Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə24/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   20   21   22   23   24   25   26   27   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________72 

 

Xəd i c ə. Of.... Sən allah yaramı təzələmə, tabım yoxdur. təzədən açıb sənə 



ürəyimin dərdini deyim....  Ancaq....  (İstəyir danışsın, ağlamaq tutub qoymur.) 

Ancaq....  Səndən təvəqqe edirəm ki, bu gün necə olsa, Yusifə deyəsən mənim 

yanıma gəlsin. Belə vaxt heç ələ düşməz. Atam-anam dayımgilə gediblər, özləri 

də gec gələcəklər. Yusifə deyərsən ki, səninlə  gəlsin. Elə ki, Yusif darvazadan 

içəri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gələn olsa xəbər etsin. Onda 

Yusifi dal qapıdanyola salarıq. 

N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif 

üçün də, sənin üçün də xarabçılıq olar. 

X  ə d i c ə. Görünür ki, hələ  uşaqsan. Məhəbbət meyvəsini dadmayıbsan. 

Hərgah dadsaydın, bu sözü deməzdin. Sən elə bilirsən  bizim məhəbbətimizi heç 

kəs bilmir? İnandırıram ki, bu işdən hamı xəbərdardır. 

N a z l ı. Doğrudur, bir neçə adam bilir və Yusiflə  sən  əvvəlinci dəfə 

görüşmürsən.  İki-üç dəfə olubdu. Amma genə yaxşıdır ki, bir neçə vaxt hələ 

gizlin tutasınız. 

X ə d i c ə (tərəfə). Pərvərdigara! Məhəbbət hissiyyatı olmayan adam ilə nə 

müşküldür danışmaq? (Gedib Nazlının  əlindən tutur.) Nazlı!  İnsan hər  şeyi 

pünhan tutsa, məhəbbəti pünhan tuta bilməz. Allahı istərsən, mənim dərdimə 

əlac et.... 

N a z l ı (tərəfə). Gələsən atası anası ilə danışdığı söhbəti açıb deyim.... (Fikrə 

gedir.) 


X  ə d i c ə  (əlindən tutur). Niyə fikrə getdin? Yoxsa bir şey bilirsən? Hə? 

De.... De, görüm. 

N a z l ı. Doğrusu.... Yusifin tərəfindən bir şey eşitməmişəm. Amma yaxşı 

olardı ki, bu fikirləri yavaş-yavaş başından çıxardasan. Çünki necə ki, mən 

görürəm bunun axırı puç olacaqdır.... 

X ə d i c ə (təəccüblə). A.... Görükür, səndə xəbər çoxdur. İndi de görüm, nə 

var? Yoxsa, and olsun bu məhəbbətimə özümü burada həlak edərəm. (Şey gəzir.) 

N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını  sənə birbəbir deyim: dünən 

axşam çay vaxtı atan və anan bağçada oturub sənin sözünü danışırdılar. Mən də 

ağacın altında oturub çay hazır eləyirdim. Sözlərindən görükür ki, səni Yusifə 

verməyəcəklər. 

X ə d i c ə  (təəccüblə). Məni?....  Yusifə? 

N a z l ı. Bəli. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________73 

 

X  ə d i c ə (tərəfə). Pərvərdigara! Nə acı sözlərdir mən eşidirəm. (Nazlıya 



tərəf.) Səbəbini bilmədinmi? 

N a z l ı. Səbəbi odur ki, necə ki, atan deyirdi Yusif kasıbdır.... 

X ə d i c ə. Sən bunu yəqin eşidib deyirsən?  

N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstərir.)  

X  ə d i c ə. Uf! Fələk!....  (Əyləşib üzünü əlləri ilə tutur və bir az fikirdən 

sonra.) İndi ki, belədir, get bu saat Yusifi çağır gəlsin, heç olmasa axırıncı dəfə 

onun üzünü görüm və dərdimi ona bəyan edim. Ta bir az ürəyimin odu sönsün. 

N a z l ı. Buyurursan, gedərəm. (Nazlı dişqarı çıxır.)  

X  ə d i c ə (tək, üzünü xalqa). Pərvərdigara! Dünyanın işinə bax, insanı 

heyvan dərəcəsində tuturlar. Məni Yusifə vermək istəmirlər. Ondan ötrü ki, onun 

pulu yoxdur.... (Fikrə gedir.) Uf! (Ürəyini əli ilə tutur.) Ruzigara bax.... İstəyirlər 

məhəbbəti pulla puç edələr. Görükür, ata və ana qızı verəndə onun gələcək 

xoşbəxtliyini dövlətdə görürlər. Dəxi bunu bilmirlər ki, məhəbbət etdiyi işləri 

heç dövlət etməz....  (Saçını  əli ilə tutub bərkdən.) Uf! Bu bəlalı başıma necə 

fikirlər gəlir. (Fikrə gedir.) Yox, jox ... bundan sonra mən dəxi yaşamaram ...  

And olsun Yusifin canına, hərgah bu iş başa gəlməsə, özümü həlak edəcəyəm....  

(Fikrə gedir.)  Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm ki, Yusiflə məni  ayrı 

sala. Bir az səbir edim....  İndi yəqin ki, gələr. (Səs gəlir.) Gərək ki, gələn odur. 

(Baxır, Yusifi görüb başını aşağı salır.) 

 

 



ÜÇÜNCÜ GƏLİŞ 

 

Yusif və Xədicə. 



 

Y u s i f (təəccüblə). Xədicə! (Yavuq gedib qucaqlayır. Xədicə başını aşağı 

salıb cavab vermir.) Xədicə! Niyə danışmırsan? Nə olub sənə? Desən görüm. 

(Xədicə cavab vermir.) Xədicə! Sən mənim canım, de görüm nə üz veribdir? 

Bəsdir, məni az  

incit. (Xədicə ağlayır.) Bircə de görüm, nə üçün ağlayırsan? 

X  ə d i c ə. Necə  ağlamayım ki, illərlə  bəslədiyim məhəbbəti ruzigar puç 

etmək istəyir....  (Ağlayır.) 

Y u s i f. Necə? (Qucaqlayır.) Necə? .... Bir də de görüm! 

X  ə d i c ə. Yusif! Səni and verirəm bizim məhəbbətə, qoy bir az sənin 

qucağında, nəfəs alım. Bəlkə bu axır görüşümüz oldu. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________74 

 

Y u s i f (birdən ayağa durur). Xədicə! Sən nə söyləyirsən? Fikrin 



özündədirmi? Necə ki, axır nəfəsdir, ha? De görüm, yoxsa and olsun sənin bu 

zülflərinə, özümü bu saat həlak edərəm. (Əlini cibinə uzadır.) 

X ə d i c ə (Yusifi bərkdən tutub). Ay, bircə səbir et. 

Y u s i f (qucaqlayır). De görüm, bu nə sözlərdir, sən deyirsən? 

X ə d i c ə.  Bircə de görüm, məni nə vaxt xoşbəxt edəcəksən? 

Y u s i f. Nazlı Xədicə, sənin xoşbəxt olmağın qalıb ata və anana. Onlar da 

deyirlər ki, guya sən hələ toya hazır deyilsən. 

X ə d i c ə. Bəli, hərgah atam-anama qaldısa, ikimiz də bədbəxt olmuşuq. 

Y u s i f. Nə üçün? 

X  ə d i c ə. Görükür, onlar indi fikirlərini dəyişiblər. Məni sənə vermək 

istəmirlər. Bu xəbəri mən bu gün eşidib sənə adam göndərdim ki, hamı əhvalatı 

sənə deyim, ta başımıza bir çarə qılaq. 

Y u s i f. Axı, səbəbi nədir ki? 

X  ə d i c ə. Səbəbi odur ki, guya dövlətin yoxdur və guya məni dövlətli 

istəyir. 

Y u s i f. Xədicə! Bunlar ara sözüdür, belə sözlərə inanma. (İrəli gəlib 

Xədicəni qucaqlayır və Xədicə Yusifə qəmgin baxır.) 

X ə d i c ə. Of! Yusif! Gərək ki, sənin üzünə axır baxışımdır. (Üzünü tutub 

ağlayır.) 

Y u s i f (Xədicəni qucaqlayıb). Xədicə! Sən onu yəqin bil ki, sən mənimsən, 

mən sənin. Və ondan savayı niyə bir fikir etmirsən ki, hərgah sənin özgəyə 

meylin olmasa, kimin hünəridir səni verə, zira ki, şəriətə müxalif işdir. 

X  ə d i c ə. Hərgah  şəriətlə  iş görsələr, mənim qorxum yoxdur. Amma nə 

fayda ki....  (Ağlayır.) 

Y u s i f (tərəfə). Bunu Xədicə doğru deyir. Pərvərdigara! Gör pul insanın 

gözlərini necə tutur ki, şəriət də unudulur və o məhəbbət ki, gələcəkdə iki 

nocavan onunla xoşbəxt olacaqlar, nahaq yerə puç edilir....  (Fikrə gedir və 

bərkdən). Uf! Uf! Xədicə (gedib Yusifin əlindən tutur). Yusif! Biz burada  çox 

qala bilmərik; çünki indi anam gələr. Ancaq bir söz xəbər alacağam.  

Y u s i f. De görüm! 

X ə d i c ə. Səni and verirəm mənim sənə olan məhəbbətimə, doğrusunu de 

görüm, hərgah ruzigar belə bivəfa oldu ki, bizi bir-birimizlə ayırdı, onda tədbirin 

nədir? 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə