Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   29   30   31   32   33   34   35   36   37

Ərbakan  Xocamız  bir  elm  adamı  ol-
maqdan əlavə, böyük hədəflər göstərən 
bir  lider  idi.  O,  türk  xalqına  və  bütün 
insanlığa  aşağıdakı  üç  hədəfi  göstərmiş 
və bütün ömrünü bu üç hədəfin həqiqət 
tapması  üçün  sərf  etmişdir.  Ona  görə 
cihad  aşağıda  deyiləcək  hədəflərin 
həyata  keçirilməsi  istiqamətində  söz  və 
fəaliyyətlərdən ibarətdir. Hər bir mömin 
bu  üç  hədəfin  həqiqət  tapması  üçün 
bütün  maddi,  fiziki  və  mənəvi  imkan-
larından istifadə etməlidir.
Onun  əsas  hədəflərindən  biri  Türki-
yənin  “Yaşana  Bilən  Bir  Ölkə”  vəziy-
yətinə  gətirilməsi  idi.  Ona  görə  hər  bir 
mömin insanın öz ölkəsini yaşana bilən 
bir ölkə vəziyyətinə gətirməsi onun əsas 
vəzifəsidir. Onun qərarlaşdırdığı yaşana 
bilən Türkiyə aşağıda müəyyənləşdirilən 
sahələrdə  inkişafının  təmin  edilməsi  ilə 
gerçəkləşdirilə biləcək: 
– Türkiyədə hər sahədə hər bir kəsin 
haqqı  və  azadlığı  kamil  şəkildə  qorun-
malıdır.  Heç  kimə  qarşı  haqsızlıq  edil-
məməlidir.  Ölkə  sülh  və  həmrəyliyin 
hakim  olduğu  barış  yurduna  çevril-
məlidir. 
– Hər bir kəsin canı, fikri, etiqadı, şəx-
siyyəti, irz və namusu, mal və mülkü əm-
niyyətdə  olmalıdır.  Hər  bir  kəs  mütləq 
əməyinin  qarşılığına  sahib  olmalıdır. 
Özbaşına idarəçilik deyil, hüquqi və şəri 
idarəçilik əsas olmalıdır. Ona görə şəriət 
haqlı olanın haqqının qorunduğu, hüqu-
qun  üstünlüyünün  təmin  edildiyi  bir 
nizamdır.  Bu  nizamda  hakimlərin  haq-
ları deyil, haqlı olan hər bir şəxsin haqq 
və  hüququ  qorunacaq,  özbaşına  idarə-
çilikdən  hüququn  üstün  olduğu  idarə-
çiliyə keçiriləcək. 
–  Türkiyədə  tərcih  azadlığı  təmin 
olunmalıdır. Heç kimin düşünmə, inan-
ma,  təşəbbüs  və  siyasi  azadlığına  girov 
qoyulmamalıdır. 
– Türkiyədə əxlaqi və mənəvi dəyərlər 
qorunmalıdır; təhsilin hər mərhələsində 
bu  dəyərlər  insanlarımıza  öyrədilmə-
lidir. 
–  Türkiyə  milli  hərəkətverici  qüvvə-
lərini  hərəkətə  gətirərək  inkişaf  etmə-
lidir. 
–  İnkişaf  nəticəsində  əldə  olunan 
nemətlər  ədalətli  şəkildə  bölüşdürül-
məlidir.
– Türkiyə insan hüquqları və demok-
ratiya  baxımından  nümunəvi  bir  ölkə 
olmalıdır.
Ərbakan Xocamızın hədəf olaraq gös-
tərdiyi Yenidən Böyük Türkiyənin inşası 
aşağıda  müəyyənləşdirilən  hədəflərə 
çatmaqla gerçəkləşdirilə biləcək: 
– Türkiyə millətin dünyagörüşünü və 
dəyər  ölçülərini  əks  etdirən  milli  bir 
konstitusiya ilə idarə edilərsə, “Yenidən 
Böyük Türkiyə”yə çevriləcəkdir.
– Türkiyə Respublikası tam mənası ilə 
hüquqi bir dövlət olmalıdır. Hər sahədə 
özbaşınalığa  son  qoyulmalıdır.  Dövləti 
zülm  deyil,  ədalət  böyüdüb  ömrünü 
uzadar.
II. HƏDƏF GÖSTƏRƏN
LİDER OLARAQ
NƏCMƏDDİN ƏRBAKAN
a) YAŞANA BİLƏN BİR TÜRKİYƏ
b) YENİDƏN BÖYÜK TÜRKİYƏ
MİLLİ  GÖRÜŞ
89
Ərbakan Xoca xüsusi buraxılış


– Türkiyə qabaqcıl texnologiyaya ma-
lik olmalı, yeni istehsal vasitələri istehsal 
etməli  və  onu  ixrac  etməyi  də  həyata 
keçirməlidir. 
–  Türkiyə  qərbdən  şərqə,  şimal,  orta 
və  cənub  avtomobil  yolu  və  sürətli 
dəmiryolu  şəbəkəsi  ilə  təchiz  olun-
malıdır.
– Türkiyədə yayğın sənayeləşmə sür-
ətlə  inkişaf  etdirilməlidir.  Türkiyənin 
inkişafdan  geri  qalan  bölgələri  və  bu-
nunla bağlı problemləri olmamalıdır. 
–  Yenidən  Böyük  Türkiyənin  univer-
sitetləri yeni elmi biliklərə yiyələnməli və 
yeni texnologiya istehsal etməlidir. Uni-
versitet  təşəbbüskarlara  müşavirlik  et-
məli, təhsil xidmətləri ilə yanaşı istehsalı 
artıran  layihələr  tərtib  etməli  və  bu 
sahədə  təşəbbüs  göstərənlərə  təqdim 
olunmalıdır.  Elm  istehsal  sahələrinə 
tətbiq edilməlidir.
–  Yenidən  Böyük  Türkiyədə  dövlət 
xalqa xidmət edən “Xidmətkar” bir qu-
ruma çevrilməlidir. Dövlət təzyiq vasitəsi 
olmaqdan  çıxarılmalıdır.  Xidmətdə  və 
nemət-külfət bölüşdürülməsində ədaləti 
təmin edən bir qurum olmalıdır.
–  Yenidən  Böyük  Türkiyə  elmdə, 
texnologiyada,  sənətdə,  mədəniyyətdə, 
hüquqi  əsaslara  üstünlük  verməkdə  və 
demokratiyada nümunəvi bir ölkə olma-
lıdır.
Ərbakan  Xocamız  bir  elm  adamı  və 
siyasi  lider  olaraq  mövcud  dünya  niza-
mının  dayandığı  irqçi  və  istismarçı 
məntiqini ən yaxşı bilən və açıqlayan bir 
rəhbər  idi.  Ona  görə  güc  tətbiq  etməyi 
haqq-ədalət  yolu  kimi  qəbul  edən 
mövcud  dünya  nizamı  bəşəriyyətə  son 
dörd  yüzillikdə  müharibə  və  qarşı-
durmadan  başqa  heç  bir  şey  gətirmədi. 
Bu  dünya  nizamı  bəşəriyyətə  hüzur  və 
xoşbəxtlik gətirə bilməz. Buna görə də bu 
nizam mütləq bəşəriyyətin ortaq cəhdi və 
mübarizəsi  ilə  dəyişdirilməlidir.  Onun 
yerinə  haqq  və  ədaləti  əsas  götürən 
ədalətli  “Yeni  Bir  Dünya”  qurulmalıdır. 
Onun  təklif  etdiyi  dünya  nizamı  aşağı-
dakı xüsusiyyətlərə və qurumlara sahib 
olmalıdır: 
Yeni  Bir  Dünya  aşağıdakı  əsas  prin-
siplərə görə inşa edilməlidir:
– Müharibə deyil, sülh;
– Qarşıdurma deyil, dialoq;
– İkili standart deyil, ədalət;
– Üstünlük deyil, bərabərlik; 
– Təzyiq və hökm etmək deyil, insan 
haqları,  azadlıq  və  demokratiya  əsas 
götürülməlidir. 
c) YENİ BİR DÜNYA
1. YENİ BİR DÜNYANIN SÖY-
KƏNDİYİ ƏSAS PRİNSİPLƏR
90
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə