Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə22/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   18   19   20   21   22   23   24   25   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________66 

 

Y u s i f (qonaqları göstərir). Bu yoldaşlarım ilə  də  aşna olsan! (Şamdanı 



göstərib.) Bu hənuz qonaqdır ki, mən gözlüyürdüm! 

H a m ı s ı (durub əl verirlər.) Çox əcəb! Çox gözəl! (Hər kəs öz yerində 

əyləşir.) 

S u l t a n. Bəli, çox yaxşı oldu ki, bizim şəhərə buyurdunuz. (Şamdana tərəf.) 

İnşallah, bu şəhərin bir neçə  qəribə  şeylərini görüb gəlməyinizdən narazı 

qalmazsınız. 

Ş a m d a n. Həqiqət,  şəhərin barəsində çox oxuyub və çox eşitmişəm. Və 

amma oxumaq və  eşitməklə insan rahatlanmaz, gərəkdir gözlə  hər  şeyi görüb 

hiss etmək. Buna görədir ki, neçə illərdi buraya gəlmək arzusunda idim. Və 

axırda iş belə oldu ki, sizin və  mənim rəfiqim Yusif (əli ilə göstərir) yoldaşlıq 

şərtini yerinə yetirib burada qulluq tapıb və öz qulluğumu buraxıb buraya 

gəldim. Və Yusifin məktublarında həmişə siz cənabların xahişinə  mən buraya 

gələm, oxuyur idim. Xülasə, xuda ömür versə, sizə qulluq etməyə  mən də 

borcluyam. 

H a m ı s ı. Biz həmişə sizin qulluğunuzda hazır varıq. 

M u r a d. Hərçənd sizi görməmişdiksə  də, amma Yusif sizdən o qədər 

danışıbdır ki, həqiqət, uzaqdan-uzağa məhəbbət bağlamışdıq. 

R ə s u l. Həqiqət, elədir. 

Ş a m d a n (baş əyir). Çox məmnunam! 

Y u s i f. Bağışlayın, siz söhbətə məşğul olun, mən dəxi bir neçə şey lazımdır 

hazır edim. (Deyib dişqarı çıxır.) 

S u l t a n. Siz öz işinizdə olun. Bizdə də o qədər qüvvə olar ki, qonağımızı 

qoymarıq qəmgin olsun. (Hamı gülür.) 

Ş a m d a n (baş əyir). Çox razıyam! Qəzetlərdə yazılan əxbara görə məlum 

olur ki, bu şəhərin müsəlmanları alış-verişlə çox tərəqti ediblər və ona görə  də 

deyirlər, guya burada olan dövlət Zaqafqaziyanın heç yerində yoxdur. 

M y r a d.  Bəli, elədir....  Fəqət nə xeyri? 

Ş a m d a n. Necə ki? 

S u l t a n. Murad cəmiyyəti-xeyriyyəni nəzərdə tutub bu sözü deyir. 

R ə s u l. Aşkar deməli, pulları çoxdur,  amma millətə xeyirləri az. 

Ş a m d a n. Bəli, indi anladım. Hənuz buyurduğunuz sözləri mən neçə 

dəfələrlə "Tərcüman" qəzetəsində oxumuşam və mən dəxi  




__________________Milli Kitabxana__________________ 

__________________________________________________67 

 

bu barədə öz yerimizdə neçə  dəfələrlə camaata demişəm və bir neçəsi dəxi 



sözümü eşidib  Şirvanda dördəcən məktəb açdırmışam. (Yusif içəri daxil olub 

Qulu ilə stolu hazır edirlər.) Və lazımdır ki, siz də burada bu barədə bir iş  

görəsiniz. 

Y u s i f (əyləşir). Bəli, insan ancaq dövlətlə  bəxt qazana bilməz. Xoşbəxt 

olmaq üçün mədəniyyət dəxi lazımdır, o da ki, bizim müsəlmanda yoxdur. 

M u r a d. Şamdan bəy! Eyib olmasın, bağışlayın, bir şey sual edəcəyəm: 

evlisiniz, ya yox? 

Ş a m d a n. Xeyr və heç fikrimdə yoxdur evlənmək.... 

S u l t a n. Səbəb? 

R ə s u l. Görünür, istəyirsiniz ömrünüz azadlıqla keçsin. 

Ş a m d a n. Xeyr, ondan savayı mən doğrusu, alsam, oxumuş qız alacağam. 

O da ki, hələ bizim müsəlman arasında çox az tapılar. Hərgah, həqiqət, bu səbəb 

olmasaydı, mən indi çoxdan evlənmişdim. Çünki çox qızlar mənim səbəbimə 

bədbəxt olublar. 

M u r a d. Necə ki? 

Ş a m d a n. Doğrusunu demək, bilmirəm məndə  nə görüblər ki (bığını 

burur), görən kimi mənə aşiq olurlar. Mən də almaq istəməyib, görürsən özlərini 

biçaralər həlak edirlər. 

H a m ı s ı. Bəli, mümkündür! 

 

(Stol hazır olub qəhvə ortalığa gəlir.) 



 

Y u s i f. Zəhmət çəkib buyurasınız, qəhvə içək. 

 

(Hamı durub mizin ətrafında əyləşir.) 



 

M u r a d. Bəli, oxumuş övrət çox yaxşıdır, amma həqiqət, məhəbbətsiz də 

evlənmək bir şey deyil. 

Ş a m d a n. Bizlərdə iki tərəfdən məhəbbət çətin tapılar. Çünki bizim adətdə 

övrət kişiyə görünmək yoxdur. (Qəhvə içib qurtarırlar.) 

Y u s i f (gəlir, ikinci dəfə qəhvə təklif edir). Ah! Ah! (Hamı Yusifə diqqət ilə 

baxır.). 

M u r a d. Bu barədə Yusif özünü xoşbəxt hesab edə bilər. 

Ş a m d a n. Necə ki? 

S u l t a n  (Şamdana tərəf). Siz buyurduğunuz şərtlər hamısı Yusifdə vardır. 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________68 

 

R ə s u l. Bəli, həmi oxumuş, həmi məhəbbət.... 



Ş a m d a n. Yusif! Həqiqət necə ki, eşitmişəm və indi də ki, rəfiqlərin 

deyirlər, sənə insanın paxıllığı tutar. 

M u r a d. Xudavəndi-aləm elə eləsin ki, bu iş tezliklə başa gəlsin. 

H a m ı s ı. İnşaallah! İnşaallah! 

Y u s i f. Təşəkkür edirəm! (Qəhvə təklif edir.) Buyurunuz. 

H a m ı s ı. Xeyr, dəxi zəhmət çəkməyin. (Qulu stəkanları yığışdırır.) 

S u l t a n (yoldaşlarına tərəf). Dəxi biz gedək. Şamdan bəy də yoldan gəlib 

yorğundur, bir az yatıb dincini alsın. 

 

(Hamı--Murad, Sultan, Rəsul durub əl verib çıxmaq istəyirlər.) 



 

Ş a m d a n. Siz məndən arxayın olun; mən çox da yatmaq sevmiyirəm. Bu 

gün dörd gündür mən yuxusuzam. Çünki gələn gündən bir  az müqəddəm bizim 

şəhərə Tiflisdən gürcü knyazları ki, mənim ilə  əvvəldən dostluğumuz var, 

gəlmişdilər. Onlar ilə  dörd gün-dörd gecə ov eləmişik.... 

H a m ı s ı. Bəli, bəli, bədənin salamatlığındandır. (Baş əyib dişqarı çıxırlar.) 

Salamat qalın! 

Ş a m d a n  və Y u s i f. Xoş gəldiniz! 

Y u s i f. Əzizim! Get otağa, bir az dincini al. 

Ş a m d a n. Çox gözəl. (Gedir.) 

Y u s i f (tək). Həqiqət, çox xoşbəxtlikdir ki, ürəyin istəyən dostu qonaq 

saxlayıb bacardığın hörməti ona eyləyəsən. Hərçənd  məndə o qədər qüvvə 

yoxdur ki, Şamdana layiqincə hörmət edim. Amma eybi yoxdur, Şamdan elə 

yoldaş deyil ki, mənə çox da diqqət tuta. Özü bilir ki, mən bir dərviş adamam. 

 

 

ALTINCI GƏLİŞ 



 

Qulu və Yusif. 

 

Q u l u. Ağa! Pərzad qarı gəlib səni görmək istəyir.  



Y u s i f. De gəlsin. (Qulu dişqarı çıxır və Pərzad içəri daxil olur.) 

 

 




Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə