Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   29   30   31   32   33   34   35   36   37

özlərinə  sığınacaq  qazmaq  məcburiyyə-
tində  qaldıqlarını  gördükdə  6  sentyabr 
1980-cı ildə Konyadakı Qüds mitinqinin 
işığında  gözlərimizi  Qüdsə,  Əqsamıza 
dikməyimizin  bir  təcəllisi  deyildirmi? 
Gözlərin Parisə, Londona, Moskvaya və 
Vaşinqtona  çevrildiyi  bir  dövrdə  bizim 
yönümüzü Qüdsə doğru çevirən kim idi?
Təkrar  edirəm,  deyəcəklərimiz  bir 
kitabın səhifələrinə belə sığmaz. Bu gün 
hər  zamankından  daha  güclü,  hər 
zamankından  daha  əzmli  və  daha 
qərarlıyıq.  Xocamızın  göstərdiyi  yol  və 
hədəflər Rəbbimizin inayəti, müsəlman-
ların  cəsarət  və  fədakarlığı  ilə  bir-bir 
həqiqətə çevriləcək və Allahın izni ilə ən 
qısa  zamanda  Qüdsdən,  Məscidi-Əqsa-
nın  mehrab  və  həyətindən  Xocamızı 
salamlayacaq,  İsrailsiz  bir  Orta  Şərqin 
müjdəsini verəcəyik... Ruhun şad olsun, 
əziz Xocam! 
Salam  olsun  mübarizənə  və  bayra-
ğına!  Bütün  dünya  imanına,  ixlasına  və 
cihadına  şahiddir.  Hamımız  açdığın 
cığırın  və  göstərdiyin  hədəfin  bir 
əsgəriyik. Sən bizim üçün sönməyən bir 
ulduzsan.  Xocam,  qərarımız  budur  ki, 
işığınla bütün dünyanı işıqlandıraq. 
Anadoludan,  Diyarbəkrdən,  İstan-
buldan,  Məkkədən,  Qüdsdən,  Qahirə-
dən,  Qəzzədən,  Tehrandan,  İslamabad-
dan, Patanidən, Morodan, Sarayevodan, 
Skopyedən,  Kosovadan,  Qafqazdan, 
Binti-Cübeyldən  və  Beyrutdan  salamlar 
olsun  sənə!  Möminlərin  qəlbindən, 
salehlərin  duasından,  məzlumların  tə-
miz  göz  yaşlarından  salamlar  və  şük-
ranlar  olsun  sənə!  Qüdsdən  və  Yeni 
Dünyadan salamlar olsun sənə! 
Nurəddin Şirin 
  “Milli  Görüş”  lideri  Prof.  Dr.  Nəc-
məddin  Ərbakanın  vəfatından  sonra 
haqqında danışanlar onun ölkəsi üçün nə 
qədər  böyük  xidmətlər  göstərdiyini  bir 
daha  söylədilər. Aşağıdakı  rəqəmlər  bu 
sözlərin  nə  qədər  doğru  olduğunu  sü-
buta yetirir. Budur, Xocamızın vətəni və 
milləti  üçün  göstərdiyi  xidmətlərdən 
bəziləri... 
1. 52-si daha öncəki dövlət nümayən-
dələri  və  ələlxüsus  Dəmirəl  tərəfindən 
bağlanan  orta  qisimlərini  yenidən  işə 
salmaq  üzrə  tam  350  İmam-Xətib  Mək-
təbi  açılmışdır.  Bütün  respublika  tarixi 
boyunca 50 ildə sadəcə 50 məktəb, “Milli 
Səlamət” dövründə isə 3 ildə 300 İmam-
Xətib Məktəbi yaradılmışdır. 
MİLLİ GÖRÜŞÜN
TARİXİ XİDMƏTLƏRİ 
a) ƏXLAQ VƏ MƏNƏVİYYAT
SAHƏSİNDƏKİ XİDMƏTLƏR
96
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


2. İmam-Xətib Məktəbi məzunlarının 
universitetlərə qəbul olunması haqqında 
təklif  verilmiş  və  bu  qanuniləşərək 
həyata  keçirilmişdir.  Əgər  yüz  minlərlə 
əqidəli  kadrlar  yurd  çapında  müəyyən 
vəzifə və mənsəb sahibidirsə, bu, “Milli 
Səlamət” Partiyasının meyvələri və uğur-
lu nəticələridir. 
3. İmam-Xətib Məktəbi məzunu olan 
müəllimlərin ibtidai məktəblərdə din və 
əxlaq  dərsi  müəllimi  olması  haqqında 
qanun  təklifi  verilmiş  və  çox  şükürlər 
olsun  ki,  bu  da  həyata  keçirilmişdir.  Və 
bu qanun bu gün də tətbiq edilməkdədir.
4.  Bütün  məktəblərdə  din  və  əxlaq 
dərsləri  proqramı  tərtib  olundu.  Bu 
vəziyyət sekular Türkiyədə təkbaşına bir 
hadisə  sayılmışdır.  Daha  sonra  12 
sentyabr hərbi idarəetmə sistemi bunun 
əhəmiyyətini başa düşərək “din təhsilini 
məcburi  dərslər  kateqoriyası”na  keçir-
mişdir.
5. Bu əxlaq dərslərinin məktəblərdə və 
liseylərdə  yüksək  İslam  və  ilahiyyat 
məzunları tərəfindən oxudulması bir şərt 
kimi qoyulmuşdur. 
6.  1976-1977-ci  illərdə  tədris  ilinin 
əvvəlindən  etibarən  ibtidai  və  orta 
ümumtəhsil  məktəblərində,  həmçinin 
liseylərdə  bütün  dərs  kitablarının  yeni-
dən yazılması Nazirlər Kabineti tərəfin-
dən qərara alınmışdır.
7.  Misir,  Səudiyyə  Ərəbistanı  kimi 
müsəlman  ölkələrində  təhsil  alanların, 
oxuyanların diplomlarının Türkiyədə ta-
nınması  qərara  alınmış  və  tətbiq  edil-
məyə başlamışdır.
8.  Əxlaqa,  mənəviyyata  zidd  olan 
nəşriyyatlara  qarşı  mübarizə  qanunu 
qəbul  edilmiş,  Ədliyyə  və  Daxili  İşlər 
Nazirlikləri  tərəfindən  ciddi  şəkildə  və 
cəsarətlə tətbiq edilmişdir.
9.  Təşkil  edilən  fondlarda  malların 
yağmalanmasına, dağıdılmasına son qo-
yulmuş,  fondlar  tərəfindən  500-ə  yaxın 
məscid  yenidən  bərpa  edilmiş,  fond 
gəlirləri  3-4  dəfə  artmışdır.  Xüsusən 
fondun  hesabına  maliyyələşən  yemək-
xanalarda qidalandırılan yoxsulların sayı 
dörd  dəfə  artırılmışdır.  Təqribən  beş 
minə qədər kor, şikəst və sahibsiz insana 
fondlardan  maaş  verilmiş,  fondlara  aid 
yeni  iş  yerləri  açılmış  və  gəlir,  qazanc 
mənbələri artırılmışdır.
10. “Risaleyi-Nur” kimi dini, elmi və 
əxlaqi  əsərlərin  oxudulmasına  qoyulan 
yasaqlar  ləğv  edilmiş,  beləcə  islami 
mətbuatda yeni bir cığır açılmışdır. 
11.  Quran  kurslarının  açılması  və 
fəaliyyət göstərməsi üçün respublika ta-
rixində ilk dəfə olaraq dövlət tərəfindən 
maliyyələşən 3000-dən çox Quranı tədris 
edən kurslar xidmətə başlamışdır. 
12.  Dinlə  məşğul  olan  işçilərin  peşə 
bilgilərinin  artırılması  və  təkmilləş-
dirilməsi  üçün  7  ədəd  bölgə  Təhsil 
Mərkəzi açılmışdır. 
MİLLİ  GÖRÜŞ
97
Ərbakan Xoca xüsusi buraxılış


Türkiyəni  geri  qalmaqdan,  istismar 
edilməkdən və dilənçilikdən xilas etmək, 
insanlara halal və hüzurlu rahat iş sahə-
ləri  açmaq  üçün  Ağır  Sənaye  Kampa-
niyası fəaliyyətə başlamışdır. Milli Hərbi 
Sənaye qurulmuşdur. “Montaj deyil, hər 
cəhətdən  milli  və  yerli  istehsal”, 
“Fabrik düzəldən fabrik”, – deyərək işə 
başlanmış və ölkə miqyasında 200 böyük 
fabrikin  plan  və  layihəsi  hazırlanmış, 
bünövrələri qoyulmuşdur. Bu iri müəssi-
sələrin  70-ə  qədəri  əsasən  fəaliyyət 
göstərməyə  başlamış  və  yeni  istehsal 
sahələri yaradılmışdır. Onlardan bəziləri 
bunlardır:
Türkiyə  Şəkər  Fabrikləri,  Türkiyə 
Sement Fabrikləri S. C., Azot Sənayesi, 
SEKA  (Türkiyə  Sellüloza  və  Kağız 
Fabrikləri  S.  C.),  SÜMƏRBANK, 
Türkiyə  Dəmir  və  Polad  Müəssisələri, 
Maşın  və  Kimya  Sənayesi  Qurumu, 
Türk  Təyyarə  Sənayesi,  TÜMOSAN 
(Türk  Motor  Sənayesi  və  Ticarət 
Səhmdar Cəmiyyəti), TAKSAN (Maşın 
Alətlərinin Sənayesi və Ticarət Şirkəti), 
TEMSAN  (Türkiyə  Elektromexanika 
Sənayesi  Ümumi  Müdirliyi)  və 
TESTAŞ. 
Beləcə  yüz  minlərlə  vətəndaş  üçün 
işləmək imkanı yaradılmışdır. Qalan 130 
fabrikin çoxunun inşaat işləri və xidmət 
binaları  tamamlanmış,  hətta  bəzilərinin 
dəzgahları da gətirilmişdir. 
Bu  arada  “Milli  Səlamət”  Partiyası 
tərəfindən təklif edilən və həyata keçiri-
lən önəmli qanunların bəzilərini diqqəti-
nizə çatdırmaq istəyirik:  
1. İstiqlal hərbi qazilərinə maaş veril-
məsi  üçün  qanun  təklifinin  hazır-
lanması... 
2.  Təqaüdçü  işçilərin  həyat  yoldaş-
larının və uşaqlarının sığorta edilməsi...
3.  Çalışan  işçilərin  ata-analarının 
sığortalı sayılması...
4. Minimum dolanışıq endirimi qanun 
təklifinin hazırlanması...
5.  Toxunulmazlıq  haqqında  qanunu 
pozanların cəzalandırılması...
b) AĞIR SƏNAYE KAMPANİYASI 
98
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə