Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

rilmişdi.  Digərləri  isə  başqa  mehman-
xanalarda  yerləşdirilmişdi.  Nəcməddin 
Ərbakan  və  onunla  gələn  heyət,  həmçi-
nin  iranlılardan  ibarət  olan  qrup  bu 
mehmanxanada yerləşmişdilər.
Bir  gün  Nəcməddin Ərbakanla  meh-
manxananın  foyesində  oturub  söhbət 
etdik.  Bir  neçə  il  keçəndən  sonra  məni 
gördüyü üçün xeyli xoşhal oldu. Mühari-
bənin davam etməsindən çox narahat idi. 
Yumşaqlıqla,  dərin  təəssüratla  İrakın 
təcavüzünü və müsəlmanların qətl-qarət 
edilməsini tənqid edirdi və müharibənin 
sona  çatmaq  istəyində  olduğunu  bildi-
rirdi. İslam Nizamının Türkiyə ilə əmək-
daşlığı  mövzusu  barəsində  söz  açıldı. 
Nəcməddin Ərbakan mənim: “Nə etmək 
lazımdır?” – deyə verdiyim suala duzlu 
bir  təbəssümlə  belə  cavab  verdi:  “Çox 
işlər görmək olar, lakin İslam Respubli-
kasındakı dostlar öz vədlərinə əməl et-
mirlər.  İranlı  dostlar  çox  yaxşı  danışır-
lar,  amma  danışıqlara  əməl  olunmur!” 
Əlbəttə  ki,  mən  bu  sözləri  o  vaxt  İrana 
qayıtdıqdan sonra Ağayi Doktor Vəlayə-
tiyə  çatdırdım...  Mənim  üçün  çox 
əhəmiyyətli  və  dəyərli  olan,  diqqətimi 
cəlb  edən  başqa  bir  hadisə  isə  belə 
olmuşdur.  Bir  gecə  konfransın  işi  sona 
çatdıqdan  sonra  mehmanxanaya  qayıt-
dıq...  İrana  uçuş  vaxtımızı  təyin  etmək 
üçün Ağayi Əlborzi ilə sakit bir guşədə 
oturmuşduq.  Qarşımızdakı  sütunun 
arxasında Nəcməddin Ərbakan bir neçə 
dostu  ilə  əyləşmişdi  və  sözsüz  bizi 
görmürdü... Onun işlərinə başçılıq edən 
şəxs qonaqların gedişi üçün məsul olan 
şəxsin yanından ayrılıb ona yaxınlaşdı və 
İslamabaddan  İstanbula  olan  uçuşların 
sayı haqqında məlumat verdi. Nəcməd-
din  Ərbakan  yalnız  bir  məsələyə  görə 
narahat  olduğunu  bildirərək  dedi: 
“Təyyarə  şirkətinin  növü  və  uçuşun 
gecə, yaxud gündüz saatlarında olması 
mühüm deyil, işləri elə nizamlayın ki, 
sabah  cümə  günü  olduğu  üçün  mən 
cümə namazına çata bilim”. 
Bu  fikir  olduqca  dəyərlidir  və  bu 
şəxsin  dini  etiqadlara  olan  imanının 
göstəricisidir.  O,  səfərdə  idi  və  cümə 
namazı ona vacib deyildi. Bir neçə gün idi 
ki,  konfranslarda  iştirak  edirdi  və 
müxtəlif  görüşlər  keçirmişdi.  “Evə  tez 
çatıb istirahət etməliyəm”, – deməkdən-
sə, cümə namazını düşünürdü və səfərin 
ona görə tənzimlənməsinə çalışırdı.
Ağayi-Əlborzi türk dilini bilmədiyinə 
görə  mənim  heyrətlənməyimdən  və  üz 
cizgilərimdən təəccübləndi və “Ərbakan 
nə  dedi  ki?”  –  deyə  soruşdu.  Mən  baş 
verənləri ona danışdım və təəccübü daha 
da artdı. İman və əqidə nələr etmir ki... 
Bu, mənim Ərbakanla son görüşüm oldu. 
Artıq  o  vəfat  etmişdir.  Ümidvaram  ki, 
Türkiyədə  onun  yolu  davam  edəcək  və 
özünə yeni dostlar qazanacaqdır...
www.sedayeshia.com 
www.khosroshahi.ir  
MİLLİ  GÖRÜŞ
55
Ərbakan Xoca xüsusi buraxılış


MİLLİ GÖRÜŞÇÜ HANSI 
XÜSUSİYYƏTLƏRƏ SAHİB
OLMALIDIR 
İslam  davasına  qəlbi  ilə  bağlanan, 
Allaha, Rəsuluna, əmr sahiblərinə (Əhli-
Beyt  imamlarına)  və  ədalətli  fəqihə 
(müctəhidə) təslim olan, Allahdan başqa 
ilah  (məbud  və  qanunverici)  yoxdur 
deyən, hökm yalnız Allaha məxsusdur, – 
deyə hayqıran, Tağuta boyun əyməyən, 
İslamı  bir  həyat  nizamı  olaraq  mənim-
səyən  və  İslamın  hakimiyyəti  üçün 
çalışan  hər  bir  müsəlman  Milli  Görüş-
çüdür.
Milli  Görüşçü  Mühəmməd  ümmə-
tinin  birliyini,  dirçəlişini,  hüzurunu  və 
rifahını istəməlidir.
Milli Görüşçü Allahdan Onun elçisinə 
vəhy  yolu  ilə  nazil  olan  (enən)  əmr  və 
yasaqların  hamısına,  Rəsulullahın  Sün-
nəsinə, İcmaya, Ağıla, Qiyasa və şəriətin 
digər dəlillərinə təslim olmalıdır.
Milli Görüşçü Allah davasından başqa 
bir  davanın,  qayənin  və  məqsədin  da-
lınca  getmədən,  hər  cür  niyyət  və  işdə 
yalnız  Allaha  təvəccöh  (diqqət)  edərək, 
Ona bağlanaraq, Onun razılığını qazan-
maq və Onun adını ucaltmaq üçün çalış-
malıdır.
Milli  Görüşçü  ilahi  hökmlərə  zidd 
ideologiya, doktrina, sistem, düşüncə və 
idarə  formalarını  rədd  edərək  Allahın 
hökmləri ilə idarə edilməyi istəməlidir.
Milli  Görüşçü  həm  küfrə,  həm  də 
nəfsinə  qarşı  cihad  etməli,  mübarizə 
aparmalıdır. Hərəkəti haqqa doğru, haqq 
üçün və haqq üzərində olmalıdır.
Milli  Görüşçü  əhdinə  sadiq  və  dost-
larına  qarşı  vəfalı  olmalıdır.  Əhdə  vəfa 
onun məzacıdır. O, etibarlı bir insandır. 
Heç bir insan Milli Görüşçünün əlindən, 
dilindən  və  başqa  bir  üzvündən  zərər 
görməməlidir.  Milli  Görüşçü  gözünə, 
dilinə,  qulaqlarına,  əllərinə,  ayaqlarına, 
qarnına, fərcinə və qəlbinə hakim olma-
lıdır. Yalan danışmamalı və verdiyi sözə 
əməl  etməlidir.  Milli  Görüşçü  bu  dün-
yanın müvəqqəti, axirətin isə əbədi oldu-
ğunu  bildiyi  üçün  dünyanı  axirətin  tar-
lası  olaraq  görməli,  dünya  malına  əsir 
olmamalı, malı, mülkü, məqamı və rüt-
bəni Allah yolunda xərcləməkdən çəkin-
məməli və comərd olmalıdır.
Milli  Görüşçü  qürurdan,  kibrdən  və 
riyadan uzaqlaşaraq təvazökar olmalıdır. 
Bilməlidir  ki,  özünü  bəyənən  insanı 
Allah alçaldar.
Milli  Görüşçü  Allahı  sevdiyi  üçün 
müsəlmanları  da  sevməli,  qövm  və  irq 
ayrı-seçkiliyinə  getmədən  onları  qoru-
malıdır.
Milli  Görüşçü  ədalətdən  əsla  ayrıl-
mamalı, ədaləti yalnız özü, ailəsi, yaxın-
ları və soydaşları üçün deyil, düşmənləri 
üçün  də  istəməli,  onlarla  belə  ədalətlə 
davranmalı,  hətta  öz  əleyhinə  olsa  da, 
ədalətlə  qərar  verməli,  ədalətli  olub 
hüquqi normalara riayət etməli və Əda-
lətli Quruluş tərəfdarı olmalıdır.
Milli  Görüşçü  təşkilatçı  olmalı,  bir-
likdə  hərəkət  etməyin  fayda  və  əhə-
56
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə