Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

sağlığında İstanbula – nənəmgilə gedər-
dik.  İlk  gün  əmimgildə  qəhvəaltı  etdik-
dən sonra böyüklərin qəbir ziyarəti üçün 
ayrılardı. Sonrakı vaxt isə ya şəhər sədri 
ilə  görüşməyə  gedər,  ya  da  şəhər 
toplantılarına qatılmaq üçün yenə bizdən 
ayrılmalı olurdu.   
–  Nəcməddin  Ərbakan  adı  deyəndə 
ağlınıza ilk əvvəl nə gəlir? 
– Yer üzünə yüz ildə bir gələcək insan. 
Bir  dünya  lideri,  siyasət  və  dava  adamı 
gəlir. İdealları çox yüksək idi. Gözü hər 
zaman zirvədə idi. Hər zaman niyə bu da 
olmasın, – deyərdi. Əzmli idi. Doktorluq 
üçün üç, dosentlik üçün iki elmi işi eyni 
vaxtda  yazdı.  28  yaşında  Türkiyənin  ən 
gənc dosenti oldu. 
– Necə bir ata idi? 
– Şəfqətli, anlayışlı və mehriban bir ata 
idi. Uşaqlarla maraqlanmağı çox sevərdi. 
1-2  yaşındakı  nəvələri,  hansı  hərəkəti 
edərsə, onları eynilə təkrarlamağı sevər-
di.  Bəlkə,  uşaq  ikən  bizə  çox  vaxt  ayıra 
bilmədi,  amma  nəvələrində  bunu  daha 
yaxşı hiss etdik. Onlar nə istəyirdi onu da 
etməyə  çalışardı.  Heç  bir  zaman  heç 
kəsin xətrinə dəymək istəməz, xəbərdar-
lıq  etmək  istəyəndə  “Sizin  yaxşılığınız 
üçün bunu istəyirəm”, – deyərdi. 
  Qəhvəaltıda  ən  çox  nə  yemək 
istərdi? 
–  Sevdiyi  bir  çörək  çeşidindən  kə-
silmiş bir dilim çörəyin üzərinə pomidor 
dilimlərini  sobada  qızardılmış  halda, 
pendirləri  isə  ərimiş  şəkildə  qoyaraq 
yeməkdən çox xoşlanardı.  
– Hansı yeməkləri daha çox sevərdi? 
–  Çox  yeməyi  sevməzdi.  Heç  də 
müxtəlif  çeşiddə  xörəklər  istəməzdi. 
Şorbadan sonra nə olsa yeyərdi. Şirniyyat 
yemək istərsə, onu da 2-3 saatdan sonra 
qəbul edərdi.  
– Ən çox sevdiyi yemək nə idi? 
–  Nənəmgili  Kayserili  olduqlarına 
görə ən çox düşbərə bişirərdi. Düşbərəni 
çox sevərdi. Hətta xəmirin yumşaq və ya 
bərk, unun az, ya da çox olmasına görə 
dəyərləndirərdi.  Bəyənəndə:  “Bax,  bu 
çox gözəl olmuş”, – deyərdi. 
– Şirniyyatı çox sevərdimi? 
–  Şokoladlı  olan  şirniyyatları  və  tat-
lıları  çox  sevərdi.  Ən  çox  sevdiyi  don-
durma  idi.  Evdə  həmişə  dondurma 
olardı.  İçində  6-7  ədəd  buz  olan  sodanı 
içməyi xoşlayardı. Suyu çox soyuq içərdi. 
Ramazan  aylarında  güllaçı  sevərdi. 
Pomidor şorbasının heyranı idi. 
– Uşaqlığınızda sizə verdiyi ən gözəl 
hədiyyə nə idi? 
ƏN SEVDİYİ YEMƏK 
72
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


–  5-ci  sinifdə  oxuyurdum.  Həmin 
vaxtlarda  İsveçrəyə  getmişdi.  Gələndə 
ürək şəklində bir boyunbağı gətirmişdi. 
O boyunbağını hələ də saxlayıram. 
–  Necə  bir  əlaqəniz,  bir-birinizə 
münasibətiniz vardı? 
–  Bir-birimizə  çox  duyğulu  münasi-
bətimiz vardı. Əlbəttə, hər övlad atasını 
çox  istəyir,  amma  böyüklərimiz  evlilik 
üçün  necə  insan  istəyirsən?  –  deyə 
soruşduqları  vaxt  mən:  “Atam  kimi 
birini” – deyə cavab vermişdim. Evdə çox 
danışmazdı.  Yəqin  ki,  bu,  onun  siyasi 
fəaliyyəti  ilə  bağlı  idi.  Lakin  onun  göz-
lərinin ifadəsindən, baxışlarından fikrini 
anlayardıq. Məsələn, anam “Filan vaxtda 
müsaidsən?  Altınoluka  gedək”  –  deyə 
soruşarkən  ilk  əvvəl  dönüb  mənə 
baxardı. Mən istəyirəm, yoxsa istəmirəm 
deyə.  “Oldu,  yaşasın”  –  desəm,  “Bu 
toplantımızın  vaxtını  dəqiqləşdirim, 
gedərik” – deyərdi. 
– Heç hirslənərdimi? 
–  Atam  heç  bir  şeyə  ciddi  reaksiya 
göstərməzdi. Evdə, siyasi hadisələrdə və 
ya  anamla  qarşılıqlı  münasibətlərdə 
qəzəblənən  vaxt  “Bismillahir-rəhmanir-
rəhim” – deyər, ayağa qalxar, dəstəmaz 
alar,  namazını  qılar  və  ondan  sonra 
gələrdi.  Artıq  bu  zaman  qarşı  tərəfin 
qəzəbi  keçmiş  olardı.  Evdə  çox  danış-
mağı  sevməz,  hər  hansı  bir  mövzuda 
onun  izahını  soruşanda  ancaq  fikrini 
söyləyərdi. 
– Məktəb illərində dərslərinizdə sizə 
kömək edərdi? 
–  Texniki  fənləri  və  riyaziyyatı  çox 
yaxşı  bilirdi,  amma  ondan  soruşmaq-
dansa xüsusi dərs almağı tərcih edərdim, 
çünki başa salmağa lap əvvəlindən baş-
lardı. Bir hadisəni danışım: Universitetdə 
kimya  mühəndisliyi  fakültəsində  3-cü 
kursda  istilik  keçirmə  dərsi  öyrənirik. 
Eyni dərsi maşın mühəndisləri ixtisasına 
yiyələnənlər də keçir. Özü üç dəfə o dərsi 
dinləyib.  Çox  yaxşı  bilirdi.  Mənim  də 
ertəsi  gün  imtahanım  olmalı  idi.  Hazır-
laşırdım. Bir mövzuda çətinlik çəkdim. 
Atamın  yanına  gedib:  “Ata,  burada  (-), 
burada  (-)  var.  Bunu  nəyə  görə  dəyiş-
diririk?” – deyə soruşdum. Mənə, “Dur. 
Onu  başa  düşmək  üçün  ilk  əvvəl 
maddənin  təşəkkülündən  başlamaq  la-
zımdır” – dedi. “Ata, əvvəldən başla-saq, 
çatdırmayacam. Sabah imtahandır. Hələ 
oxumadığım dərslər var. Saat 21:00-dır”. 
“Yox, əvvəldən başlasaq, hamısını anla-
yacaqsan” – deyib başa salmağa başladı. 
Gəlib  bir  yerinə  çatdıq.  “Bəli,  təhəccüd 
zamanı gəldi”, – dedi və gedib namazını 
qıldı.  Mən  küncdə  oturub  gözləyirdim. 
MARAQLI BİR DƏRS
ÇALIŞMA XATİRƏSİ 
MİLLİ  GÖRÜŞ
73
Ərbakan Xoca xüsusi buraxılış


Yenidən  gəldi  və  qaldığımız  yerdən 
məşğul  olmağa  başladıq.  Sonra  sübh 
namazının  vaxtı  yetişəndə,  “Mövzunun 
məzmununu  çıxaraq”  deyərək  nəhayət, 
(-)  və  (-)-nin  səbəbini  söylədi.  Təbii  ki, 
dərsin  digər  mövzularına  hazırlaş-
madığım  üçün  imtahanda  bir  çox  suala 
cavab verə bilmədim. 
–  İlk  nəvələri  sizin  övladlarınızdır. 
Onlara münasibəti, onlarla əlaqəsi necə 
idi? 
– İlk nəvələri mənim övladlarım oldu-
ğu  üçün  onlara  qarşı  çox  diqqətli  idi. 
Onları çox sevərdi. Mücahid Təlhəyə hər 
zaman  Mücahid  deyərdi.  O,  dünyaya 
gələndə  onun  adını  “Təlhə  qoyaq” 
demişdim. Atam isə: “Çox ağır ola bilər. 
Həqiqətən,  cihad  insanı  olması  üçün 
Mücahid  adını  qoyaq”  –  deyə  fikrini 
bildirmişdi.  
İkinci  oğlumun  adını  “Peyğəmbə-
rimiz Ənəs ibn Maliki çox sevirdi”, – de-
yərək  Ənəs  qoydu.  Qulağına  isimlərini 
özü  oxumuşdu.  Sünnət  etdirərkən  baş-
larının üstündə durmuşdu. 
12  yaşındakı  qızım  babasını  çox 
sevərdi. Hələ də şəkli ilə yatır. Atamgildə 
qalırıq. Mən anamın yerində, o isə atamın 
yerində  yatır.  Və  “Hələ  də  babamın 
qoxusunu alıram”, – deyir. 
– Atanızın sizə həyatla bağlı nəsihət-
ləri olurdumu? 
–  Onun  həssaslıqla  yanaşdığı  ən 
əhəmiyyətli xüsuslardan biri sübh nama-
zına  qalxmağı  tərk  etməməyimiz  idi. 
Mütləq  o  namaza  qalxmağımızı  tövsiyə 
edərdi,  çünki  “O  saatda  beyində  bəzi 
hüceyrələr işləməyə başlayır”, – deyərdi. 
Hətta bəzən mən gecə dərslərimi oxuyar-
kən  “İndi  yat,  səhər  saat  5-də  qalxıb 
dərsinə hazırlaşarsan”, – deyərdi. Xüsu-
silə, hər şeydən əvvəl qul haqqına riayət 
edilməsini istərdi. Qul haqqı sadəcə yerə 
düşmüş 20 qəpiyi götürüb-götürməmək 
kimi maddi görünən şeylər deyildi. Əgər 
Allah  rizası  üçün  çalışıb  Milli  Görüşü 
iqtidara  gətirə  biləcəyin  halda  bunu 
etməzsənsə, universitetə başı bağlı oldu-
ğu üçün buraxılmayan qızımızın da qul 
haqqı  vardır  səndə,  –  deyərdi.  Yediyini 
paylaşmağı  çox  xoşlayardı.  Şəhər  və 
rayonlardan gələn yeyiləcək qidaların az 
bir  hissəsini  götürərək  qalanını  işləyən-
lərə paylayardı. 
74
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə