Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

aşılamışdır.  Ərbakanın  müraciəti  hər 
zaman  və  yenidən  “Böyük  Türkiyə” 
yarada bilmənin mümkün olması, bunu 
yaratmaq imkanının və mənbələrinin də 
öz  əllərimizdə  olmasının  gənc  nəslə 
çatdırılması  və  şüurlarına  həkk  edilmə-
sindən ibarət olmuşdur. 
“Türkiyə bir daha qüdrətli lider döv-
lət olacaqdır”, – deyərək məqsədləri izah 
edərkən Ərbakan bunu “Yenidən böyük 
Türkiyə”  prinsipi  kimi  formalaşdırır  və 
bunun  hər  kəs  tərəfindən  bir  prinsip 
olaraq qəbul edilməsinin vacibliyini vur-
ğulayırdı.
Son iki ayda xarici mətbuatda çıxan və 
“Lider  ölkə  Türkiyə”  başlıqlı  yazılarda 
da göründüyü kimi, Türkiyənin mövqeyi 
və  gücü  bölgənin  digər  ölkələri  ilə 
müqayisə  edilmişdir.  Bütün  bu  irəlilə-
yişlərin yəqinliyini çox əvvəldən müəy-
yənləşdirə  bilən  Ərbakan  da  bu  yolda 
irəli gedə bilməyimiz üçün görüləsi işləri 
və  prinsipləri  yeni  nəsillərə  uzun  illər 
bundan  qabaq  öyrətməyə  başlamışdır. 
Möhtərəm Xocamızın öz ehtimalında və 
verdiyi  tədbirlərində  nə  qədər  haqlı 
olması bir daha yenidən qarşımıza çıxır.
 Üçüncü prinsip isə “yeni bir dünya” 
şüarıdır. Hadisələrin inkişafına bir daha 
nəzər salsaq, məsələn İrak işğalının necə 
50
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


həyata  keçirilməsi,  Əfqanıstanın  necə 
zəbt  olunmasını  xatırlasaq,  bütün  bun-
ların ABŞ və Avropa dövlətlərinin müştə-
rək  qərarları  və  onların  hələ  də  davam 
edən  “koloniyalaşdırma  mövqeləri  və 
xarici  siyasət  yanaşmaları”  ilə  həyata 
keçirmələrini asanlıqla görmək olur.
Bu gün də Liviyanın Avropa qüvvələri 
(xüsusilə  Fransa)  tərəfindən  hər  an 
məruz  qaldığı  hücumları,  düşmənlərin 
birləşərək kollektiv şəkildə İslam ölkələ-
rini bir daha koloniyaya çevirmək üçün 
yeni  yollar  və  səbəblər  aradıqlarını 
müşahidə edirik. Bu vəziyyət qarşısında 
mütləq  başqa  bir  quruluşda  Birləşmiş 
Millətləri  təmsil  edən  bir  qurumun 
yaranmasına  ehtiyac  vardır.  Bugünkü 
Birləşmiş  Millətlər  Təşkilatı  (BMT), 
təəssüf  ki,  ədalətli  və  hüquqi  olmaq 
əvəzinə,  daha  çox  maraqlar  və  siyasi 
oyunlar balansının həyata keçirildiyi bir 
platforma  halına  salınmışdır.  Hazırkı 
BMT  hələ  də  II  Dünya  Müharibəsi 
qaliblərinin  qurduğu  “Qüdrət”ə  söykə-
nən bir təşkilat olaraq çalışmağa davam 
etməkdədir.
Dünyadakı  siyasi  maraqların  daha 
yaxşı müdafiə olunması üçün güclü yerli 
qüvvələr  arasında  yeni  təşkilatlanma-
ların  yaranmasına  ehtiyac  vardır.  İslam 
ölkələri,  eləcə  də  inkişaf  etməkdə  olan 
ölkələr və qitələr arasında tərəqqi edəcək 
təşkilatlar  dünyada  baş  verən  bir  çox 
haqsızlıqların  qarşısını  almağa  kömək 
edəcəkdir.  Bugünkü  şərtlərlə  fəaliyyət 
göstərən yerli təşkilatlar, məsələn “Ərəb 
Birliyi” və ya “İslam Konfransı Təşkilatı” 
son  dərəcə  zəif  fəaliyyət  göstərirlər  və 
vəzifələrinin  öhdəsindən  tam  gələ  bil-
mirlər.  Liviya  hadisəsində  BMT-də 
qərarın  qəbul  edilməsi  üçün  “Ərəb 
Birliyi”  təşkilatı,  hətta  “no-flay  zon” 
(“Uçuşun  qadağan  olunduğu  zona”) 
tələbi  ilə  müzakirələrə  qatılmış  və  Livi-
yaya  hücum  qərarına  dəstək  vermişdir. 
Deməli,  bölgə  üçün  maraq  və  məqsəd-
lərini qorumaq əvəzinə “güclü olanları” 
razı  salmaq  fikri  daha  üstün  gəlmişdir. 
Ədalətli  olmayan  və  “Güc”ə  söykənən 
mövcud sistemə boyun əyilmişdir. Daha 
ədalətli  bir  quruluş  və  daha  çox  haqqa 
söykənən  bir  sistemin  qurulmasının 
vacibliyinə  inanan  möhtərəm  Ərbakan 
Xoca  ömrünün  son  günlərinə  qədər 
sülhün  bərqərar  olması  üçün  yeni  bir 
dünya  nizamının  lazım  olması  fikrini 
müdafiə  etmiş  və  bunu  daim  diqqət 
mərkəzində saxlamışdır. 
Təkrar etmək lazım olarsa, Xocamıza 
olan  hörmət  və  sevgimizə  görə  onun 
adına  layiq  nəsə  etmək  istəyiriksə,  hər 
şeydən  əvvəl  onun  ideyalarını  və  ən 
böyük layihəsinin mahiyyətini yaxşı başa 
düşməli, mənimsəməli və xalqa düzgün 
izah  etməliyik.  Bunların  həyata  keçə 
bilməsi  üçün  bütün  öhdəliklərimizi  ye-
rinə yetirərkən özümüz də “Milli Görüş” 
ideologiyasının  əsaslarına  müvafiq  for-
mada hərəkət etməliyik. Xocamız özün-
dən sonra yerinə yetiriləcək çox işlər və 
həyata  keçiriləsi  çox  böyük  ideyalar 
qoyub  getmişdir.  Onun  tövsiyələrini 
həyata  keçirmək  üçün  hər  kəs  böyük 
məsuliyyət daşıyır. 
Ruhu şad olsun! Amin! 
Prof. Dr. Oya Akgönənç
“Anadolugenclik” jurnalı, aprel 
2011-ci il, 135-ci buraxılış 
MİLLİ  GÖRÜŞ
51
Ərbakan Xoca xüsusi buraxılış


İslam  İnqilabının  qələbəsindən  əvvəl 
dəfələrlə  Türkiyəyə  –  Ankara  və  İstan-
bula səfər etmişdim. İlk səfərdə “Meyhən 
Tur”un avtobusu ilə Tehrandan Fransaya 
və  Almaniyaya  qədər  Türkiyə  yolu  ilə 
getmişdim.  Sonralar  isə  təyyarə  ilə... 
Ankarada bir neçə mətbuat orqanlarına, 
o  cümlədən  çoxtirajlı  həftəlik  “İttihad” 
və “Zaman” qəzetlərinə də müsahibələr 
vermişəm  və  bu  yazılar  qəzetlərin  ilk 
səhifəsində nəşr olunmuşdur.
Bir  gecə  Ankarada  qardaşlardan 
birinin məsləhəti ilə Molla Səid Nursinin 
“Nurçular” deyə tanınan tərəfdarlarının 
məclisində  iştirak  etdim.  Onlar  bundan 
çox  sevindilər  və  türkcə  bəzi  sözlər  də 
bəyan etdim ki, bu da məclis iştirakçıları 
tərəfindən  yaxşı  qarşılandı  və  xoş  təsir 
bağışladı. Lakin sonrakı gün Saleh Özcan 
adlı başqa bir qardaş – bu qardaş “Hilal” 
adlanan  aylıq  jurnalın  təsisçisi  idi  və  o 
jurnalı həmişə mənə göndərərdi – mənə 
xəbərdarlıq  etdi  ki,  nurçuların  gecə 
toplantıları qadağandır və bəzən polislər 
basqın  edib  məhkəmənin  qərar  vermə-
sinə qədər bütün iştirakçıları tutub sax-
layırlar...
“Zaman”  qəzetinin  rəhbəri  Mühəm-
məd  Şövkət  Eygi  ilə  görüşdüm  və 
naharda  Məkkədə  yerləşən  “Rabitətul-
Aləmil-İslami”nin  üzvü  olan  və  onunla 
oradan  tanış  olduğum  Saleh  Özcanın 
qonağı  oldum.  Daha  nurçuların  dərs-
lərində iştirak etmədim. 
Lakin İrana qayıtdıqdan sonra onlarla 
yazışmalar və fikir mübadilələri başlandı 
və bu, uzun müddət davam etdi. Həmin 
vaxtdan  etibarən  əlimdə  onların  mürşi-
dindən gələn onlarla məktub vardır ki, o 
məktublarda Molla Səid Nursinin salam 
və tərifini mənə çatdırmışlar... Bu yazış-
maların  mərkəzi  Urfa  şəhəri  idi  və  çox 
məktublar  “Nur  tələbələri”  imzası  ilə 
yazılırdı...  Molla  Səid  Nursinin  rotator 
maşınında çoxaldılan və çoxu ərəb hərf-
ləri ilə yazılmış kitablarını və risalələrini 
mənim  üçün  göndərirdilər.  Həmin 
ƏRBAKAN XOCADAN
BİR XATİRƏ 
USTAD XOSROVŞAHİNİN
QƏLƏMİ İLƏ NƏCMƏDDİN
ƏRBAKANDAN BİR XATİRƏ
NƏCMƏDDİN ƏRBAKANLA
İLK GÖRÜŞÜ
52
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə