Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə21/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   17   18   19   20   21   22   23   24   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________63 

 

ÜÇÜNCÜ GƏLİŞ 



 

Qulu daxil olur. Yusif və Qulu. 

 

Q u l u. Bəli! 



Y u s i f. Get mənim yorğan-döşəyimi yan otağa apar. 

Q u l u. Ağa, bəs sən? 

Y u s i f. Mən yola gedərəm. Mənim üçün bir yaz yorğanı qoy.... Xülasə, elə 

olsun ki, Şamdan dostumun yanında xəcalət çəkməyim. Dəxi sən öz işinə məşğul 

ol. Mən gedirəm, hər kəs məni sual etsə, de ki, bu saat gələr. (Yusif geyinib 

dişqarı çıxır). 

Q u l u (tək, evi səliqəyə salır və öz-özü ilə danışır). Mənim ağamın işlərinə 

təəccüb qalmalıdır. Bu vaxtadək qulluq edibdir, amma bir şeyi yoxdur. Özgələrin 

evinə gedirsən, bir küncdə divan, bir yanda stollar və stullar, divarlarda xalılar və 

şəkillər, dörd dəst yorğan-döşək. Xülasə, adam istəməyir ki, evdən dişqarı çıxsın. 

Mən hətta bir neçə adam bilirəm  ki, mənim ağamdan az məvacib alırlar, bununla 

belə padşah kimi dolanacaqları vardır, amma bizim ... çörək yeməyə qabımız da  

yoxdur. Ev şeyləri lazım olduqca qonşulardan gətirməkdən, doğrusu, bezar 

olmuşam. Axırda elə olar ki, qonşular da verməzlər, onda görək nə edəcəyik. 

Neçə kərə demişəm ki, yoldaşlara az xərc et, adam gərək son gününün dərdinə 

qala. Hər deyəndə sözü bu olubdur ki, "yoldaşlıq yaxşı şeydir. İnsan gərəkdir bir-

biri ilə dostluq etsin. Pulu yığıb öləndə özüm ilə aparmayacağam ki". Doğrudur, 

amma insan gərək hər şeyi yolunda eləsin. Bu dünyaya ümid bağlamaq olmaz. 

İnsanı bu dünyada pul ilə istəyirlər. Bəli, hələ cahıldır, pis günlər görməyibdir. 

Dolanacaq çox asan görünür. Amma xeyr, insanın başında yüz min yazılar var, 

yüz min xətalar. Kim bilir gələcəkdə nə olacaqdır?....  Ondan savayı, Yusif ağıllı 

cahıllardan biridir. Nə üçün gərək fikir eləməsin ki, bu gün-sabah toy edəcək, 

görək toyu nə ilə edəcək? Pulu vardırmı? Xülasə, nə deyim. Bu zəmanənin 

cahıllarının işlərini anlamaq çətindir. Vallah, özgəsi olsaydı, mən bir gün də 

burada dayanmazdım. Amma nə fayda ki, Yusifi çox istəyirəm, mənimlə 

nəhayətdə mehriban dolanır. Məndən olsa, ömrümün axırınadək ona qulluq 

edərəm. Əzbəs ki, onun xasiyyəti və mehribançılığı məni özünə qul edibdir. Belə 

adamın bir parça çörəyi mənim üçün qeyrilərindən çox-çox yaxşıdır. Onu da 

yaxşı bilirəm ki, o da məni çox istəyir. (Kitabları düzəldir, dişqarıdan səs gəlir.) 

Gərək ki, gələn odur. 

Y u s i f (otağa daxil olub başlayır hirsli gəzməyə). Ah!....   

 

 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________64 

 

 

(Qulu ona baxır.) 



 

Q u l u.  Allaha şükür ağa, nə olubdur ki, hirslənibsən? 

Y u s i f. Heç....  Bir az ...  pul lazım idi....  Tapa bilmədim.... 

Q u l u. Nə qədər lazımdır? 

Y u s i f. Beş-altı manat. 

Q u l u. Onun fikrini etmə. Mənə verdiyin məvacibdən qalır. (Əlini cibinə 

salıb pul çıxardır.) Buyur. 

Y u s i f (başını aşağı salıb pulu alır). Qulu, sən heç darıxma, ancaq bu ayı 

döz, ondan sonra mənim əlimə bir yerdən pul  gələcəkdir. Onda sən nə desən ona 

əməl edərəm. İndi sən get işinə məşğul ol. (Qulu dişqarı çıxır.) 

Y u s i f (tək). Yaxşı ki, Qulu mənə köməklik etdi. Yoxsa ki, Şamdan 

dostumun yanında xəcalət çəkəcəkdim. (Durub gəzinir.) 

 

 

DÖRDÜNCÜ GƏLİŞ 



 

Sultan, Murad, Rəsul içəri daxil olurlar. 

 

H a m ı s ı. Salaməleyküm! 



Y u s i f (qarşılarına gedib). Ay əleyküməssalam, qardaşlar! Əyləşiniz. (Əli 

ilə stul göstərir. Hər biri bir stul, götürüb əyləşirlər.) 

S u l t a n. Bu gün bazardan keçərkən Qulu rast gəlib sənin  əhvalını sual 

etdim. Qulu dedi ki, guya qonaq gözlüyürsünüz, doğrudurmu? 

Y u s i f. Bəli, doğrudur. 

M u r a d. Hərgah sizin evinizdə darlıq etsə, olmazmı ki, bizə düşə? 

R ə s u l. Doğru deyir, Muradgilə düşsün. Allaha şükür, otaqları boldur. 

S u l t a n. Muradgil bəlkə bir az uzaq ola. Onda qoyun, bizə düşsün. 

Y u s i f. Heç zəhmət çəkməyin. Hamınızdan artıq dərəcədə razıyam. Ancaq 

iraq qonaq olsa, əlbəttə, layiq deyil belə nizamsız evdə saxlamaq. İş buradadır ki, 

gələn qonaq sizin kimi yavuq dostlarımdandır. 3-4 il bir yerdə olmuşuq. O məni 

tanıyır, mən onu. Bir- 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________65 

 

birimizdən gizlin işimiz olmaz. Mənim bu nizamsız evim ona çox xoş gələr. Özü 



yaxşı oğlanların biridir. İnşaallah gələr, görərsiniz. 

S u l t a n. Görünür ki, yaxşı  oğlandır; çünki o məclis olmuyubdur ki, onu 

yada salmayasınız. 

M u r a d (evə  nəzər yetirir). Təəccüb edirəm, bu neçə ildə burada necə 

dolanırsınız. (Yusifə tərəf.) O pul ki burada sizdən  çıxır, o qiymətə yaxşı otaqlar 

tutmaq olar. 

R ə s u l. Ay, ay! Yusifin burada olmağının səbəbi çoxdur. 

Y u s i f. Yaxşı dediniz. 

S u l t a n. Bəli,  şair deyir: "Məhəbbət bir bəla  şeydir, giriftar olmayan 

bilməz...." 

M u r a d. A! İndi anladım! 

Y u s i f. Həqiqət, onu Sultan doğru deyir. 

S u l t a n. Tez olun görək, toyunuzu edək, bir az kef çəkək. 

R ə s u l  və  M u r a d. Yaxşı dedin, vallah. 

Y u s i f. Mən razıyam, günü bu gün olsun. Amma nə fayda ki, atası deyir: 

"Bir az səbir etmək lazımdır". 

M u r a d. Xoşbəxtlik buradadır ki, qız da Yusifi istəyir. 

S u l t a n. Nəinki istəyir və hətta dəli-divanədir. (Yusifə nəzər yetirir.) 

Y u s i f. Çox da elə yox. Ancaq sizi özümə yavuq dostlardan bilib deyirəm 

ki, qız həqiqət istəyir və bir neçə  dəfə özü iləsöhbət  etmişik. Ağıllı, kamallı, 

həqiqət, insanı valeh edir. 

R ə s u l. Bunun ağıl-kamalının çox olmağına səbəb nədir? 

S u l t a n. Əlbəttə, oxumaq.... 

M u r a d. Tərbiyə. 

Y u s i f. Doğru dediniz, tərbiyə dəxi şərtdəndir. (Murada baxır.) 

S u l t a n. Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və  tərbiyəsi az 

olsun.... 

M u r a d  və  R ə s u l. Haqdır. 

 

 

BEŞİNCİ GƏLİŞ 



 

Qapı açılıb Şamdan bəy yol paltarında içəri daxil olur. 

 

Y u s i f (ayağa durur). A! Sən gəlibsən, mənim əzizim! (Bir-birini öpürlər.) 



Səni biz çoxdan gözlüyürdük. 

Ş a m d a n. Bir az gec oldu. Çünki knyaz Çavçavadze Şirvana gəlib bizə 

düşmüşdü. 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə