Milli Gorush ich


lərindən biridir. “Ortaq Bazar” planın-



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

lərindən biridir. “Ortaq Bazar” planın-
da ölkə torpaqlarının əcnəbilər tərəfin-
dən  satın  alınmasına  icazə  verilir.  Bu 
vəziyyətdə sionistlər gəlib ölkəmizdən 
çox ucuz qiymətə torpaq ala biləcəklər. 
Bu da Türkiyəni İsrailin parçası halına 
gətirəcək. …” 
  “Milli  Nizam”  Partiyasının  bağlan-
masından sonra qurulan “Milli Səlamət” 
Partiyasının  siyasi  dili  də  eyni  ilə  anti-
semit və antisionist bir dil idi. 1972-ci ildə 
“Milli  Səlamət”  Partiyası  siyasi  fəaliy-
yətinə  başlayanda  Türkiyədə  sağ-sol 
mübarizəsinə  dayanan  siyasi  bir  xaos 
vardı. O dövrdə “Milli Səlamət” Partiyası 
Türkiyədəki  bu  sağ-sol  mübarizəsi  ilə 
Türkiyənin dərin bir xaosun içinə sürük-
lənməsinə  görə  “baş  müqəssir”  olaraq 
“beynəlxalq sionizm”i və dünya yəhudi-
lərini  günahlandırırdı.  “Milli  Səlamət” 
Partiyasına  görə  Türkiyədəki  sağ-sol 
kapitalizm-kommunizm ayrı-seçkiliyi və 
ziddiyyətini  ortaya  çıxaran  sionizm  idi. 
MSP-yə görə sionizm türk xalqını sağçı-
solçu deyə bir-biri ilə qarşı-qarşıya qoyub 
toqquşduraraq  Türkiyə  üzərində  haki-
miyyət  qurmağa  çalışırdı.  1980-cı  ilin 
avqustunda  İsrail  Qüdsü  özünün  pay-
taxtı  elan  etdikdən  sonra  Nəcməddin 
Ərbakan  ramazan  ayının  içində  “Qüds 
və  Sionizm”  və  “Anarxiya  və  Sionizm” 
adlı  iki  məqalə  qələmə  aldı.  “Qüds  və 
Sionizm”  adlı  məqaləsində  Ərbakan 
“TÜRKİYƏDƏKİ ANARXİ-
YANIN QAYNAĞI
SİONİZMDİR!” VURĞUSU  
MİLLİ  GÖRÜŞ
63
Ərbakan Xoca xüsusi buraxılış


İsrail  və  sionizm  ilə  əlaqədar  bilinən 
iddialarını  təkrarlayaraq  sionizmin  ya-
yılması  və  Türkiyəni  mühasirəyə  alma 
planları üzərində dayandı. “Anarxiya və 
Sionizm”  adlı  ikinci  məqaləsində  isə 
yenə  sionizmə  qarşı  çıxaraq  onların 
əməllərini belə ifadə etmişdir: “Sionizm 
bir  oktaboddur.  Bu  oktabodun  saysız-
hesabsız  orduları  vardır.  Kommunizm 
onların  biri,  kapitalizm  isə  digəridir. 
Masonlar yan qollarıdır. İrqçilik də baş-
qa  bir  qoludur.  Bu  gün  bunları  bil-
mədən  hərəkət  edənlər  sionizmə  xid-
mət  edir  və  sionizm  naminə  mübarizə 
aparırlar”. Nəcməddin Ərbakan beləcə 
Türkiyədəki  anarxiyanın  qaynağında 
sionizmin  olduğunu  israrla  vurğu-
layırdı. 
Ərbakan  bu  məqalələri  yazandan  üç 
həftə  sonra  1980-cı  il  sentyabrın  6-da 
Ərbakanın  rəhbərliyi  ilə  Konyadakı 
məşhur  “Qüds  Mitinqi”  təşkil  olundu. 
Ərbakan  mitinqdə  iştirak  edənlərin  ön 
cərgəsində  idi.  Mitinqdə  iştirak  edən 
gənclərin  əlində  üzərində  “Yəhudiyə 
ölüm!” sözləri yazılmış plakatlar var idi. 
Artıq 6 gün sonra 1980-cı il sentyabrın 12-
də Türkiyədə hərbi çevriliş baş verdi. 
12  sentyabr  hərbi  çevrilişi  ilə  digər 
partiyalarla  bərabər  “Milli  Səlamət” 
Partiyasının  da  bağlanmasından  sonra 
Nəcməddin  Ərbakan  bu  dəfə  1983-cü 
ildə  “Rifah”  Partiyası  ilə  siyasət  arena-
sına  çıxdı.  Ərbakan  sionizmə  qarşı 
mövqeyini  əvvəllər  olduğu  kimi  həmin 
şəkildə davam etdirdi.
“Rifah”  Partiyası  “Beynəlxalq  sio-
nizm”  məsələsini  intellektual  bir  miras 
olaraq  daşıyırdı.  Bununla  yanaşı  “Əda-
lətli Nizam” məsələsini də vurğulayırdı. 
Ərbakanın “Ədalətli Nizam İqtisadiyyat 
Proqramı”nın  giriş  bölümündə  Türki-
yədə tətbiq olunan liberal iqtisadi sistem 
“quldarlıq  quruluşu”  kimi  xarakterizə 
edilirdi.  Liberal  iqtisadi  sistemlə  əlaqə-
dar  edilən  etirazlar  bu  şəkildə  ifadə 
edilmişdir:  “Bu  gün  Türkiyəyə  hakim 
olan  quldarlıq  quruluşu  öz-özünə  or-
taya  çıxmadı.  Bu  quldarlıq  quruluşu 
imperialist  və  sionist  güclərin  plan  və 
fəaliyyətlərinin  bir  məhsulu  olan  mo-
dern istismarın bir nəticəsi kimi ortaya 
çıxdı.  Nyu-Yorkun  Uab  Striti  (Wabb 
Streeti)  sionizm  tərəfindən  qurulan 
ideoloji  bir  gücdür.  Onlar  Tanrının 
onları seçdiyinə və digər millətlərin də 
onların  qulu  olacağına  və  özlərinin 
dünyaya hakim olacağına inanırlar, öz 
mənafeləri  üçün  bütün  insanlığı  kapi-
talizm  yolu  ilə  istismar  edirlər.  Sio-
nistlər  dünya  imperializmi  və  impe-
“BEYNƏLXALQ SİONİZM”
VURĞUSU
64
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


rialist  dövlətlər  vasitəsilə  dünya  haki-
miyyəti  yaratdılar.  Bu  imperialistlər 
Türkiyədəki təqlidçi partiyaları dəstək-
ləyərək  Türkiyəni  idarə  etməyə  çalı-
şırlar”. 
“Rifah”  Partiyası  1990-cı  ildə  nəşr 
etdirdiyi  “Türkiyənin  gerçək  vəziyyəti, 
səbəblər  və  təşxislər”  adlı  broşürasında 
yenə  “beynəlxalq  sionizm  dünya  haki-
miyyətidir”, – fikrini vurğulayaraq Tür-
kiyənin  iqtisadi  və  ictimai  sisteminin 
İsrail və sionizm üçün işlədiyi fikri irəli 
sürüldü. Türkiyədəki bank sisteminin də 
İsrail  üçün  işləyən  bir  sistem  olduğu 
bildirildi.
Broşürada belə deyilirdi: “1988-ci ildə 
sionist banklara 8,5 milyard dollar pul 
ötürüldü.  Bu  o  deməkdir  ki,  Ameri-
kadakı sionist banklara hər həftə 10 ton 
qızıl  yüklü  yük  maşınları  göndərilir. 
Türkiyədə  millətdən  alınan  bu  ödə-
mələrlə  Amerikadakı  sionist  banklar 
tərəfindən  İsrail  üçün  silah  və  sursat 
alınır”. 
Türkiyədəki  islamçılar  dünya  haki-
miyyəti  mövzusundakı  bu  əlaqələrinin 
bir nəticəsi olaraq yəhudiləri özlərinin ən 
çirkin  müxalifləri  olaraq  gördülər.  Ər-
bakan  və  onun  davamçıları  yəhudilərin 
Türkiyədəki  digər  siyasi  partiyaların 
ağası olduğunu irəli sürdülər. Onlar eyni 
zamanda  “Milli  Görüş”ü  yəhudilərə  və 
sionizmə  müxalif  bir  doktrinaya  çevir-
dilər. Məsələn, 1996-cı ildə yerli seçkilər 
vaxtı  Nəcməddin  Ərbakan  çıxışlarının 
birində:  “Əgər  yəhudilərin  bu  seçki-
lərdən  faydalanmasını  istəmirsinizsə, 
“Rifah”  Partiyasına  səs  verin”,  –  de-
mişdi.  Ərbakan  yalnız  Türkiyədə  deyil, 
dünyanın  müxtəlif  bölgələrində  islami 
partiyalar vasitəsilə sionizmə və yəhudi-
lərə  qarşı  hərtərəfli  bir  müqavimətə 
rəhbərlik  etdi.  Dünyadakı  islamçı  lider-
lər  Ərbakanın  bu  fikirlərinə  qoşularaq 
antisionist fikirlər ortaya qoydular. 
MİLLİ  GÖRÜŞ
65
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə