Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

kitablar  və  risalələr  hələ  də  köhnə 
kitabxanamda saxlanılır. 
...Bu əlaqələr İslam İnqilabının qələbə-
sindən  sonra  daha  da  genişləndi  və  biz 
Peyğəmbərin  besətinin  (peyğəmbər-
liyinin)  1500  illiyi  ilə  əlaqədar  keçirilən 
bayrama  onlardan  bir  qrupu  da  İrana 
dəvət etdik və onlar da böyük bir sevinc 
hissilə  bu  bayramda  iştirak  etdilər... 
Nurçular  Molla  Səid  Nursinin  vəfatın-
dan  sonra  ayrı-ayrı  qruplara  ayrıldılar. 
Qruplardan  hər  birinin  rəhbəri  özünə 
məxsus bir təşkilat yaratdı ki, bunların da 
hər biri öz növbəsində çox fəaldır. Onlar 
Molla  Səidin  metodunu  və  yolunu  əsas 
götürüb  özlərinin  əsasən  Molla  Səidin 
risalələrindən  ibarət  olan  nəşriyyatını 
müxtəlif dillərdə çap edirlər.
İnqilabın  qələbəsindən  və  Vatikan 
səfirliyinə təyin olunduqdan sonra İrakın 
İrana təcavüzünə görə İrandan Avropaya 
ardıcıl uçuşlar olmadığı üçün səfir kimi 
fəaliyyət  göstərdiyim  dövrdə  İtaliyaya 
getmək  üçün  iş  yerimə  bəzən  Türkiyə 
yolu  ilə  İstanbuldan  getməyə  məcbur 
olurdum  və  təbii  olaraq  bir-iki  gün 
İstanbulda  qalırdım.  Bu  zaman  təhsil 
sistemi ilə əlaqədar işlərimi görür və türk 
dostlarım və qardaşlarımla görüşürdüm. 
Belə səfərlərdən birində türk qardaş-
ların əvvəlcədən gəldikləri qərara uyğun 
olaraq  “Milli  Səlamət”  Partiyasının  rəh-
bəri  Nəcməddin  Ərbakanın  görüşünə 
getdim.  O,  məni  Partiyanın  binasında 
qarşıladı.  Partiyanın  üzvləri  və  tərəf-
darları onu Xoca – mürşid, yaxud ustad – 
deyə çağırar və ona çox ehtiram edib əlini 
öpərdilər.  Hətta  onlar  Xocanın  məni 
qarşılamaq  üçün  qapıya  qədər  gələrək 
özü müşayiət etməsinə təəccüb etdilər. O, 
bu  hərəkətindən  ətrafdakıların  təəccüb-
ləndiyini  gördükdə  dedi:  “Bu  xoca 
əfəndi  bizim  iranlı  qardaşımızdır.  Biz 
onun  görüşünə  getməliydik,  lakin  o, 
məhəbbət  göstərib  bizim  görüşümüzə 
gəlmişdir...  Biz  onun  ehtiramına  və 
əxlaqına görə ona təşəkkür etməliyik...” 
Təxminən bir saat Ərbakanın yanında 
oldum.  Heç  bir  riyakarlıq  etmədən, 
mürşid və xoca qiyafəsinə bürünmədən 
mənimlə  səmimi  söhbət  etdi  və  mən 
İstanbul  türkcəsində  danışa  bildiyimə 
görə  çox  xoşhal  oldu.  (İstanbul  türkcəsi 
sözlər,  bəyan  keyfiyyəti  və  kəlmələrin 
tələffüz  olunması  baxımından  bizim 
azəri türkcəsi ilə fərqlənir. – Müə.)
İslam  İnqilabı  haqqında  danışdıq... 
Nəcməddin  Ərbakan  inqilabın  çox  vur-
ğunu və məftunu idi və onu məntəqədə 
İslamın qələbəsi və digər qalibiyyətlərin 
başlanğıcı  bilirdi.  İmam  Xomeynini 
xeyirlə  və  yaxşılıqla  yad  edirdi.  Mən 
Türkiyədə  sekularizmin  (laikliyin)  da-
vam etməsi və Atatürkçülüyün bir dinə 
çevrilməsi  barəsindəki  nigarançılığımı 
üstüörtülü  şəkildə  dilə  gətirdim.  O, 
ölkəsinin  şəraitini  müfəssəl  şəkildə 
bəyan etdi və dedi: “Qərbin və laiklərin 
(dünyəvilərin) köməyi ilə təxminən 60 
ildir  ki,  idarə  olunan  quruluşda  onlar 
bütün  işlərdə  kök  salıblar.  Bütün 
zəminlərdə İslam hakimiyyətinə doğru 
ehtiyatla  və  tədricən  addımlamaq  la-
zımdır. Qərbin bu işə havadarlıq etmə-
sinə  diqqət  etməklə  aydın  olur  ki,  hər 
cür  tələskənlik  generalların  bu  işi 
dayandırması  ilə  üzbəüz  gələcəkdir. 
NƏCMƏDDİN ƏRBAKAN 
İRAN İSLAM İNQİLABININ
VURĞUNU İDİ
MİLLİ  GÖRÜŞ
53
Ərbakan Xoca xüsusi buraxılış


Lakin  mən  ümidvaram  ki,  Allahın 
köməkliyi  ilə  tədricən  öz  məqsədlə-
rimizə çatacağıq. Bu yolu Adnan Men-
deres  başladı.  Lakin  gördünüz  ki,  onu 
bir  mənasız  ittihamla  edam  etdilər. 
Onun əsl günahı İslamı istəmək idi. Biz 
ümidvarıq  ki,  keçmiş  təcrübələrdən 
istifadə etməklə bu yolu davam etdirə-
cəyik.  Hətta  Məclisdə  əksəriyyəti  ələ 
alıb sonra baş nazir və prezident təyin 
edə bilmək üçün bu yolda laiklərlə belə 
ittifaq bağlamağa hazırıq”. 
Mən Ərbakanın salamatlığı üçün dua 
edib,  müvəffəqiyyət  arzulayaraq  ondan 
ayrıldım və İtaliyaya getdim. Bir müddət 
keçdi  və  onun  öz  qanuni  fəaliyyətini 
davam  etdirə  bilməsi  üçün  sonralar 
“Rifah” adını aldığı partiyası qələbə çaldı 
və  xanım  Çillərin  partiyası  ilə  ittifaq 
bağlayıb güc əldə etdi. Bir neçə ay sonra 
generalların  çevrilişi  ilə  dövlət  devrildi 
və  laiklər  yenidən  səhnəyə  gəldilər. 
Ərbakan və dostları mənasız ittihamlarla 
məhkəməyə cəlb olundular. 
İrakın  İrana  təcavüzü  böhranında 
Misir,  Türkiyə,  Sudan  İslam  hərəkat-
larının rəhbərliyinin və Əfqanıstan cihad 
rəhbərlərinin əməkdaşlığı ilə Pakistanın 
paytaxtı  İslamabadda    “Müsəlmanların 
Vəhdəti”  adlı  konfrans  təşkil  olundu. 
Dəvətlər  general  Ziyaulhəqq  vasitəsilə 
həyata  keçirilmişdi.  Lakin  sonralar  eşit-
dik  ki,  konfransın  xərcini  Səud  ailəsi 
çəkmişdir. Bu konfransda demək olar ki
İslam  dünyasındakı  bütün  islami  hərə-
katların  rəhbərləri  fəal  iştirak  etdilər. 
Misir  “Müsəlman  Qardaşlar  Cəmiy-
yəti”nin  mürşidi  Mühəmməd  Hamid 
Əbunnəsr,  “Sudan  İslam  Hərəkatı”nın 
mürşidi  Şeyx  Həsən  ət-Türabi,  “Misir 
Cihad  Hərəkatları”nın  rəhbəri  Şeyx 
Ömər  Əbdürrəhman,  Əfqanıstan  cihad 
hərəkatlarının  bütün  rəhbərləri,  “Pakis-
tan  İslam  Camaatı”nın  əmiri  Qazı  Hü-
seyn və Nəcməddin Ərbakan...
İranın  bu  konfransla  –  Londonda 
onun  əsl  rüşeymi  mənim  iştirakımla 
Doktor  Əzzam  Misrinin  evində  təşkil 
olunmuşdu  –  əlaqəsini  yaradan  mən 
olmuşam  və  İrandan  bu  konfransda 
Ayətullah  Cənnəti,  Ayətullah  Təsxiri, 
Pakistandakı  səfirimiz  Ağa  Seyid  Mah-
mud  Musəvi,  Xarici  İşlər  Nazirliyindən 
Ağayi-Əlborzi  və  mən  iştirak  edirdik. 
Konfrans  işinin  macərasının  və  İrakın 
təcavüzkar tanınması barəsində qətnamə 
qəbul  olunmasına  təşəbbüs  göstərilmə-
sinin  başqa  bir  dastanı  vardır.  ...  Bu 
konfransdan  indiyə  qədər  yadımda  qa-
lan  xatirə  Nəcməddin  Ərbakanla  əlaqə-
dar xatirədir. Bir qrup qonaq İslamabad-
da “Hilton” mehmanxanasında yerləşdi-
NƏCMƏDDİN ƏRBAKANIN
 CÜMƏ NAMAZINA DİQQƏTİ
54
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə