Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   29   30   31   32   33   34   35   36   37

haqqını, gördüyü işləri bir neçə cümlə ilə 
ifadə  etmək,  onun  başladığı  hərəkatı 
olduğu  kimi  tövsif  etmək  mümkün-
dürmü? Bir aləmi, bir dünyanı kiçik bir 
sahəyə sığışdırmaq, əngin ümmanları bir 
qabın  içinə  doldurmaq,  meşələri,  çinar-
ları  bir  otağın  içinə  yığmaq  mümkün-
dürmü?
Ərbakan  Xocamızın  mübarizəsini, 
miras  və  xatirələrini  səhifələrə  sığışdıra 
biləcəyini  düşünənlər  yanılırlar:  bunu 
kim  bacara  bilər?  Ümmanın  zərrələri 
nədirsə,  onun  haqqında  yazıb-danışa-
caqlarımız da odur ancaq.
Ərbakan  Xocanın  adi  və  kiçik  bir 
tələbəsi  olaraq  onun  tədrisindən  öyrən-
diyim,  beynimə  və  qəlbimin  dərinlik-
lərinə  nəqş  etdiyim  bir  neçə  məsələni 
qardaşlarımla paylaşmaq istəyirəm. 
Möhtərəm  Fateh  Ərbakanın  Xocamı-
zın  cənazə  mərasimində  işlətdiyi  məna 
dolu  ifadələr  Ərbakan  Xocamızla  bizim 
nə  qazandığımızı  çox  açıq  və  əsaslı  bir 
şəkildə göstərir. Biz Xocamızla birlikdə 
hər şeydən əvvəl müsəlman olmağımı-
zın mənasını, İslamın sahib olduğu hər-
tərəfli  qurtuluş  mesajını,  sionizm  və 
qərb imperializminin çirkli çarxları ara-
sında, sağ və sol hiyləgərliyi qısqacında 
haqq yolun əzəmət dolu bayrağını gör-
dük. Şəhid Seyid Qütbün ifadəsi ilə mü-
səlmanların “Amerikan stilli bir İslamiy-
yət”in nifaq 
aldadılıb istismar edildiyi, batil nizamla-
rın çarxlarında üyüdülüb bir minik və bir 
vasitə olaraq istifadə edildiyi bir dövrdə 
Mühəmmədi bir üfüqün nurani işıltıları-
na yönəlməyi öyrəndik.
Xəyanətə,  zülm  və  nifaqa  deyil, 
haqqa, ədalətə, izzət və rəbbani iradəyə 
təslim olmağın vacib olduğunu, ümid-
sizlik  və  bədbinliyin  qaraltdığı  zillət 
qaranlığından  Quran  və  cihad  aydın-
lığına çıxmağı, həyatı və cəhdi Rəsulul-
lahın  yoluna  vəqf  etməyi,  Allah  yo-
lunda  əzmlə  mübarizə  aparmağı,  rəh-
mani buyuruqların kölgəsində əsl mü-
səlman  kimi  və  şərəfli  bir  həya  təsis 
etməyi ondan öyrəndik.
Biz  cəhalət  və  təəssübkeşliyin,  qəflə-
tin,  şeytani  hiylə  və  tələlərin  hördüyü 
qara  divarları  yıxaraq,  qövm,  məzhəb, 
bölgə  və  ölkə  ayırımına  getmədən 
ümmətimizlə  qucaqlaşmağı,  qlobal 
sionist  hegemonluğunun  içiboş  sütun-
larını  devirərək  yer  üzündə  İslam 
Birliyini  yenidən  təsis  etməyi,  ümməti-
mizin  sahib  olduğu  bütün  imkan  və 
fürsətləri  müsəlmanların  xoşbəxtliyinə 
təxsis etməyi, universal bir İslam cəbhəsi 
ilə  Rəbbimizin  buyuruğuna  əsasən 
“Ümməti-Vahidə”yə (“Vahid Ümmət”ə) 
çevrilməyi,  İslam  ittihadının  qalasına 
daxil olmağı Xocamızdan öyrəndik.
və yalan dolu dəzgahlarında 
94
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Biz  “Zəfər  inananlarındır,  zəfər  ya-
xındır”,  –  fikrini  bir  şüar  kimi  qəbul 
edərək yıxılmaz xəyal edilən nizamların, 
yenilməz  təsəvvür  edilən  orduların, 
iman, ixlas, təslimiyyət, əzm, cəsarət və 
təvəkküllə  necə  yıxılacağını,  ümməti-
mizin  əllərinə  və  ayaqlarına  vurulan 
zəncirlərin  necə  qırılıb  atılacağını,  zül-
mət  pərdələrinin  arxasında  ilahi  nur  və 
vəd  edilmiş  zəfərə  necə  qovuşulacağını 
Xocamızdan öyrəndik. 
Biz  müqəddəs  və  mübarək  İslam 
torpaqlarına  zəhərli  bir  xəncər  olaraq 
sancılan  xərcəng  mikrobu  İsrail  və 
beynəlxaq sionizmə qarşı Qüdsümüzün 
azadlıq  mübarizəsinin  necə  aparıla-
cağını,  sionizmin  qlobal  və  lokal  hiylə-
lərinin necə boşa çıxarılacağını, kağızdan 
pələng  olan  düşmənlərin  pəncələrinin 
necə  söküləcəyini,  şişirdilmiş  şarların 
necə partladılacağını Xocamızdan öyrən-
dik.  Şəhid  Həsən  əl-Bənna  tələbələrinə 
dərs verib: “Bu gün sizə danışdıqlarım 
sizə xəyal kimi görünə bilər. Unutmayın 
ki,  dünən  xəyal  olaraq  görünənlər  bu 
gün həqiqətə çevrilmişdir. Bu gün xəyal 
olaraq  görünənlər  də  sabahın  həqi-
qətləri  olacaqdır”,  –  deyərkən  Şəhid 
Seyid  Qütb:  “İslam  ümməti  bir  daha 
yatmamaq  üzrə  oyanmışdır,  İslam 
ümməti  bir  daha  ölməmək  üzrə  diril-
mişdir”,  –  müjdəsini  ümmətin  ürək-
lərinə  əkərkən  bunun  həqiqətini  və 
isbatını  Xocamızdan  öyrəndik.  Biz  40  il 
əvvəli yaşadıq, yüz il əvvəli də öyrəndik. 
İndi bu günü yaşayırıq. 40 il əvvəl: “Zəfər 
inananlarındır, zəfər yaxındır!” – deyi-
lərkən  bəziləri  bizə:  “Xəyal  dünyasında 
gəzməyin”,  –  deyirdi,  çünki  onların 
zehinləri  və  ürəkləri  əsir  alınmışdı, 
ümidləri söndürülmüş, əzmləri qırılmış, 
iradələri  yox  edilmiş,  maddi  və  zahiri 
olanın aldanışında rəhmani həqiqətlərin 
hədsiz fəzilətindən qafil buraxılmışdı...
Elə bir dövrdə möminləri müjdələyən 
bir  mübarizə  müsəlman  olmayanların 
belə  varlığı  qarşısında  diz  çökdüyü  bir 
həqiqətə  çevrildisə,  artıq  hər  bir  şəxsin 
“içində yaşadığımız əsr İslam əsridir”, – 
etirafı  rədd  edilməsi  mümkün  olmayan 
bir həqiqət olaraq qarşımızda dayanırsa, 
bu  günlərə  necə  gəldiyimiz  barəsində 
özümüzü  hesaba  çəkməyimiz  lazım 
deyilmi?
40  il  əvvəl  “Böyük  İsrail”  qurmaq 
üçün qarşısına qoyduğu planları bir-bir 
həqiqətə  çevirən  sionist  rejimin  bu  gün 
yıxılmamaq  üçün  necə  çırpındığını,  60 
ildir  müsəlmanlara  məzar  qazan  bu 
sionistlərin indilərdə gecəni-gündüzünü 
MİLLİ  GÖRÜŞ
95
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə