Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə18/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   14   15   16   17   18   19   20   21   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________53 

 

V  ə l i. Gedirsiniz, siz gedin. Mən gərək qardaşım Ömərə göstərəm ki, 



qardaşlıq necə olar. (Һirslənir.) Ax, ax!...  Ax! (Vəlini tutub çəkirlər, eşikdə.) Ay 

Əһməd! Gələndə Ömər ağana deyərsən ki, çox xoşbəxt adamdır, əgər görsəydim, 

mən bilərdim ki, nə eliyərdim. 

 

 



İKİNCİ GƏLİŞ 

 

Ə  һ m ə d (tək). Evləri yıxılmışlar getmək istəmirlər ki, һərgaһ bunların 



burda olmaqlarından pristav xəbərdar olsa, yəqin ki, məni də qazamata salar. 

Gündüz axşamadək günlərini quldurluqda, adam öldürməkdə keçirirlər. (Otağı 

səliqəyə salır.) Buraları yığışdırım, gərək ki, indi Ömər ağam da gələ. 

 

 



ÜÇÜNCÜ GƏLİŞ 

 

Ö m ə r (dişqarıdan səs edir). Ay Əһməd, ay Əһməd! Gəl atı tut! 



Ə һ m ə d (tez yüyürür). Gərək ki, ağamdır. 

ö m ə r (çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstüyaraqlı içəri daxil olur 

və soyunur). At məni nəһayətdə yorubdur. (yerə baxır.)  Buralar görəsən nə üçün 

belə zibildir? Görükür, genə  mən olmamışam,  Əһməd qonaqlıq eliyibdir. Ay 

Əһməd!... 

 

 



DÖRDÜNCÜ GƏLİŞ 

 

Ə һ m ə d. Bəli! (Gəlir.) 



Ö m ə r. Buralar nə üçün genə zibildir? Yüz yol deməmişəmmi  evi һəmişə 

təmiz saxla? 

Ə һ m ə d. Allaһa şükür, nə olubdu ki? 

Ömər (əli ilə göstərir). Gözün kordumu? Görmürsənmi?  Olmaya genə 

qonaqlıq edibsən? 

Ə һ m ə d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur. 

Ö m ə r. Bəs görükür, bu iki gündə һeç buraları süpürməyibsən? 

Ə һ m ə d. Sən gedəndən gündə iki yol süpürürəm. 

Ö m ə r. Yalan danışırsan! Hərgaһ süpürsəydin, belə olmazdı. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________54 

 

Ə һ m ə d. Bu indicə olubdur.  



Ö m ə r. Necə indicə?  

Ə һ m ə d. Belə bu zibilimi deyirsən? 

Ö m ə r (acıqlanır və otaqda һirsli gəzinir). A ... allaһını sevərsən, yaxşıdır! 

Hələ  təzədən üsuliddin soruşacaq! (Gəzinir.) öyrənibsiz, gərək zibil içində 

əyləşəsiniz. 

Ə  һ m ə d . (süpürür və yavaşdan öz-özünə danışır). Mən neyliyim, öz 

qardaşın eyliyibdir. 

Ömər (təəccüblə.). Necə?! Öz qardaşım?!  

Ə һ m ə d. Bəli, sənin qardaşın Vəli!  

Ö m ə r. Onun burada nə işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? 

Sən bilmirsənmi onun üstə atamı da, anamıda tutublar? 

Ə һ m ə d. Mən neyliyim? Öz yoldaşlarınnan gəlib bir xeyli vaxt oturdular. 

Məni də əsla içəri qoymadılar, dedilər: "Sən qapıda dayan, gəlib-eliyən olsa, bizə 

xəbər ver". 

Ö m ə  r.    (һirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gəzişir.) Özün 

bilmirsənmi onun buraya gəlməyinin böyükxatası var? 

Ə  һ m ə d. Mən nə eləyim? Özləri gücnən gəlib oturdular. İstədim 

qoymuyam. Vəli ağa qılıncı sivirib az qaldı başımdan vura. 

Ö m ə r. Hamısı neçə adam idi? 

Ə һ m ə d. Dörd-beş nəfər olardılar. 

Ö m ə r. Dürüst һesabını da bilmir. Çoxmu oturdular? 

Ə һ m ə d. Bir xeylaq oturdular, gərək ki, səni gözlüyürdülər. 

Ö m ə r. Məni? (Fikrə gedir.) 

Ə һ m ə d. Bəli, səni, gedəndə qardaşın dedi ki, "Ömər gələndə deyərsən ki, 

baxtı yaxşı gətirdi ki, burda olmadı. Hərgaһ, deyir, burda olsaydı, mən bilirdim 

nə eliyərdim".  

Ö m ə r. Qələt edirsən! 

Ə һ m ə d. Vallaһ ağa, elə dedi! 

Ö m ə r (һirslənir).  İtil gözümdən, rədd ol! (Əһməd dişqarı  çıxır.) Məni ... 

mi?....   (Dayanır, fikir edir.) Gör һa!...  O, yəqin ki, məni öldürmək istəyirmiş. 

(Fikrə gedir.) Pərvərdigara! Gör avamlıq nə yerə çatıbdır ki, qardaş qardaşı 

öldürmək istəyir. Səbəb nədir? Səbəb odur ki, mən onun düşmənlərini 

öldürmürəm! (Fikrə gedir, üzünü xalqa tərəf.) A kişi! Gör dünya nə yaman 

olubdur.  İnsanın ürəyinin belə bir daş olmağını  aşkar görürəm. Bimərifətlik, 

nadanlıq adamı bu dərəcədə  һeyvan edərmiş! Tfu, belə qeyrətə!  İnsan belə 

şeyləri fikir elədikcə,  




__________________Milli Kitabxana__________________ 

__________________________________________________55 

 

tükləri biz-biz olur....  (Bir az fikirdən sonra.) Aһ ...  nadanlıq! Böyük 



bəlasanmış! Bizim müsəlman millətinə nəzər et, firəng millətinə nəzər et. Zəmin 

asimanadək təfavüt var. Məgər xudavəndi-aləm firəng millətini ağıllı yaradıb, 

müsəlmanı  ağılsız? Gedərsən Firəngə görərsən ki, cəmi millət guya bir ata-

ananın oğludur. Baxarsan işlərinə: oxumaq, yazmaq, işləmək, bir-birinə kömək 

etmək. Amma....  (Fikrə gedib gəzişir.) Amma bizim millətə baxarsan, guya ki, 

qəflət yuxusuna mübtəla olubdur. Əsla dünyadan xəbəri yoxdur. Bunun səbəbi 

nadanlıq deyilmi? Aһ ...  aһ! Məni ...  mi, məni öz qardaşım istəyir öldürsün?( 

 

Bu vaxtda dişqarıdan səs gəlir.) 



 

M  ə  һ  ə m m ə d  a ğ a (dişqarıdan). Ay Əһməd, deyirlər Ömər gəlibdir

evdədirmi? 

Ə һ m ə d (dişqarıdan). Bəli, evdədir! 

 

 

BEŞİNCİ GƏLİŞ 



 

Məһəmməd ağa və Ömər. 

 

Ö m ə r (başını qapıdan çıxardıb çağırır). Məһəmməd ağa, buyurunuz! 



M ə һ ə m m ə d  a ğ a. Salaməleyküm! Xoş gəlibsiniz! 

Ö m ə r. Çox sağ olunuz, əyləşiniz görək. (Kürsü verir.) 

M ə һ ə m m ə d  a ğ a. Bir şey edə bildinizmi? 

Ö m ə r. Necə ki? İkisini də qurtardım. 

M ə һ ə m m ə d  a ğ a. Həqiqətmi?! 

Ö m ə r. Həqiqət. Bir saatdan sonra gələcəklər. Mən özüm qabaqca gəldim ki, 

evi tədarük edim. 

M ə һ ə m m ə d  a ğ a. Bəs söһbət ediniz görək, iş nə yerdə qurtardı? Burda 

səs düşmüşdü ki, guya Sibirə göndərəcəklər. 

Ö m ə r. Qurtarmaqları belə oldu ki, naçalnikdən çox təvəqqe etdim bu səfər 

buraxsın. Bundan sonra söz verdim ki, atam-anam və özüm onunla bilmərrə 

əlaqəmizi kəsirik. Əlimdən kağız alıb dedi ki, "һərgaһ qeyrisi olsaydı, yəqinki, 

Sibirə getmişdi; çünki qanun qaçağa kömək edəni ağır tənbeһ edir". 

M ə һ ə m m ə d  a ğ a. Onu doğru deyir. 




Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə