Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

Tunis  “ən-Nəhdə”  hərəkatının  lideri 
Raşid Qənnuşi “Milli Görüş” lideri Prof. 
Dr.  Nəcməddin  Ərbakanı  belə  dəyər-
ləndirdi:  “Möhtərəm  Ərbakan  mənim 
yalnız  dostum  deyildi,  eyni  zamanda 
xocalarımdan biri idi. Ərəb dünyasında 
Türkiyə  haqqında  danışıldığı  zaman 
mütləq möhtərəm Ərbakanın adı çəki-
lərdi.  Cənazə  namazında  1,5  milyon 
insanın iştirakı, Türk xalqının ona olan 
sevgisini  və  sayğısını  göstərmişdir. 
Mənim  nəslim  Türkiyə  haqqında 
danışdıqda  Ərbakanın  adı  mütləq 
çəkilərdi. Ona bütün İslam dünyasında 
olduğu kimi, biz də çox böyük bir dəyər 
veririk. Türkiyəyə də ölkənizin böyük 
kədərinə  şərik  olmaq  üçün  gəldim. 
Xocamıza  qarşı  son  vəzifəmi  yerinə 
yetirdim”.
Dünya  müsəlmanlarının  qabaqcıl 
alimlərindən  biri,  böyük  alim  Qərədavi 
mərhum  Ərbakanın  həyatı  boyunca 
İslama dəvət etdiyini və təbliğə, ümmə-
tin oyanış və dirçəlişinə böyük xidmətlər 
göstərdiyini bildirdi. Mərkəzi Londonda 
olan  400  üzvlük  “Dünya  İslam Alimləri 
Şurası”nın  sədri  Prof.  Dr.  Yusif  əl-
Qərədavi  və  baş  katib  Prof.  Dr.  Əli 
Muhyiddin  əl-Qərədavi  “Milli  Görüş” 
lideri  Prof.  Dr.  Nəcməddin  Ərbakanın 
vəfatından dərhal sonra şura adından bir 
bildiriş yayımladı. Şuranın rəsmi internet 
saytında  yayımlanan  bildirişdə  “Dünya 
İslam  Alimləri  Şurası”  böyük  mücahid 
Nəcməddin  Ərbakanın  vəfatını  üzüntü 
ilə  dünyaya  elan  edir”,  –  deyilir.  Bildi-
rişdə bunlar qeyd edilir:
 “İslama və müsəlmanlara rəhbərlik 
etmiş, onların inkişaf etməsi və yüksəl-
məsi üçün çox zəhmət çəkmişdir. Bütün 
bu  işləri  görərkən  sadəcə  özü  deyil, 
dəyərli dostları və tələbələri də həmin 
istiqamətdə  fəaliyyət  göstərmişlər. 
“Dünya  Alimlər  Şurası”nın  sədri,  baş 
katibi,  üzvləri  və  dünyadakı  digər 
üzvləri  ilə  birlikdə  türk  xalqına  və 
müsəlmanlara  baş  sağlığı  verərkən, 
böyük  lider  və  mücahid  Ərbakanın 
vəfat  xəbərini  eşitdirərkən,  Allahdan 
onu  bütünlüklə  rəhmətinə  qərq  etmə-
sini istəyirik”.
“Milli Görüş” lideri Prof. Dr. Nəcməd-
din  Ərbakanın  ortaya  qoyduğu  siyasi 
xəttin  özündən  sonra  da  o  cür  davam 
etməsini  gözlədiklərini  bildirən  Qərə-
davi: “Özü kimi tələbələrinin də həmin 
minvalla  fəaliyyət  göstərməsini  gözlə-
yirik. Tələbələri və tərəfdarları onun izi 
və xətti əsasında fəaliyyətlərini davam 
etdirərkən onun boşluğunu doldurmaq 
üçün  yeni  Ərbakanlar  yetişdirməsini 
gözləyir  və  bütün  müsəlmanlara  baş 
sağlığı veririk!” – dedi.
Hindistan  “İslam  Camaatı”nın  lideri 
Siddiq Həsən Xan Prof. Dr. Nəcməddin 
Ərbakanın  bütün  müsəlmanların  lideri 
olduğunu  bildirdi.  Xan:  “O,  sadəcə 
QƏNNUŞİ: “ƏRBAKAN
XOCALARIMDAN BİRİ İDİ” 
QƏRƏDAVİ: “HƏYATINI
İNSANLIĞIN SƏADƏTİNƏ
HƏSR ETMİŞDİ” 
SİDDİQ HƏSƏN XAN: “O, BÜ-
TÜN MÜSƏLMANLARIN
LİDERİ İDİ”
46
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Türkiyənin  deyil,  dünya  müsəlmanla-
rının  lideri  idi.  Biz  dünya  müsəlman-
larının liderini itirdik. O, Milli Görüşü 
qurdu.  İnşallah  onun  təsiri  həmişə 
davam edəcəkdir. Müsəlmanları iqtisa-
diyyat və siyasət sahəsində təsirli hala 
gətirdi.  Bunlarla  əlaqədar  fəaliyyətlər 
göstərməyə təşviq etdi”, – deyə fikrini 
bildirdi. 
Malayziya  “İslam”  Partiyasının  sədri 
Seyid Azman mərhum Ərbakan Xocanın 
yolu ilə gedəcəklərini ifadə etdi. Azman 
dedi:  “Xidmətləri  ilə  yalnız  Türkiyədə 
deyil, bütün dünyada tanınır. Ən böyük 
mücahid olan Xocamız bütün dünyanın 
itkisidir. Onun düşüncələri və xidmət-
ləri  bütün  dünya  üçün  idi.  Onu  başa 
düşməyin  ən  yaxşı  yolu  onun  getdiyi 
yol və göstərdiyi xətt ilə getməkdir. Biz 
də o yolla gedəcəyik, inşallah”.
Fələstinin  baş  naziri  İsmayıl  Həniyə 
Qəzzədə  Ərbakan  üçün  qurulan  təziyə 
çadırını  Həmas  liderlərindən  Mahmud 
Zahar  ilə  birlikdə  ziyarət  etdi.  Qəzzə 
şəhərində qurulan təziyə çadırına gələn 
baş  nazir  Həniyə  Türkiyədən  “Səadət” 
Partiyası  sədrinin  müavini  Təməl  Kara-
mollaoğluna  zəng  edərək  baş  sağlığı 
vermişdi.  Burada  qısa  bir  nitq  söyləyən 
Həniyə: “Ərbakan Xocanın vəfatı sadəcə 
Türkiyədəki qardaşlarımızın deyil, İslam 
ümmətinin  böyük  bir  itkisidir”,  –  dedi. 
İslam  aləminin,  ələlxüsus  fələstinlilərin 
mübarizəni  Ərbakandan  öyrəndiyini 
söyləyən  Həniyə:  “İnsanlar  əvvəllər 
İslamın ev və came ilə məhdudlaşan bir 
həyat  tərzindən  ibarət  olduğunu  zənn 
edirdilər. Lakin o, İslamın bütün ictimai 
həyatda necə keçərli olduğunu göstərdi”, 
– deyərək danışdı. Həniyə dedi: “Fələs-
tinlilər  və  biz  Əhməd  Yasini  necə  görü-
rüksə, Ərbakanı da elə görürük. Əhməd 
Yasin müsəlmanlar üçün necə bir nümu-
nədirsə,  Ərbakan  da  eyni  ilə  bir  nümu-
nədir”.
Şərafəddin Mollaoğlu 
“Anadolugenclik” jurnalı, aprel 2011-ci 
il, 135-ci buraxılış  
SEYİD AZMAN: “ONUN
YOLU İLƏ GEDƏCƏYİK” 
HƏNİYƏ: “ƏHMƏD YASİN KİM-
DİRSƏ ƏRBAKAN DA ODUR!”
MİLLİ  GÖRÜŞ
47
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə