaşı-
nız  azdır,  o  illəri  xatırlaya  bilməzsiniz. 
Mən Türkiyədə uzun illər qaldım. İstan-
bulda  evim  vardı.  60-cı  illər  haqqında 
danışıram.  O  illərdə  Türkiyədə  xalqla 
dövlət  arasında  bir  küskünlük  yaran-
mışdı.  Müsəlmanların  dövlət  rəhbərli-
yində heç bir söz haqqı yox idi. Dövlətin 
üst  təbəqəsindəki  insanlar  İslamı  və 
müsəlmanları  yalnız  seçkilərdə  yada 
salırdılar.  Bəzi  islami  fəaliyyətlər  vardı, 
lakin  bunlar  ya  gizli  idi,  ya  da  siyasi 
deyildi.  Türkiyə  müsəlmanları  Xocanın 
sayəsində  dövlətlə  barışdılar,  nazir  ol-
dular,  varlandılar  və  bələdiyyə  sədri 
seçildilər.  O  illərdə,  yəni  Xocanın  hərə-
katından  əvvəl  islami  mövzuda  tele-
viziya  və  radio  verilişləri  qura  bilməz-
diniz. Xoca elm əhli, təqva əhli və imanlı 
bir insan idi. Sadəcə Türkiyə üçün deyil, 
bütün müsəlmanlar üçün hədəfləri olan, 
layihələri olan bir lider idi. 
Xoca Türkiyəyə çox şeylər qazandırdı. 
Türkiyə  müsəlmanları  bu  gün  əldə 
etdikləri  bir  çox  uğurlara  görə  Xocaya 
borcludurlar.  Lakin  başda  Xocanın 
yanında olan bəzi tələbələri olmaqla bir 
çox şəxslər Xocanı başa düşə bilmədilər, 
ya  da  başa  düşmək  istəmədilər.  İslam 
ölkələrinə baxın. “Milli Görüş” hərəkatı 
Türkiyədə başlamamışdan əvvəl heç bir 
İslam ölkəsində müsəlmanların siyasi bir 
təşəkkülü yox idi. Biz Livanda bir camaat 
olaraq  Milli  Görüşdən  əvvəl  yaşamış 
insanlarıq, lakin siyasi bir təşəkkülümüz 
yox  idi.  Digər  İslam  ölkələrində  də 
vəziyyət  belə  idi.  Xoca  partiya  qurub 
məclisə  girincə  İslam  ölkələrindəki  is-
lami  təşkilatlarla  da  yaxından  görüşlər 
keçirildi.  Toplantılar  keçirilərdi  və  bu 
toplantılarda  iştirak  edən  ölkələr  Xoca-
nın idealındakı İslam ölkələri haqqındakı 
görüşlərini,  layihələrini  dinləyər,  öz 
vətənlərinə  qayıtdıqdan  sonra  bu  layi-
hələri  həyata  keçirərdilər.  Əlbəttə  ki, 
digər  ölkələr  Türkiyə  kimi  deyildi. 
Xocanın  fikirlərinin  tətbiq  olunmasına 
bəzi  ölkələrdə,  ələlxüsus  Misirdəki  və 
MİLLİ  GÖRÜŞ
37
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə