Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Tarix  səhnəsində  müxtəlif  zaman-
larda  çox  məşhur  insanlara,  özlərindən 
sonra  dərin  iz  qoymuş  qəhrəmanlara, 
liderlərə rast gəlmək olar ki, belə insanlar 
həyatını  öz  xalqının  rifahı  üçün  həsr 
etmiş  və  son  nəfəslərinədək  haqq 
uğrunda  mübarizə  aparmışlar.  Bəzi 
insanlar  var  ki,  lider  adını  qazanmaq 
üçün sonradan çox çalışaraq bu məqama 
çatıblar.  Elə  insanlar  da  var  ki,  yazımın 
qəhrəmanı  kimi  anadangəlmə  lider 
olaraq  doğulub.  Yox,  yox!  Bu,  qətiyyən 
mübaliğə  deyil.  ”Lider  olmur,  lider 
doğulur” – sözü sanki onun üçün deyilib. 
Onun həyat yoluna və fəaliyyətinə nəzər 
salsanız,  bu  sözümə  haqq  qazandı-
rarsınız. 
Lider təkcə bir işdə öndə olmaq deyil. 
Həyatın hər bir sahəsində öndə olmaq və 
ya olmağa çalışmaqdır. Sənətdə, idman-
da müxtəlif sahələrdə bir ulduz, bir lider 
olduğu  kimi  siyasətin  də  ulduzu,  lideri 
məhz  odur  –  Prof.  Dr.  Nəcməddin 
Ərbakan.
1970-ci ilin əvvəllərində siyasət aləmi-
nə gələrək ölkəsinə və dünyaya fərqli bir 
baxış,  siyasətə  fərqli  bir  düşüncə  tərzi 
gətirən  dahi  şəxsiyyətdir  Nəcməddin 
Ərbakan!  O,  kamillik  zirvəsinə  doğru 
gedən bir insanda vacib və zəruri hesab 
edilən  bütün  xüsusiyyətlərə  sahib  idi. 
Çox zəkalı, əzmli, qeyrətli, cəsur, mərd, 
çalışqan,  səbirli,  gülərüzlü,  ən  əsası  isə 
Allahı sevən, haqqı batildən çox gözəl bir 
şəkildə ayıran müsəlman lider idi. Həm 
də gözəl xətib və natiq idi. Sadə və dəqiq 
danışırdı.  Dediyi  hər  bir  söz  onu  din-
ləyənlər  tərəfindən  asanlıqla  anlaşılırdı. 
O, bəzi siyasətçilər kimi yalnız boğazdan 
yuxarı  danışmırdı.  Dediyi  hər  sözü, 
verdiyi  hər  bir  vədi  həyata  keçirirdi. 
Buna  görədir  ki,  milyonlarla  insanın 
sevimlisinə  çevrilmişdi.  Müasir  dövrü-
müzdə dini siyasətdən ayırmayan, bəlkə 
də,  yeganə  lider  idi.  O,  siyasətin  bir 
ibadət olduğunu göstərdi və bunu öz işi, 
sözü ilə sübut etdi. O, siyasətə gəlişi ilə 
artıq  dövlət  idarələrində  əqidəli  insan-
ların  yer  almasının  vaxtı  çatdığını,  dini 
məsələlərin rahatlıqla hər sahədə səslən-
dirilməsinin vacibliyini vurğulamışdır.  
Ərbakan  Xocaya  görə  müsəlmanca 
düşünmənin  təməl  əsasları  bunlardır: 
“Dünya həyatı çox əhəmiyyətli bir imta-
handır.  Axirət  isə  dünya  həyatının 
hesabı və imtahandakı müsbət və mənfi 
qiymətlərin  qarşılığıdır.  Nəfəslərimiz 
sayılıdır, bunlar Allah yolunda xərclən-
məlidir,  çünki  ölüm  bizə  çox  yaxındır. 
İslam  dini  Allahın  təyin  etdiyi  bir 
dindir.  Ona  görə  də  mükəmməldir  və 
kamil şəkildədir. Qətiyyən, zərrə qədər 
nöqsanı,  artırması  və  xətası  yoxdur. 
İslam dini qüsursuzdur, bütövdür. Ona 
nəsə  əlavə  edilə  bilməz  və  ondan  hər 
hansı bir şey çıxarıla bilməz. Əvvəldən 
axıra  qədər  haqdır,  xeyirdir  və  hamısı 
hər  kəs  üçün  və  hər  yerdə  lazımdır, 
çünki  İslam  dini  dünya  və  axirət  səa-
dətinin tək dərmanıdır”. 
İslam dini səadətin tək dərmanıdır, – 
deyən  Ərbakan  Xocanın  qurduğu  və 
bütün  partiyalardan  tamamilə  seçilən 
partiyasının adı da məhz Səadətdir.
O, milli görüşü sayəsində Səadəti qur-
maqla nəinki öz xalqına, bütün dünyaya 
nizamlı, xoşbəxt həyat bəxş etmək məq-
sədində olub. Onun üçün Milli Görüşçü 
olmaq  –  mənəviyyatçı  olmaq,  haqqı 
üstün tutmaq, barışı istəmək, milləti ilə, 
vətəni  ilə  bir  yerdə  bütöv  olmaq,  tarix-
SİYASƏTİN TƏK ULDUZU   
68
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


dəki  şərəfli  yerini  almağı  nəzərdə  tut-
maq,  müstəqil,  azad  və  öndə  olmaq 
deməkdir.
Sarsılmaz əqidəsi, mübarizə əzmi, qü-
ruru, əsl hədəfə bağlı olan dözümlülüyü, 
hansı şərtlər altında olursa-olsun ümid-
sizliyə  düşməyən  iradəsi  və  bir  ömür 
boyu davam edən fədakarlığı və sədaqəti 
ilə  Ərbakan  Xoca  yaşadığı  dönəmdə 
nəinki  gənclərə,  həmçinin  bütün  insan-
lığa  örnək  olmuş  ideal  bir  liderdir.  O, 
gənclərin  həm  sevimlisi,  həm  də  ideal 
olaraq  gördükləri  əvəzsiz  bir  siyasətçi 
idi.  Gənclərə  böyük  önəm  verərdi.  Bu 
önəmin  dəyərini  bir  sözlə  belə  ifadə 
edərdi: “Bir millətin ən böyük gücü nə 
topu,  nə  də  tankıdır.  Milli  və  mənəvi 
dəyərlərə görə yetişmiş övladlarıdır”.
Əsrimizdəki zülmlərin əsas səbəbkarı 
olan  sionizmin  ən  böyük  qorxusu  idi 
Nəcməddin Ərbakan.
Ən  böyük  cihadı  da  sionizmə,  haqqı 
tapdalayacaq bütün batillərə qarşı daim 
mübarizə aparması, onların çirkin plan-
larının  üstünü  açması  olub.  Ərbakan 
Xocanın həyatı bizə cihadı bir başqa cür 
sevdirdi. O, özünün dediyi kimi malı və 
canı ilə cihad edən bir mömin olmağı hər 
şeydən  üstün  tutmuşdur.  Allahın  rizası 
üçün  yaşamağı  özünə  qayə  seçmiş  və 
bütün  müsəlmanların  bu  istiqamətdə 
yaşaması  üçün  çalışmışdır.  Ətrafındakı 
bəzi insanlar tərəfindən dəfələrlə xəyanət 
görsə də, mübarizə əzmini heç bir zaman 
itirmədi.  Bütün  dünya  məzlum-larının 
cəsarət və güvənc yeri oldu. 
O,  bu  gün  həyatda  olmasa  da,  əbədi 
səadətə  yetişəcək  üsul  və  qaydaları 
bütün  insanlara  çatdırdı.  Məqsədə  çat-
maq  üçün  bu  yolda  aparılan  mübarizə 
ürəkdən  inananların,  hesab  və  mənfəət 
güdməyənlərin çiyinləri üzərində yüksə- 
ləcəkdir.  Buna  örnək  məhz  o  dahi  bir 
insandır. Nəcməddin Ərbakan şərəfli bir 
ömür  yaşadı,  şərəflə  vəfat  etdi.  İllərlə 
haqqı  müdafiə  edib  əzmlə,  qətiyyətlə 
apardığı  mübarizə  onun  davamçıları 
olan  Milli  Görüşçülərə  əmanət  olaraq 
qaldı.  Biz  də  bu  haqq  işi  uğrunda 
mübarizəni  ona  verilmiş  bir  söz  olaraq 
sonadək  aparmağa  borcluyuq.  Bu  həm 
bizim  vətəndaşlıq  borcumuz,  həm  də 
vəzifəmizdir. 
Mən də bir Milli Görüşçü olaraq onun 
gənclərə verdiyi dəyər və nəsihətlərdən 
ilhamlanaraq  bu  mübarizədə  çox  kicik 
bir  pay  olsun  deyə  siyasət  aləminin  tək 
liderinə  olan  sonsuz  hörmət  və  məhəb-
bəti  qələmə  almağı  özümə  borc  bildim. 
Bu  yazı  ona  olan  sevgimin  sözlə  ifadə 
edilə biləcək çox az bir hissəsidir. 
“Milli Görüş” Xocasız qalsa da, yaşa-
yacaqdır,  çünki  Xocaya  sədaqət  şərə-
fimizdir! 
Sənubər Vəlizadə 
MİLLİ  GÖRÜŞ
69
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə