Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

İslam  əqidəsinə  görə  bütün  insanlar 
ilk  insan  və  ilk  peyğəmbər  olan  Həzrət 
Adəm  ilə  həyat  yoldaşı  Həvvadan 
yaranmışlar. Daha sonra Allah insanlara 
doğru yolu göstərmək üçün nizamlı bir 
şəkildə  peyğəmbərlər  və  ilahi  kitablar 
göndərmişdir.  Göndərilən  bu  peyğəm-
bərlər arasında Həzrət İbrahim də vardır. 
İbrahim  peyğəmbər  tövhid  əqidəsinə 
mənsub olanların atasıdır. 
Təşkilatımızın adı da Həzrət İbrahimə 
nisbət  verilir.  Təşkilatımızın  adındakı 
“milli”  kəlməsi  Qurandan  qaynaqlanan 
bir  məfhum  olan  “millət”  kəlməsindən 
götürülmüşdür.  Quran-kərimdəki  bu 
ayələr  həmin  kəlmənin  işlənməsinin 
əsasını təşkil edir: 
“… Hənif olan (haqqa yönələn) İbra-
himin  millətinə  (dininə)  tabe  olun.  O, 
müşriklərdən deyildi!” 
“Yaxşı  əməl  sahibi  olub  özünü  Al-
laha  təslim  edən  və  hənif  olan  İbra-
himin  millətinə  tabe  olan  şəxsdən  din 
etibarilə daha gözəl kim ola bilər? Allah 
İbrahimi özünə dost tutmuşdur!” 
“Sonra sənə: “Hənif olan və müşrik-
lərdən olmayan İbrahimin dininə tabe 
ol!” – deyə vəhy etdim”.  
“Din və şəriət” mənasını verən “mil-
lət”  sözü  Quran-kərimə  görə  “bir  pey-
ğəmbərə  inanan  və  bu  peyğəmbərin 
gətirdiyi  dəyərlər,  amallar  və  ənənələr 
ətrafında  toplanan  camaat”a  verilən 
addır. 
Beləcə  təşkilatımızı  tanıtdıran  “Milli 
Görüş”ün  mənası  görüş,  fikir  və  əqidə 
baxımdan  özünü  Hz.  İbrahimin  millə-
tindən (onun dinindən) olduğunu qəbul 
edən və Hz. Mühəmmədin yolu ilə gedən 
islami  bir  camaatın  dünyaya  baxışı 
olaraq  başa  düşülməlidir.  Buradakı 
“milli”  kəlməsini  müasir  Azərbaycan 
türkcəsində  işlənən  və  “xalq”  mənasını 
da  verən  “millət”  sözünün  nisbi  sifəti 
olan  “milli”  mənasında  başa  düşmək 
“Milli  Görüş”ün  həqiqi  mənasını  əks 
etdirmir. 
Milli Görüş haqq yol İslamın özüdür. 
“MİLLİ GÖRÜŞ” İFA-
DƏSİNİN MƏNASI 
78
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Milli Görüş Hz. Adəmin, Hz. Nuhun, Hz. 
İbrahimin  və  digər  bütün  peyğəm-
bərlərin  və  imamların  əqidəsidir.  Milli 
Görüş Fateh Sultan Mühəmmədin İstan-
bulu fəth edərkən güc aldığı qaynaqdır. 
Milli Görüş Çanaqqala döyüşündə Seyid 
Çavuşun  250  kq-lıq  mərmini  topun 
lüləyinə keçirərkən güc aldığı qaynaqdır. 
Milli  Görüşçülər olaraq  biz  nə  sağçıyıq, 
nə  də  solçu.  Haqq  yolun  yolçusuyuq. 
Sağçılıq  bizə  kiçik  gələr.  Solçuluq  isə 
əqidəmizə ziddir. Biz ilhamımızı nə Karl 
Marksdan,  nə  də  Elçibəydən  alırıq. 
Yeganə  ilham  mənbəyimiz  çağları  aşan 
müraciəti  ilə  Quran-kərimdir.  “Doğru-
dan-doğruya  Qurandan  alaraq  ilhamı, 
əsrin  idrakına  söylətməliyik  İslamı!” 
fikrinə əsasən qaynağımız Qurandır.
Milli Görüş haqq bir nizam və ədalətli 
bir  quruluşun  təmsilçisidir.  Biz  buna 
inanırıq ki, yaradan Allah, yaşadan Allah 
olduğu  kimi,  idarə  edən  də  Allah 
olmalıdır. İnsan yalnız Allahın qanunları 
ilə  idarə  olunmalıdır.  Hökm  yalnız 
Allaha məxsusdur. Şəriətə əsaslanmayan 
qanunun  nəinki  etibarı  yoxdur,  belə  bir 
qanunu qanun saymaq həm də şirkdir və 
belə bir şəxs müşrikdir. Bu gün zülm var 
və  ədalət  yoxdursa,  şirk  var  və  tövhid 
yoxdursa, faiz var və bərəkət yoxdursa, 
xaos var və nizam-intizam yoxdursa, göz 
yaşı var və mərhəmət yoxdursa, cinayət 
var və cəza yoxdursa, güclülərin haqlıları 
əzdiyi bir sistem var və insan haqları və 
etiqad  azadlığı  yoxdursa,  bunun  səbəbi 
Allahın  qoyduğu  qanunların  dünya 
işlərinə qarışdırılmamasıdır. Milli Görüş 
haqqı,  yəni  həqqaniyyəti  üstün  tutan, 
kobud  gücü  deyil,  haqqı  və  haqqın 
tərəfində  olmağı  üstün  tutan  zehniyyət 
deməkdir.  Buna  görə  də  Milli  Görüşün 
tarixi Hz. Adəmlə başlayır, çünki o, haqqı 
və ədaləti hər şeydən uca tutan ən gözəl 
insanlardan və örnəklərdən biri idi. Tarix 
boyunca həmişə haqqı, həqqaniyyəti və 
ədaləti  üstün  tutanlar  təsirli  olduqları 
müddətdə insanlar səadət və xoşbəxtlik 
içində  yaşadılar.  Kobud  gücü  üstün 
tutanlar təsirli olduqları müddətdə də elə 
daim zülmə məruz qaldılar. Milli Görü-
şün bəzi təməl xüsusiyyətləri olduğunu 
söyləyən  mərhum  Prof.  Dr.  Nəcməddin 
Ərbakan  bunları  belə  bir  şəkildə  gös-
tərmişdir:
“1. Milli Görüş kobud gücə deyil, haq-
qa  və  ədalətə  üstünlük  verər  və  onu 
yüksək səviyyədə tutar.
2.  Milli  Görüşün  təməli  şəfqət  və 
sevgidir.  Buna  görə  də  qayəsi  əvvəl 
Türkiyədəki 70 milyon vətən övladının, 
sonra da Yer üzündəki 6 milyard insanın 
hamısının səadət və xoşbəxtliyidir.
3.  Milli  Görüş  uzaqgörən  görüşdür. 
Türkiyəni  (həmçinin  bütün  İslam  dün-
yasını)  müasir  mədəniyyətin  fövqünə 
qaldıra biləcək bir görüşdür. Bax, Sultan 
Fateh.  Nə  solçu  idi,  nə  liberal  idi,  nə 
ortanın sağı, nə də sağın ortası idi. Milli 
Görüşçü idi.
4.  Milli  Görüş  Anadoluya  haqqı, 
ədaləti gətirən, Malazgird zəfərini qaza-
nan  bir  görüşdür.  Sultan  Alparslanın 
görüşüdür.  Milli  Görüş  haqqı,  ədaləti 
Kosovaya aparan Sultan Muradın görü-
şüdür. Milli Görüş haqsızlığın və zülmün 
qarşısını  almaq  üçün  ildırım  sürəti  ilə 
Niqboluya  çatan  Sultan  Bayəzidin 
görüşüdür. Milli Görüş Mustafa Kamalın 
rəhbərliyi  ilə  İstiqlal  Savaşını  həyata 
keçirən görüşdür. Milli Görüş son olaraq 
Kipr  soyqırımını  dayandıran,  adaya 
sakitlik və sülh gətirən görüşdür.
5.  Türkiyədəki  70  milyon  qardaşı-
mızın  hamısının  və  yer  üzündəki  6 
MİLLİ  GÖRÜŞ
79
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə