Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

milyard  insanın  hamısının  səadət  və 
xoşbəxtliyini  təmin  etmək  üçün  Milli 
Görüş  “Yaşana  bilən  bir  Türkiyə”, 
“Yenidən  böyük  Türkiyə”  və  “Yeni  bir 
dünya”  ideyalarını  həqiqətə  çevirə 
biləcək bir görüşdür. 
6.  Milli  Görüşün  təməlində  və  daxi-
lində (tərkibində) 3 əsas ünsür vardır: 
–  Kobud  gücü  deyil,  haqqı  üstün 
tutmaq.
–  Materialist  deyil,  mənəviyyatçı 
olmaq.
–  Nəfsə  əsir  olmağı  deyil,  nəfsin 
tərbiyə olunmasını əsas götürmək.
7.  Milli  Görüşün  fiziki  quruluşu 
hidayət, fərasət və dirayət sahibi olmaq 
deməkdir. …”
Milli  Görüşün  təməl  nəzəriyyələri 
(doktrinaları) aşağıdakılardır: 
–  Ədalətli  quruluş  (ədalətli  nizam); 
Ədalətli  quruluş  iqtisadiyyatda  faizi  və 
haqsız  qazancı  yasaq  edib  istehsal  və 
ticarəti təşviq edən və nizamlayan. …
Siyasətdə  hiylə  rejimini  və  diktator-
luğu  yasaq  edib  konsensusu  və  iştirak-
çılığı tərtib və qəbul edən. …
Əxlaqi  sahədə  həm  pozulmağı,  həm 
də  mütəəssibləşməyin  qarşısını  alıb  din 
hürriyyətini  və  mənəvi  inkişafı  hədəf 
seçən. …
Elmdə  isə  əzbərçiliyi  və  təqlidçiliyi 
buraxıb  cəmiyyətin  ehtiyaclarını  təmin 
edəcək və həqiqi mədəniyyətlər quracaq 
bir anlayış və araşdırmaya doğru yönə-
lən və sionizmin hazırkı zülm və istismar 
sisteminə alternativ olaraq istehsal edilən 
yeganə elmi və insani bir quruluşdur.
Ədalətli  Quruluş  maddi  və  mənəvi 
80
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


həyatı bir bütöv olaraq ələ alan kamil bir 
quruluşdur.
Ədalətli  Quruluş  hər  cür  ifrat  və 
təfritdən uzaq olaraq hazırlanan mötədil 
bir quruluşdur.
Ədalətli  Quruluş  bütün  insanlığı 
əhatə edəcək və xilas edəcək olan islami 
bir quruluşdur. Onsuz da İslam barış və 
bərəkət  deməkdir.  İslam  Haqqa  təslim-
çilikdir.
– Real iqtisadiyyat; Real iqtisadiyyat 
istehsala  dayanan  kooperativlərin  güc-
ləndirilməsi  əsasına  söykənir.  Milli  Gö-
rüş bu cür müəssisə və idarələrə faizsiz 
dövlət krediti ayrılmasını müdafiə edir.
– Haqq anlayışı;
a) Doğulan gündən insanlara verilən 
haqlar, təməl insan haqları. Bu, Cənabı-
Haqqın  bütün  insanlara  bərabər  olaraq 
verdiyi insan haqqıdır. Altı təməl haqdır:  
1.  Yaşama  haqqı;  hər  bir  kəsin  hansı 
din, hansı məzhəbdən olursa-olsun.
2.  Mülkiyyət  haqqı:  İnsan  halal  qa-
zanmışsa,  özününküdür.  Bunu  onun 
əlindən  ala  bilməzsiniz.  Hansı  əqidəyə 
inanırsa-inansın,  hansı  irqə  mənsub 
olursa-olsun.
3. Nəslin qorunması; irz və namusun 
mühafizəsi  bütün  insanların  təməl 
haqqıdır.
4.  Ağılın qorunması.
5.  Etiqad  azadlığı  başqa  bir  sözlə 
desək, etiqadın qorunması haqqı. Bunun 
da  dörd  ünsürü  vardır;  ifadə  azadlığı, 
təhsil  azadlığı,  təşkilatlanma  azadlığı, 
inandığı  kimi  yaşaya  bilmə  və  ibadət 
azadlığı. 
6.  Digər  təməl  insan  haqları  azad-
lıqları.  Məsələn,  səyahət,  iş  əldə  edə 
bilmə, məslək seçə bilmə və s.
b) Əmək qarşılığı haqlar;
c)  Qarşılıqlı  razılaşma  və  azad, 
müstəqil iradə ilə bağlanan müqavilələr 
və  sazişlər  nəticəsində  yaranan  haqlar. 
Müqavilələrin  içində  yazılan  vəzifələrə 
və haqlara riayət etmək lazımdır.
ç) Ədalətin tələbi olaraq ortaya çıxan 
haqlar. Məsələn, mən üç insana eyni işi 
görəndən  sonra  onlardan  ikisinə  100 
manat  aylıq  maaş  vermişəmsə,  üçüncü 
şəxsə də 100 manat verməyə məcburam. 
Nə üçün? Çünki ədalət bunu tələb edir. 
Ədalət bir haqq səbəbidir.
İnsan  xoşbəxt  yaşamağın  həsrətini 
çəkir. Xoşbəxtlik ancaq haqq anlayışı ilə 
təmin  edilə  bilər.  İnsanların  səadət  və 
xoşbəxtliyi  üçün  əsl  haqq  anlayışını 
mənimsəmək və tətbiq etmək şərtdir”. 
MİLLİ  GÖRÜŞ
81
Ərbakan Xoca xüsusi buraxılış


“A  Ş  Türk  hökumətinin  milli  tə-
mayüllərdən  və  baş  nazir  Ərbakanın 
ideologiyasından  ilham  alaraq  tarixi 
siyasəti qərbdən ayıraraq ərəb və müsəl-
man  ölkəsinə  doğru  yenidən  yönəlt-
diyinə  görə  dərin  narahatlıq  içərisin-
dədir.  Qənaətimizə  görə,  Türkiyənin 
İran, İrak, Liviya, Nigeriya və Sudan ilə 
əlaqələrini qüvvətləndirmək barəsindəki 
mövcud davranışı, bizim milli mənfəət-
lərimizə ziddir, düşməncəsinə bir davra-
nışdır”  (ABŞ-ın  oktyabr  1996-cı  ildəki 
Çevriliş Məxfi Yazısı). 
“Amerika  Mərkəzi  Kəşfiyyat  İdarə-
sinin  (MKİ)  sənədlərində  Nəcməddin 
Ərbakan  “ABŞ-a  və  Qərbə  zidd  olan 
siyasi lider” kimi tanıtdırılır” (Qəzetlər). 
“Nəcməddin  Ərbakan  hər  gün  sio-
nizmi,  İsraili  çox  ağır  şəkildə  tənqid 
edirdi.  Əlbəttə  ki,  bu,  bizi  istər-istəməz 
qorxudurdu. Və bu səbəbə görə də təbii 
olaraq bizim özümüzdə də ona qarşı hər 
hansı bir rəğbət hissi yaranmırdı. Biz nə 
cür hərəkət etsək də, uğurlu nəticə əldə 
edə  bilmədik.  Həmişə  bizə  qarşı  müqa-
vimət  göstərdi”  (Alon  Liel,  İsrail  Xarici 
İşlər Nazirliyi Müşaviri). 
“Nyu-York  tayms”  qəzeti  tanınmış 
jurnalist Stephen Kinzerin imzası ilə nəşr 
etdiyi yazıda Nəcməddin Ərbakanın baş 
nazir olaraq fəaliyyət göstərdiyi “o qar-
maqarışıq  ildə  Türkiyəni  laik  (dünyəvi) 
doqmasına  meydan  oxuyarkən,  islami 
pul  vahidini  yaratmağa  və  Türkiyəni 
Avropanın etiqadsızlarından xilas etmə-
yi and içdi”yini bildirdi. 
  “Milli  Görüş”  lideri  Prof.  Dr.  Nəc-
məddin Ərbakanın ibadətə olan bağlılığı 
bir daha üzə çıxdı. Nəcməddin Ərbaka-
nın  müalicə  olunduğu  xəstəxanada 
başının üstündən əskik etmədiyi kirəmit 
haqqında Xocanın yardımçılarından olan 
İbrahim  Titiz  danışdı.  Titiz  o  kirəmitlə 
bağlı bunları dedi: “Son sübh namazını 
da  bu  kirəmitə  etdiyi  təyəmmümlə 
qıldı.  “Milli  Görüş”  lideri  Prof.  Dr. 
Nəcməddin  Ərbakan  son  nəfəsinə  qə-
dər namazını heç ləngitmədi”. 
Fateh Ərbakan da atasının başı üstün-
dəki  kirəmitlə  əlaqədar  bunları  dedi: 
“Reanimasiyaya  daxil  oldum.  Başının 
üstündə kirəmit vardı. “Əlhəmdülillah 
ki  kirəmitimiz  buradadır”,  –  dedi. 
Namaz  qılmaq  üçün  üzərinə  təyəm-
müm etdiyi kirəmit idi”. 
Xocamızın  bu  həssaslığı  namazsız 
mücahidlər üçün bir dərsdir.  
DÜŞMƏNİN ŞAHİDLİYİ ƏN
MƏQBUL ŞAHİDLİKDİR
Mühəmməd ibn İdris Şafei Həzrətləri
B
82
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə