Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

Aşağıda  qeyd  edəcəyimiz  səbəblər 
Türkiyədəki  siyasi  islamçılıq  və  Nəc-
məddin  Ərbakanın  antisemit  və  antisi-
onist  davranışlarını  başa  düşməyimizə 
yardımçı olacaqdır.
Orta  Şərqdə  İsrail  dövlətinin  qurul-
ması islamçıların düşmən mövqe tutma-
larının əsas səbəbidir. İsrail dövləti Orta 
Şərqin qəlbinə sancılan bir xəncər olaraq 
başa düşülür. Türkiyədəki islamçılar heç 
bir  zaman  İsrailin  varlığını  qəbul  etmə-
dilər.  İslamçılar  İsrail  ilə  qonşularının 
müharibəsini  “müsəlmanlarla  yəhudi-
lərin müharibəsi” olaraq görən “Müsəl-
man  Qardaşlar  Cəmiyyəti”nin  zehniy-
yəti çərçivəsində mövzuya yaxınlaşaraq 
hərəkət  etdilər.  Türkiyə  islamçılarının 
nəzərində İsrail dövləti normal bir dövlət 
olaraq  görünmədi,  onlara  görə  İsrail 
Amerikan imperializminin bir qolu idi. 
Türkiyədə  yəhudilərə  qarşı  yaranan 
düşmənçiliyin  xüsusi  bir  səbəbi  də 
Sultan Əbdülhəmidi devirən “İttihad və 
Tərəqqi  Cəmiyyəti”nin  sionist-mason-
sabatayist sui-qəsdçilər olduğuna inanıl-
masıdır. 
İslamçılar Sultan Əbdülhəmidin Teo-
dor  Hertzılın  Fələstində  yəhudi  dövləti 
qurulması istəyini qəti şəkildə rədd etdi-
yi  üçün  devrildiyinə  inanırlar.  İslamçı-
lara görə “İttihad və Tərəqqi Cəmiyyəti” 
əhalisinin böyük bir hissəsi yəhudi olan 
Səlanikdəki mason lojalarında gizli top-
lantılar təşkil edərək Osmanlıda deputat 
olan  yəhudi  Emmanuel  Karassonun 
elanı  ilə  Sultan  Əbdülhəmidi  taxtdan 
saldılar.  İslamçılar  1948-ci  ildə  İsrail 
dövlətinin  qurulmasını  1887-ci  ildə  Ba-
seldəki sionist röyanın Osmanlı impera-
torluğunun  dağılmasından  sonrakı  bir 
müvəffəqiyyəti kimi qiymətləndirirlər.
Antisemit  klassiklərindən  olan  “Sion 
liderlərinin protokolları” bir kitab olaraq 
1934-cü  ildən  1997-ci  ilə  qədər  87  dəfə 
nəşr  olundu.  Bu  kitab  həmişə  ən  çox 
satılan  kitab  (best-seller)  oldu.  Sionizm 
“vahid dünya dövləti” məqsədini güdən 
və bütün dünyaya hakim olmağa çalışan 
imperialist bir ideologiya olaraq tanındı. 
Ərbakanın yaxın dostlarından Süleyman 
Arif Əmrə xatirələrini yazdığı bir kitabda 
sionizmi 18-ci protokolda təsdiq edildiyi 
kimi  imperialist  bir  ideologiya  olaraq 
göstərdi.  Süleyman  Arif  Əmrənin  bu 
xatirələri  islamçıların  şüurunda  yəhu-
dilərin  necə  bir  “xain”  imicinə  çevril-
diyini açıq şəkildə göstərir.
İslamçıların  siyasi  və  ictimai  çıxış-
larında  “yəhudi”  vurğusu  ayrılmaz  bir 
ünsür  oldu.  Sionizm,  yəhudi  və  İsrail 
sözlərinin  hər  biri  bir-birinin  sinonimi 
halına  gəldi.  Nəticədə  islamçıların  gö-
zündə  “yəhudi”  imici  “İslam  düşməni” 
və “bütün müsibətlərin qaynağı” olaraq 
başa düşüldü. 
Ərbakan mütəmadi olaraq “İsrail ilə 
birlikdə olmaq, iki müttəfiq ölkə olaraq 
hərəkət  etmək  hər  şeydən  əvvəl  bizim 
müsəlmançılığımıza  və  insanlığımıza 
zidd olan bir vəziyyətdir. Hər hansı bir 
yerdə  İsrail  ilə  yan-yana  dayanmaq  və 
görünmək  bizim  üçün  zillətdir”,  – 
deyirdi. 
YƏHUDİ İMİCİNİN YARAN-
MASININ SƏBƏBLƏRİ
66
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


  “Rifah”  Partiyası  1998-ci  ilin  fevra-
lında  Konstitusiya  Məhkəməsi  tərə-
findən  bağlandıqda  bu  partiyadan  olan 
deputatlar  yeni  yaradılan  “Fəzilət”  Par-
tiyasına  keçdilər.  “Rifah”  Partiyasında 
sədr müavini olan Rza Ulucak “Fəzilət” 
Partiyasının  qeyri-rəsmi  sədri  kimi  fəa-
liyyət göstərdi. 
Rza Ulucak keçmişdə İsrail və sionizm 
mövzusunda islamçıların düşüncələrinə 
qatılmışdı.  Məsələn,  1991-ci  ildə  ame-
rikalı bir jurnalist ondan müsahibə alar-
kən  belə  demişdi:  “İsrail  daim  sərhəd-
lərini  genişləndirməyə  çalışır.  İsrailin 
əsl  məqsədi  Nil  çayından  Fərat  çayına 
qədər ərazisini genişləndirməkdir. Böl-
gədə İsrail dövlətinin var olmasının heç 
bir  qanuni  əsası  yoxdur.  İsrail  Fələs-
tinin qanuni sahiblərindən torpaqlarını 
qəsb edərək qurulmuşdur. İsrail bütün 
qonşuları üçün böyük bir bəladır. İsrail 
başqa  bir  yerdə  olarsa,  vəziyyətimiz 
daha yaxşı olacaq. İsrail Cənubi Ameri-
kaya  transfer  edilməlidir.  Narahat 
olmayın, biz onu poçt vasitəsilə Cənubi 
Amerikaya göndərməyəcəyik”.
Türkiyədəki  siyasi  islamçılıq  anti-
semit  bir  dairədə  özünü  büruzə  verdi. 
Eyni zamanda Türkiyədəki siyasi islam-
çılar  da  öz  sözləri  ilə  desək,  bu  mədə-
niyyəti formalaşdırdılar.
Türkiyədəki siyasi islamçıların – “Mil-
li  Görüş”  hərəkatının  –  bu  cür  çıxışları 
illər boyu Türkiyədəki mühiti zəhərlədi. 
Olduqca optimist bir şəkildə bir gün bu 
çıxışların  ortadan  qalxacağına  ümid 
etsək  də,  gələcəkdə  həmin  antisemit 
çıxışların  təkrarən  siyasətçilərin  sözlə-
rində və ya islami mətbuatda yer alacağı 
heç də sürpriz olmayacaq. Buna yaxşı bir 
misal olaraq 1998-ci il 23 martda “Fəzilət” 
Partiyasının  qurulmasının  düz  16-cı 
günündə  qeyri-rəsmi  sədr  Rza  Ulucak 
“Milli  Qəzet”də  nəşr  olunan  ilk  açıqla-
masında  sekularistlərin  (dünyəvilərin) 
islamçılara qarşı müqavimət hərəkatının 
arxasında  gizli  bir  sionist  planın  oldu-
ğuna işarə etdi. “Rifah” Partiyasının yarı-
rəsmi mətbu orqanı olan “Milli Qəzet”də 
nəşr  edilən  baş  məqalədə  belə  deyil-
mişdi:  “Onlar,  yəni  yəhudilər  bütün 
dünyanı holocoust – yəhudi soyqırımı – 
əfsanəsinə  inanmağa  məcbur  etdilər. 
Sionistlər  eyni  zamanda  Amerika  və 
bütün  Avropa  ölkələrindən  6  milyon 
müharibə qurbanının ölümü yalanı ilə 
zorla pul aldılar. Onlar müdhiş mətbuat 
imperatorluqları  vasitəsilə  “Yeni  Dün-
ya  Nizamı”nın  tək  və  həqiqi  sahibinə 
çevrildilər.  Onlar  bu  mətbuat  impera-
torluğundan dünyanı ovuclarının içinə 
almaq  üçün  istifadə  edirlər.  Onların 
iqtisadi  nizamı  bütün  dünyanı  titrə-
dəcək  bir  şəkildə  təşkil  edilmişdir. 
İsrail  həmişə  “vəd  edilmiş  torpaqlar” 
kimi  gördükləri  əraziləri  ələ  keçir-
məyin  yuxusunu  görür.  Sionistlərin 
dünya siyasətini görməzlikdən gələrək 
Türkiyədəki krizin öhdəsindən gəlmək 
mümkündürmü?” 
Yəhudilərin  baş  yazarı  olan  Rifat  N. 
Balinin “Türkiyədəki siyasi İslamın di-
lində  yəhudi  görünüşü”  adlı  məruzə-
sinin  qısa  xülasəsini  verərək  hazırladı-
ğımız  silsilə  yazını  həyatımızın  rəhbəri 
və yol göstərəni olan Quran-kərimin bu 
ayəsi  ilə  bitiririk:  “(Ya  Mühəmməd!) 
Möminlərlə  düşmənçilik  etməkdə 
insanların ən şiddətlisinin yəhudilərlə 
müşriklər olduğunu görərsən. …”  
Hazırlayan: Nurəddin Şirin 
GƏLƏCƏYƏ BİR BAXIŞ
MİLLİ  GÖRÜŞ
67
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə