Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Suriyadakı  diktator  rejimlər  icazə  ver-
mədi. 
Möhtərəm  Ərbakan  Xoca  sayəsində 
müsəlman  təşkilatlar  bir  araya  gəlməyi 
öyrəndi. D-8 ölkələri İslam üçün böyük 
bir  layihədir,  lakin  Qərb,  sonra  da  Tür-
kiyədəki  bəzi  dairələr  buna  mane  oldu. 
Xoca 1997-ci ildə iqtidardan salındı. Əgər 
Xoca  bu  günə  qədər  hakimiyyətdə 
qalsaydı və sadəcə D-8 layihəsini həyata 
keçirsəydi, bu gün müsəlmanlar Qərblə 
yarışa  biləcək  vəziyyətdə  olardı  (May 
2008, İstanbul).  
2.  Livan  “İslami  Camaat”ın  sədri 
İbrahim Misri
– Möhtərəm Xocam, bu sualım möh-
tərəm  Ərbakanla  əlaqədar  olacaq.  Bir 
çox İslam ölkəsini ziyarət etdim. Sizin 
kimi  bir  çox  islami  camaat  lideri  ilə, 
alimlərlə  və  önəmli  islami  şəxsiy-
yətlərlə görüşdüm. Möhtərəm Ərbakan 
haqqında  söz  düşdükdə  “O,  siyasi 
İslamın  qurucusudur”,  –  deyirlər.  Siz 
bu haqda nə deyə bilərsiniz? Möhtərəm 
Ərbakanla  heç  görüşdünüzmü  və  ya 
görüşürsünüzmü?
–  Möhtərəm  Ərbakanla  1970-ci  ildə 
tanış  olmuşam.  Bizim  siyasi  fəaliy-
yətlərimiz  Livanda  yeni  başlamışdı. 
Möhtərəm  Ərbakan  da  Türkiyə  siyasə-
tində  yeni  bir  şəxsiyyət  idi.  İcma  məni 
Ərbakanla  görüşmək  üçün  Türkiyəyə 
göndərdi.  İlk  görüşümüz  Ankarada 
oldu. Mən o zaman gənc idim, Xoca da 
gənc idi, lakin yaşca məndən böyük idi. 
Xocanın  adı  İslam  ölkələrində  eşidil-
mişdi, çünki Xocadan əvvəl siyasi İslam 
haqqında  danışan  İslam  lideri  yox  de-
yiləcək  qədər  az  idi. Ankarada  Xocanın 
evində  üç  saat  davam  edən  bir  görüşü-
müz  oldu.  Xoca  danışırdı,  mən  türkcə 
bilməməyimə  baxmayaraq,  tərcüməçi 
Xocanın  danışdıqlarını  tərcümə  etmə-
mişdən  qabaq  mən  artıq  onun  nə 
danışdığını başa düşürdüm. Bəzi insan-
lar vardır ki, danışarkən hal dili (lisani-
hal)  onun  böyüklüyünü,  səmimiyyətini 
anladır.  Sizin  onun  danışdığı  dili  başa 
düşməyiniz  o  qədər  də  əhəmiyyətli 
deyildir.  Mənim  üçün  əhəmiyyətli  olan 
Xocanın  şəxsiyyəti  idi.  O  danışarkən 
sanki  ümmətin  yükünü  çiyinlərində 
daşıyırdı. Türkiyə və ümmət üçün yerinə 
yetirilməsi  lazım  olan  işlər  haqqında 
danışırdı.  İlk  görüşümüz  belə  oldu. 
Əlbəttə,  sonralar  Xoca  ilə  çox  görüş-
lərimiz olub. Seçki fəaliyyətlərinizdə də 
çox iştirak etdim. Bəlkə də, siz o zaman 
38
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


heç dünyaya gəlməmişdiniz. 
Bir  xatirəmi  danışmaq  istəyirəm. 
Hansı ildə olduğunu dəqiq yadıma sala 
bilməsəm  də,  deyəsən,  yenə  seçkilər 
vaxtı idi. Seçki fəaliyyəti üçün Kayseriyə 
getdik. Orada Kayserinin önəmli mənəvi 
liderlərindən  birinin  cənazə  namazında 
iştirak etdik. Qəbiristanlıq kənddən çox 
kənarda  idi.  İnsanlar  cənazəni  çiyin-
lərində aparırdı, yol da palçıqlı və uzaq 
idi.  Ərbakan  Xocaya  yorulmasın  deyə 
maşınla  getməyi  təklif  etdilər.  Lakin  o, 
bunu  qəbul  etmədi  və  cənazənin  arxa-
sınca  piyada  gedərək  camaatla  birlikdə 
qəbiristanlığa  qədər  gəldi.  Xoca  böyük 
bir insan idi, alim idi və elminə əməl edən 
bir şəxs idi. İslam ölkələri daha çox siyasi 
məsələlərdə  Xocadan  çox  istifadə  etdi. 
Lakin  Qərb  ölkələri  və  Türkiyənin  bəzi 
dairələri  Xocanı  heç  sevmədilər.  Müsəl-
manlar  da  Xocanı  qiymətləndirə  bilmə-
dilər.  Bu  gün  ölkənizdə  müsəlmanlar 
bəzi  məqamlar  əldə  edə  bildilərsə,  bu 
işdə Xocanın böyük zəhməti oldu. Bunu 
heç  kim  inkar  edə  bilməz.  Allahdan 
istədiyimiz  budur  ki,  onun  gücünə  güc 
qatsın,  bu  çətin  yolda  yardımçısı  olsun. 
O, əslində çatmaq istədiyi məqsədə çatdı, 
çünki bizim üçün bir xəritə çəkdi və bu 
karvan  da  yolu  ilə  gedir.  İnşallah  yeni 
ədalətli  bir  dünya  qurulana  qədər  də 
davam  edəcəkdir  (Dekabr  2010,  Li-
van/Beyrut).  
3.  Misir  “Müsəlman  Qardaşlar  Cə-
miyyəti”nin sabiq sədri M. Mehdi Akif
–  Möhtərəm  Xocam,  üç  gündür  ki, 
sizinlə bir yerdəyəm. Danışıqlarınızda 
mərhum  Ərbakan  haqqında  söhbət 
açarkən  “Qardaşım  Ərbakan”  ifadə-
sindən  istifadə  edirsiniz.  Bizə  qarda-
şınız  Ərbakan  haqqında  danışa  bilər-
sinizmi?
– Allah məqamını Cənnət etsin. Qar-
daşım  Ərbakanla  1974-cü  ildə  tanış 
oldum. Bizim Çanaqqalada tələbə düşər-
gəmiz  vardı.  Türkiyəyə  onun  üçün 
gəlmişdim və ilk görüşümüz İstanbulda 
oldu.  Əlbəttə,  daha  əvvəllərdən  adını 
eşitmişdim, lakin mən uzun illər həbsdə 
olduğum  üçün  Ərbakanla  həbsdən  çıx-
dıqdan sonra tanış ola bildim. Onu tələbə 
düşərgəsinə  çıxış  etmək  üçün  dəvət 
etmişdik. Danışığı sona çatdıqdan sonra 
düşərgədə  iştirak  edən  hər  bir  şəxsin 
üzündə  bir  xoşbəxtlik,  bir  sevinc  duyu-
lurdu.  Tələbələrimizdə  sanki  illərdən 
MİLLİ  GÖRÜŞ
39
Ərbakan Xoca xüsusi buraxılış


bəri gözlədikləri lideri tapmışlar kimi bir 
hiss  vardı.  O  gün  bizə  sionizm  və 
sionizmin  müsəlmanlar  üçün  qurduğu 
pusqu  barədə  Qərb  ölkələri  və  əsasən 
Almaniya dövləti haqqında geniş bir nitq 
söylədi.    
Belə bir münasibətlə qardaşım Ərba-
kanla  tanış  oldum.  Hər  il  müxtəlif 
mövzularla  bağlı  bir  sıra  toplantılarda 
görüşərdik. Artıq mən onu təqvası, elmi, 
fikir  və  layihələri  ilə  Allahın  bu  əsrə 
göndərdiyi  bir  mücəddidi  (novatoru) 
olaraq tanıdım. 
Fikrimin sonunda bunu deyə bilərəm 
ki,  Şeyx  Həsən  əl-Bənna,  Qardaşım 
Ərbakan  və  İmam  Məvdudi  kimi  döv-
rünün  İslam  liderlərinin  İslama  və 
müsəlman  dünyasına  verdikləri  fayda-
ları  danışmaqla  qurtarmaz.  Onların 
mükafatını  yalnız  Allah  verəcəkdir. 
Rəbbim  məqamlarını  Cənnət  eyləsin, 
Peyğəmbərimizə qonşu etsin, bizi də, sizi 
də  onların  şəfaətlərinə  məzhər  etsin. 
Məqamın Cənnət olsun, ey ümmətin son 
şəhid mücəddidi (04. 03. 2011, İstanbul). 
4.  “Qüds  İslam  Hərəkatı”nın  sədri 
Raid Səlah
–  Möhtərəm  Xocam,  uzun  illərdən 
bəri Türkiyəni ziyarət edirsiniz. Bu illər 
ərzində  möhtərəm  Ərbakan  Xoca  ilə 
görüşdünüzmü?  Sizcə,  Möhtərəm  Ər-
bakan  Türkiyə  xalqı  üçün,  ələlxüsus, 
dünya  müsəlmanları  üçün  hansı  işləri 
görmüşdür? Bu  gün İslam  dünyasında 
Ərbakan  adı  deyildikdə  nə  başa  dü-
şülür? 
–  Əvvəla  bunu  demək  istəyirəm  ki, 
şübhəsiz,  mücahid  Ərbakan  heç  müba-
hisəsiz  Türkiyədə  islami  hərəkatın  rəh-
bəri  və  lideri  idi.  İki  ağıllı  insan  bunun 
mübahisəsini belə edə bilməz. Möhtərəm 
Ərbakan  böyük  bir  insan,  elm  adamı, 
təqva sahibi və dünya müsəlmanlarının 
da son lideri idi. 
İslam  və  müsəlmanlar  üçün  yeni  bir 
yol açmış müasir mücəddid idi. Yaşadı-
ğımız  əsrin  bütün  müsəlmanları  üçün 
böyük  bir  problem  olan  sionizmi  çox 
yaxşı  dərk  etmiş,  birinci  növbədə  sio-
nizmin dünya müsəlmanları üçün hazır-
ladığı  planları  və  ələlxüsus  Türkiyə  ilə 
İslam  ölkələrinin  arasını  vurmaq  üçün 
hazırladığı bütün planları fərasəti, dərin 
düşüncəsi və əsrə uyğun  həll yolları ilə 
çox  yaxşı  başa  düşmüş  və  ciddi  şəkildə 
yanaşma  tərzi  ilə  sionizmin  bu  planını 
poza  bilmişdir.  Mücahid  Ərbakan  Os-
manlıdan  sonra  pozulan  Türkiyə  və 
İslam ölkələri əlaqələrini yenidən inkişaf 
40
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə