Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   2   3   4   5   6   7   8   9   ...   37

arası  kəsilmədən  səbirlə  və  böyük  bir 
əzmlə fəaliyyətə başlanılmışdı.  
Müsəlmanlar  “İçərinizdə  (insanları) 
xeyirə  çağıran,  əmrun  bil-məruf  və 
nəhyun  ənil-münkər  edən  bir  camaat 
olmalıdır. Onlar (o camaat), həqiqətən, 
nicat  tapmış  şəxslərdir”  ayəsini  yaşa-
maq üçün dağ-daş deməyib Türki-yənin 
hər bir tərəfinə at sürürdülər. 
Möhtərəm  Xocam  beyinləri  hərəkətə 
gətirmək,  donmuş  fikirləri  açmaq, 
sönmüş  işıqları  yandırmaq,  məzlumları 
ayağa  qaldırmaq  üçün  canlı  və  həyat 
dolu  bir  qavrayışı  qəlblərə  nəqş  edirdi. 
Cihad... Cihad... Cihad... Yerinə yetirilmə 
zamanı  və  şəkli  olmayan,  qiyməti 
olmayan bir qavrama. 
“Yoxsa Allah cihad edənləri və səbir 
edənləri  tanıyıb,  bir-birindən  ayırd 
etməmişdən  qabaq  Cənnətə  girəcəyi-
nizimi güman edirsiniz?”
“Ey  iman  gətirənlər!  Allahın  yasaq 
etdiklərindən  qorunun!  Ona  yol 
axtarın.  Allah  yolunda  cihad  edin  ki, 
bəlkə,  nicat  tapasınız!”  və  başqa  cihad 
ayələri dilə gəlirdi. 
Hədəfi  ümmətin  birliyi  olan  Müdrik 
Mücahid  “Və  o  kəslər  üçün  ki,  onlar 
zülmə,  təcavüzə  məruz  qaldıqda  bir-
birinə  yardım  edərlər”  ayəsi  və  buna 
bənzər ayələrin işığı altında İslam Birli-
yinə doğru can atırdı və səy göstərirdi... 
  İslamı  nəinki  öz  həyatına  və  eyni 
zamanda başqalarının da həyatına tətbiq 
edə bilmək, ölkənin və ümmətin iqtisadi, 
siyasi  və  ictimai  sıxıntılarına  son  qoya 
bilmək üçün sərf olunan bir ömür sahibi, 
bəxtiyar insan, fikirləri və iş metodu ilə 
mütəmadi  olaraq  bizə  yol  göstərəcək 
xeyirli  miras  qoyan  mübarizə  adamı; 
məkanın  Cənnət,  Mühəmməd  Mustafa 
(ə) qonşun olsun!
Xocamı  başa  düşmək  və  onu  bütün-
lüklə anlatmaq bizim imkanımız xaricin-
də olduğu üçün diqqəti bir neçə nöqtəyə 
çəkmək istərdim. Onsuz da bu, bir neçə 
səhifəlik  yazı  ilə  əhatə  edilə  bilən  bir 
məsələ deyil. Lakin bu mövzuya toxun-
maqla belə bir cürət göstərsək də, ümid 
edirəm ki, həddimizi aşmamışıq. 
Xocam,  səni  sevgi,  sayğı,  salam  və 
məhəbbətlə bağrımıza basır və Allahdan 
sənə sonsuz rəhmət diləyirik. 
Allahım,  bizə  də  “Həyat  iman  və 
cihaddan  ibarətdir”,  –  prinsipi  ilə 
yaşanan xeyirli bir ömür ehsan et. Amin! 
Lokman Macit  
“Anadolugenclik” jurnalı; aprel 
2011-ci il, 135-ci buraxılış  
16
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


On  dörd-on  beş  yaşım  olardı.  Konya 
İmam-Xətib  Məktəbinin  dördüncü 
sinfində  oxuyurdum.  Rayonumuzda 
Bazar  Camesində  hamı  axşam  azanını 
gözləyirdi.  Camenin  camaatı  mənim 
kimi  uşaq  hesab  olunacaq  yaşdakı  bir 
neçə şəxs istisna olmaqla ümumən yaşlı 
və əsasən eyni cür şəxslər idi.  
Cameyə  ətrafındakılarla  üzündə  tə-
bəssüm  başını  tərpətməklə  salamlaşan 
uzun  boylu,  kostyumda,  qalstuklu, 
saçları  səliqə  ilə  daranmış,  özündən 
arxayın,  vüqarlı  bir  şəxs  daxil  oldu. Ağ 
araqçınını  taxdı,  ön  cərgəyə  yaxın  bir 
yerdə  diz  çöküb  oturdu.  O  günə  qədər 
rayonumuzda  və  ələlxüsus  da  came-
mizdə  görməyə  vərdiş  etmədiyimiz 
fərqli bir insan idi. Hamı maraqlı gözlərlə 
və  diqqətlə  ona  baxır,  “Bu  kimdir?”  – 
deyərək işarə ilə bir-birinə sual verirdi.
Ondan sonra cameyə gələn adamlar-
dan  bir  nəfər  yanındakılara  pıçıltı  ilə 
deyirdi:  “Bu,  Ərbakandır.  Professor-
muş.  Konya  müstəqil  millət  vəkili 
namizədi  imiş.  Baxsana  bu  adam  həm 
professordur,  həm  deputatlığa  nami-
zəddir, həm də namaz qılır”. 
Bu adam haqlı idi. O dövrlərdə nəinki 
gündəlik namazlarda, cümə namazında 
belə  oxumuş,  təhsil  görmüş,  məmur, 
bürokrat, hətta deputatın camedə namaz 
qılması  çox  da  təsadüf  edilən  hadisə 
deyildi.  Camaatın  heyrətlənməsinin 
səbəbi bu idi. İndi o dövr haqqında heç 
bir  məlumatı  olmayan  gənc  qardaşları-
mız  haqlı  olaraq:  “Nə  olub  ki,  bir 
professorun  namaz  qılmasından  daha 
mümkün nə ola bilər ki?” – deyə soruşa 
bilərlər. Lakin danışdığım hadisənin baş 
verdiyi  zaman  1969-cu  il  idi.  Təhsil 
görmüş,  müəyyən  mövqe  tutmuş 
insanlar  arasında  namaz  qılanların  sayı 
çox  az  idi.  Konyada  məktəbimizdə  belə 
İKİ XATİRƏ... TƏK ŞƏXSİYYƏT 
MİLLİ  GÖRÜŞ
17
Ərbakan Xoca xüsusi buraxılış


ilahiyyatçı xocalarımızdan başqa namaz 
qılan müəllim, demək olar ki, yox idi.
Müstəqil  namizəd,  daha  sonra  da 
Türk  siyasətinə  doğru  yol  göstərəcək 
Prof.  Dr.  Nəcməddin  Ərbakan  Xocamız 
yeni bir siyasətçi profili və kimliyi ortaya 
qoyurdu. Bu kimlik cığır açan bir kimlik 
idi. 
Digər xatirə isə belədir: 3 il sonra, yəni 
1972-ci  ildə  İmam-Xətib  məktəbinin 
məzunu oldum. Eyni sinifdən 8-10 nəfər 
dostlarımla bərabər İstanbula – universi-
tetə  qəbul  imtahanlarına  getmişdim. 
Nahar  etmək  üçün  bir  yeməkxanaya 
gəldik. İçəri daxil olmazdan əvvəl qapıda 
müştəri  dəvət  edən  yeməkxana  işçisin-
dən  burada  içki  verilib-verilmədiyini 
soruşduq. Yeməkxana işçisi: “İçki var”, – 
deyə  cavab  verdi.  Buna  görə  də  biz 
yeməkxanaya girməkdən vaz keçib geri 
qayıtdıq. Bu zaman yeməkxana işçisinin 
arxamızca  dükanın  qarşısında  oturan 
qonşusuna:  “Bunlar  Ərbakançıdır.  İçki 
verilən  yerdə  yemək  yemirlər ”,  – 
dediyini eşitdik.  
“Milli  Görüş”  hərəkatının  ortaya 
çıxmasından, yəni 1969-cu ildən 1972-ci 
ilə qədər keçən üç illik qısa bir müddətdə
hamının  sayğı  duyduğu  bir  şəxsiyyət 
meydana  gəlmişdi.  Şəxsiyyət  “Ərba-
kançı” olmaq...
Namazını  qılan  gənc,  ticarətində 
halal-harama  diqqət  edən  və  bankdan 
faizə  pul  götürməyən  tacir,  zəkatını 
verən  zəngin,  təsəttürə  (hicaba)  riayət 
edən xanım, saqqal saxlayan cavan, saleh 
əməllərlə  məşğul  olan  hacı  əfəndi... 
Sözün  qısası,  cəmiyyətdə  gözəl  xasiy-
yətlər və davranışlar nümayiş etdirən hər 
bir  şəxsə  verilən  ləqəb  eynidir.  “Ərba-
kançı!”  Daha  sonra  “Səlamətçilər”,  – 
dedilər, “Rifahçı”, – dedilər, “Fəzilətçi”, – 
dedilər, “Səadətçi”, – dedilər... Hamısını 
ehtiva  edən  “Milli  Görüşçü”  şəxsiy-
yəti/kimliyi  artıq  bir  marka  olaraq 
rəsmən qeyd edildi.
Kimdir Milli Görüşçü?
Onlar  son  yüzilliyin  yetişdirdiyi  ən 
qeyri-adi  kadrlardır.  Milli  Görüşçü  üç 
təməl  xüsusiyyətə  sahibdir:  hidayət, 
dirayət  və  fərasət.  Milli  Görüşçülər  42 
ildir  millətimizin  əsl  övladları  olaraq 
canla-başla  çalışırlar  və  bu  ölkəyə  çox 
böyük xidmət göstərirlər. 
Həmişə  millətimizi  təmsil  etdilər. 
Millətimizə  edilən  qeyri-milli  təxribatın 
qarşısını  aldılar.  Millətimizi  əslinə  və 
özünə doğru çəkdilər. Bundan sonra da 
“Xocası”nın  açdığı  yoldan,  xətdən 
sapmadan davam edəcəklər, inşallah!  
Tacəddin Çətinkaya  
“Anadolugenclik” jurnalı, aprel 
2011-ci il, 135-ci buraxılış 
18
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə