Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   29   30   31   32   33   34   35   36   37

Yeni  Bir  Dünya  aşağıda  müəyyən-
ləşdirilən təşkilati quruluşa sahib olma-
lıdır;
–  Qlobal  səviyyədə  texnoloji  əmək-
daşlığı təmin edən qurumlar yaradılmalı 
və  texnologiya  istismara  deyil,  bəşəriy-
yətin rifahına xidmət etməlidir.
–  Yeni  bir  pul  vahidinə  keçilməlidir. 
Bu  pulun  qarşılığı  dəqiq  müəyyənləş-
dirilməlidir. İnsanlıq qarşılığı dəqiq bəlli 
olmayan  dollarla  istismar  edilməkdən 
xilas olmalıdır.
–  Qlobal  səviyyədə  əməkdaşlığı  və 
həmrəyliyi təmin edəcək yeni bir dünya 
bankı  qurulmalıdır.  Bu  bank  yoxsulluq 
və  səfalət  probleminin  həll  olunması 
üçün yeni layihələr hazırlamalıdır. 
– Haqq və ədalət mərkəzli yeni bir pul 
fondu  yaradılmalıdır.  Bu  fondun  məq-
sədi  istismarı  aradan  qaldırmaq  olma-
lıdır. İmkanlı şəxslər yoxsullara və ehti-
yacı olanlara kömək etməlidir. 
– Yaradılacaq qlobal mədəniyyət təş-
kilatı,  hüququn  üstünlüyünü  və  bölüş-
dürmədə  ədalətin  əhəmiyyətini  təmin 
edən dəyərlərin öz əhatə dairəsini geniş-
ləndirməsinə zəmin hazırlamalıdır.
–  Qlobal  səviyyədə  doğru  məlumat-
ların  və  xəbərlərin  yayılmasını  təmin 
edəcək media quruluşları yaradılmalıdır.
–  Yeni  Dünya  Nizamı  qadın  haqla-
rının qorunmasını təmin edəcək qurum-
ların  yaradılmasını  qərarlaşdırmalıdır. 
Bu  qurumlar  qadın  haqlarının  və  ailə 
müəssisələrinin  qorunmasına  zəmin 
hazırlamalıdır. 
–  Yeni  Dünya  Nizamı  qlobal  inteq-
rasiyanı həyata keçirməlidir. Bu məqsəd-
lə  Ərbakan  Xocamızın  quruluşunda 
önəmli  rol  oynadığı  D-8  təşkilatı  yaxın 
gələcəkdə  bütün  müsəlman  ölkələrinin 
iştirak  etdiyi  D-60  təşkilatına  çevri-
ləcəkdir.  Gələcəkdə  bütün  məzlum  mil-
lətlərin  iştirakı  ilə  D-160  qurulacaq  və 
haqq-ədalətə söykənən qlobal bir inteq-
rasiya  təmin  olunacaqdır.  Beləcə,  dün-
yada  başda  əmək  olmaqla  sərmayə, 
texnologiya,  mal  və  xidmət  cərəyanı 
sərbəst  olacaq.  Bu  dünyada  heç  kimə 
zülm  edilməyəcəkdir.  Dünya  qaynaq-
larının  ədalətli  bölgüsünə  zəmin  hazır-
lanacaqdır. 
2. YENİ BİR DÜNYANIN
TƏŞKİLATİ QURULUŞU
MİLLİ  GÖRÜŞ
91
Ərbakan Xoca xüsusi buraxılış


Prof. Dr. Nəcməddin Ərbakan hər bir 
fani  kimi  bu  dünyada  yaşadı.  Ölkəsinə, 
İslam  dünyasına  və  bəşəriyyətə  böyük 
xidmətlər göstərdi. Əcəli tamam olduqda 
hər bir insan kimi əbədi dünyaya köç etdi 
və rəhməti-Rəhmana qovuşdu. O, elminə 
əməl edən mömin bir alim olaraq Türki-
yədə  və  İslam  dünyasında  kütlələrin 
oyanıb  ayağa  qalxmasına  zəmin  hazır-
layan fikirləri müdafiə etdi. Yeni cığırlar 
açdı və böyük hədəflər göstərdi.
Hidayət, fərasət və dirayət sahibi olan 
alimlərin özündən sonra miras qoyduğu 
ən böyük sərvət müdafiə etdikləri prin-
siplər,  açdıqları  cığırlar  və  göstərdikləri 
hədəflərdir.  Ərbakan  Xocanı  sevənlər 
onun  sahib  olduğu  prinsiplərə  tabe 
olacaqlar,  açdığı  cığırda  yeriyəcəklər  və 
göstərdiyi  hədəfləri  həqiqətə  çevirməyə 
çalışacaqlar.  Mütləq  onun  qərarlaş-
dırdığı  kimi  Türkiyə  “Yaşana  Bilən  Bir 
Ölkə” olacaq. Millət öz dünyagörüşü və 
dəyər ölçülərini ifadə edən “Milli Görüş” 
prinsiplərinin  ətrafında  bütünləşərək 
“Yenidən  Böyük  Türkiyə”ni  inşa  edə-
cəkdir.  Türkiyənin  rəhbərliyi  altında 
ədalətli  “Yeni  Bir  Dünya”  qurulacaqdır. 
Prof. Dr. Arif Ərsoy 
NƏTİCƏ
92
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Habil  ilə  Qabildən  bəri  başlayaraq 
qiyamət  gününə  qədər  davam  edəcək 
haqq  ilə  batil,  məzlum  ilə  zalım  arasın-
dakı  savaşın  tarix  həmişə  bizə  iki 
simvolunu  göstərmişdir.  Quran-kərim 
bunu  “cəhənnəm  atəşinə  dəvət  edən 
imamlar”    “hidayət  edən  imamlar” 
şəklində  tanıtdırır.  Bir  tərəfdə  Fironlar, 
Nəmrudlar, Əbuləhəblər, zalım, diktator 
və  tağutlar  varkən,  digər  tərəfdə  İb-
rahimlər,  Musalar,  İsalar,  Mühəm-
mədlər  (ə),  Əbubəkrlər,  Əlilər  və  Əbu-
zərlər  vardır.  Bu  gedişat  və  xətt  dəyiş-
mədiyi kimi, Habil ilə Qabilin bayrağını 
əldə  tutanlar,  zülm  edən  zülmkarlar, 
azadlıq və ədalətin yolunu açan rəhbərlər 
də  həmişə  var  olmuşdur.  Anadoluda 
başladığı “Milli Görüş” hərəkatı ilə İslam 
ümmətinin  səmasında  bir  ulduz  olaraq 
parıldayan  mərhum  Prof.  Dr.  Nəcməd-
din  Ərbakan  Xocamız  əsrimizin  qlobal 
hegemonları  və  tağutları  önündə,  mo-
dern  çağın  cahiliyyə,  fəsad  və  zülməti 
qarşısında  hidayət,  azadlıq  və  ədalət 
məşəlini alışdıraraq haqqın işığını qaran-
lıqların  üzərinə  çəkmiş,  İslam  ümməti 
üçün işıqlı və ədalətli bir gələcəyin izzət 
dolu  yolunu  göstərmişdir.  Ərbakan 
Xocamızın əzəmət və şərəf dolu mübari-
zəsinin  daşıdığı  müəzzəm  məna  yalnız 
Türkiyə səhnəsində iqtidara çatan siyasi 
bir  prosesi  ifadə  etmir.  Şübhəsiz  ki, 
imperializm  və  onların  yerli  havadar-
larının darmadağın etdiyi Osmanlı bina-
sının  dağıntısı  arasından  yeni  bir  niza-
mın  inşa  edilməsinin  daşıdığı  məna 
sözlərlə  ifadə  edilə  bilməz.  Ərbakan 
Xocamızın  ölkə  siyasətinə  qazandırdığı 
dərinlik  və  səviyyə,  siyasi  mübarizənin 
başına  qoyduğu  tac  və  insanlığın  gözü 
önünə  gətirdiyi  bərəkət  dolu  iqtidar 
həmişə  beyinlərdə  və  ürəklərdə  bir 
minnət və şükran vəsiləsi olaraq dayansa 
da,  bu  həqiqət  Ərbakan  Xocamızın 
rəhbərliyi  altında  aparılan  mübarizənin 
kiçik bir nəticəsidir.
Biz Ərbakan Xocamızı təkcə öz vətəni 
və xalqı üçün deyil, dünya müsəlmanları 
və  ümumilikdə  bütün  insanlıq  üçün 
“Siracən  Munira”  (“Nurlu  Bir  Çıraq”) 
olaraq görürük. O, bir işıqdır, ulduzdur. 
Bir ümid, bir əzm, bir iradə, bir şüar, bir 
bayraq və bir istiqamətdir.
Təmiz fitrətlər insanlıq üzərində zərrə 
qədər haqqı olanları insanlıq şərəfi adına 
layiq bilər və daim hörmətlə yad edərlər. 
Lakin Ərbakan Xocamızın insanlıq, üm-
mət  və  dünya  məzlumları  üzərindəki 
ÜMMƏTİMİZİN SƏMASINDA
SÖNMƏYƏN BİR ULDUZ
MİLLİ  GÖRÜŞ
93
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə