Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 “Milli Görüş” lideri və “Səadət” Parti-
yasının  sədri  Prof.  Dr.  Nəcməddin 
Ərbakanın  Fateh  Camesində  qılınan 
cənazə  namazından  sonra  oğlu  Fateh 
Ərbakan  qısa  bir  nitq  söylədi.  Fateh 
Ərbakan atasının İslamın Allah yolun-
da  cihad  etmək,  bütün  insanlığın 
xoşbəxtliyi və İslam Birliyini qorumaq 
üçün  fəaliyyət  göstərməkdən  ibarət 
olduğunu  bütün  dünya  müsəlman-
larına  öyrətdiyini,  –  söylədi.  Atasının 
həm  Türkiyədəki,  həm  də  dünyadakı 
müsəlmanlara  İslamın  sadəcə  namaz 
qılmaqdan,  oruc  tutmaqdan  və  həccə 
getməkdən ibarət olmadığını öyrətdiyini 
bildirən  Fateh  Ərbakan  nitqini  belə 
davam etdirdi: “... Özü də son nəfəsinə 
qədər  bunun  uğrunda  canı  və  malı  ilə 
mübarizə  apardı.  Biz  buna  şahidik. 
Əlhəmdülillah! Yenə şahidlik edirik ki, 
o,  həyatı  boyunca  görəcəyi  hər  işdə, 
atacağı  hər  addımda  qərar  verərkən 
axirəti  düşünərək  qərar  verərdi.  Biz 
ondan razıyıq, Cənabı-Allah da ondan 
razı olar. İnşallah Cənabı-Allah məhşər 
günündə hamımıza Peyğəmbər əleyhis-
səlamın bayrağı altında onunla birlikdə 
cənnətlik  insanlar  olaraq  toplanmağı 
nəsib edər”. 
Bosniya və Hersoqovinada müharibə 
zamanında  önəmli  rol  ifa  edən  sabiq 
komandirlərlə müxtəlif qurum və təşki-
latların  təmsilçilərinin  də  iştirak  etdiyi 
165 şəxs “Milli Görüş” lideri Nəcməddin 
Ərbakanın  cənazə  namazında  iştirak 
etdi. Heyət Ərbakanın qəbrinə aparılmaq 
üçün Bosniya və Hersoqovinanın dövlət 
başçısı  Aliya  İzzətbeqoviçin  qəbrindən 
götürülən  torpaq  eyni  təyyarə  ilə  İstan-
bula gətirildi. Cənazə namazında iştirak 
edə  bilməyənlər  isə  Mladi  Müslü-
maninin  pişnamazlığı  ilə  Sarayevonun 
ən  böyük  camesi  Qazi  Xüsrəvbəydə 
qiyabi cənazə namazı qıldılar. 
FATEH ƏRBAKAN: “ATAM CANI
VƏ MALI İLƏ CİHAD ETDİ” 
EYNİ MÜBARİZƏ,
EYNİ TORPAQ
MİLLİ  GÖRÜŞ
83
Ərbakan Xoca xüsusi buraxılış


Bütün  dövrlərdə  insanlıq  tarixinin 
gedişatına  yol  göstərən  və  böyük  dəyi-
şikliklərə şərait hazırlayan liderlər, pey-
ğəmbərlər,  alimlər  və  mütəfəkkirlər 
olmuşlar.  Tövhid  və  ədalətə  inanan  ön-
dərlərin başlamış olduqları dəyişikliklər 
yer üzünün əmin-amanlığı və islahı üçün 
mühit  hazırlamışdır.  Bu  dəyişikliklərə 
inkişaf  deyirik,  çünki  inkişafın  fiziki 
ölçüsü  ətraf  mühitin  abadlaşdırılaraq 
insan üçün faydalı şəklə salınmasıdır. İn-
kişafın  bəşəri  ölçüsü  isə  insanın  təhsil 
alıb ürfan sahibi olaraq haqq və ədalət el-
minə qovuşmasıdır. İnkişaf etmiş ürfanlı 
insan başqasının haqq və hüququnu tap-
dalamayan, özünün də haqq və hüququ- 
nun tapdalanmasına icazə verməyən in-
sandır.  Başqasının  haqq  və  hüququnu 
tapdalamaq  –  zülümdür.  Öz  haqq  və 
hüququnun  tapdalanmasına  icazə  ver-
mək isə zülmə dəstək olmaqdır. 
Peyğəmbərlər  insanları  tövhid  və 
ədalətə  dəvət  edərək  onların  haqq  və 
ədalət barədə anlayışlarını inkişaf etdir-
mişlər.  Bütün  peyğəmbərlərin  insanlığı 
dəvət  etdikləri  İslam  dini  yer  üzünü 
CIĞIR AÇAN VƏ HƏDƏF
GÖSTƏRƏN RƏHBƏR:
NƏCMƏDDİN ƏRBAKAN 
84
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


abadlaşdırmaq  və  islah  etməyin  yol 
xəritəsidir.  Peyğəmbərləri  rəhbər  qəbul 
edən  İslam  alimləri,  mütəfəkkir  və 
liderləri  elmlə  hidayəti  birləşdirdikləri 
üçün fərasət, bacarıq, dönməzlik və səbir 
sifətlərinə  malik  olmuşlar.  Onlar  pey-
ğəmbərləri  rəhbər  qəbul  edərək  tarixin 
gedişini  dəyişdirən  cığırlar  açmış  və 
bəşəriyyətin  üfüqünü  genişləndirən  hə-
dəflər  müəyyənləşdirmişlər.  Onlar  elm-
də doğru olanların önə çıxmasına, əxlaqi 
məsələlərdə  yaxşılıq  və  gözəlliklərin 
yayılmasına, iqtisadi sahədə qaynaqların 
məhsuldar  istifadə  edilərək  faydalı  mal 
və  xidmətlərin  istehsalına,  siyasətdə  isə 
ədalətin  bərqərar  edilməsini  məqsəd 
kimi  qəbul  etmişlər.  Onlar  yer  üzünün 
abadlaşdırıılması  və  islah  edilməsində 
rəhbər olmuşlar.
Zalımlaşan  və  ya  zalımların  fikirləri 
ilə razılaşmayan ziyalılar, mütəfəkkir və 
öndərlər  isə  yer  üzünü  savaşlar  və 
döyüşlərlə təhrik etmiş, əyriliklərə zəmin 
hazırlamışlar.  Onlar  da  böyük  dəyişik-
liklərə  yol  açmışlar.  Onların  yol  açdığı 
dəyişikliklər inkişaf sayıla bilməz, çünki 
zalımlar tərəfindən baş verən bu dəyişik-
liklər  müharibələrə  və  haqsızlıqlara 
gətirib  çıxarmışdır.  Hidayətlə  dəstək-
lənməyən bilik elmdə gerçəklərin yanlış 
istiqamətlənməsinə,  əxlaqi  mövzularda 
pislik  və  çirkinliklərin  yayılmasına, 
iqtisadi  sahədə  israfa  yol  açan  faydasız 
mal və xidmətlərin istehsalına, siyasətdə 
isə  haqsızlıqların,  təzyiq  və  zülmün 
yayılmasına zəmin hazırlayacaq. Bu cür 
biliklər  tarix  boyunca  yer  üzünü  təhrif 
edən  müharibə  və  münaqişələrə  yol 
açmış, sosial həyatda isə hər cür mənfi-
liklərə səbəb olmuşdur. 
MİLLİ  GÖRÜŞ
85
Ərbakan Xoca xüsusi buraxılış


“Milli  Görüş”  hərəkatının  öndəri, 
möhtərəm Prof. Dr. Nəcməddin Ərbakan 
mənə  ən  çox  təsir  göstərən  elm  şəxsiy-
yətidir. 
O,  42  il  ərzində  həm  siyasi  liderim, 
həm  də  daima  dərs  aldığım  Xocam  ol-
muşdur.  Yoldaşlarımla  birlikdə  apardı-
ğımız “Ədalətli Quruluş” mübarizəsində 
o  hər  zaman  bizə  yol  göstərmişdir. 
Biliklərimiz  tövhid  və  ədalət  çərçivə-
sində  haqq  və  ədalət  mərkəzli  bir  siste-
min  “Ədalətli  Quruluş”un  inkişafına 
gətirib çıxardı. Elmin hidayətlə birləşmə-
sinin bir insanın şəxsiyyətində meydana 
gətirdiyi  dəyişiklik  və  inkişafı  hörmətli 
Ərbakan Xocamızın şəxsində gördüm və 
şahid  oldum.  Alimin  hidayətlə  necə 
peyğəmbərlərin  varisi  olduğunu  onun 
cihadında  gördüm.  İslam  mütəfək-
kirlərinin  fikrinə  görə  alim  sadəcə 
hərtərəfli biliyə malik olan insan demək 
deyildir. Alim elmini və biliyini həyatına 
tətbiq  etmək  üçün  cihad  edən  bir 
mücahiddir. Ərbakan Xocamız inandıq-
larını elmi ilə gücləndirdi. Onun düşün-
cəsi  imanı  üzərində  qurulmuşdu.  O, 
söylədikləri ilə inandığı və elmi ilə sübut 
etdiyi  gerçəkləri  anladırdı.  İzah  etdik-
lərini  həyata  keçirə  bilmək  üçün  müba-
rizə aparırdı. O, inandığı kimi düşünür-
dü. Düşündüyü kimi danışırdı. Danışdı-
ğı kimi də yaşamağa çalışırdı. O, əqidədə, 
fikirdə, söz və əməllərində birliyi təmin 
etməyə çalışdığı üçün insanı kamala çat-
dıran aşağıdakı keyfiyyətlərə sahib idi:
Hidayət Allahın insana bəxş etdiyi ən 
böyük lütfdür. Hidayət tövhid və ədalətə 
imanla  qazanılan  bir  xüsusiyyətdir.  Hi-
dayət sahibi olan insan elmdə doğru ilə 
yanlışı,  əxlaqda  yaxşı  ilə  pisi,  gözəllə 
çirkini,  iqtisadiyyatda  faydalı  ilə  zərərli 
olanı,  siyasətdə  ədalət  və  zülmü  ayırd 
etmə  bacarığına  sahib  olur.  Elmdə 
doğruları önə çıxarmaq, əxlaqda yaxşı və 
gözəli yaymaq, iqtisadiyyatda sərvətləri 
israf  etmədən  faydalı  və  yararlı  olan 
nədirsə, onu istehsal etmək, siyasətdə isə 
ədaləti təmin etməyə çalışır.
Ərbakan  Xocamız  elmini  hidayətlə 
birləşdirən  bir  alim  idi.  Elmi  işlərimiz-
dəki nöqsan və səhvləri məntiqi təhlillər 
və  riyazi  üsullarla  dərhal  aşkar  edib 
ortaya  çıxarardı.  Bitirdiyimizi  hesab 
etdiyimiz  bir  çox  işlərimizi  onun  etdiyi 
xəbərdarlıqla  yenidən  yazardıq.  O, 
işlərimizdəki  ziddiyyət  və  uyğunsuz-
luqları dərhal hiss edərdi.
1. HİDAYƏTLƏ ELMİ BİRLƏŞ-
DİRƏN ALİM OLARAQ
NƏCMƏDDİN ƏRBAKAN
a) HİDAYƏT 
86
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə