Milli Kitabxana 1



Yüklə 2,68 Mb.

səhifə1/132
tarix28.06.2018
ölçüsü2,68 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   132


__________________Milli Kitabxana__________________ 

__________________________________________________1 

 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________2 

 

 

 



 

 

 



 


__________________Milli Kitabxana__________________ 

__________________________________________________3 

 

NƏRİMAN NƏRİMANOV  

 

 

 

 

 

CEÇİLMİŞ ƏSƏRLƏRİ 

 

 

 

 

 

 

 

 

LİDЕR NƏŞRİYYAT” 

2004

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________4 

 

Bu kitab “N.Nərimanov. Sеçilmiş əsərləri” 

(Bakı,  Elm, 1973,  Azərnəşr, 1985) 

nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 

 



 

Rеdaktoru:    

 

Ramiz Mehdiyev  

 

Tərtibçi və ön  



sözün müəllifi:  

 

Tеymur Əhmədov 

 

894.3613 - dc 21 

AZE 

 

 



N.Nərimanov. Sеçilmiş əsərləri.  Bakı, “Lidеr nəşriyyat”, 2004,      

398 səh. 

 

 Azərbaycanın ictimai-siyasi fikir tarixinəgörkəmli dövlət xadimi kimi 



daxil olmuş  Nəriman Nərimanov həm də  məşhur  ədib, dramaturq və 

publisist kimi tanınır. Oxuculara təqdim olunan bu kitabda ədibin “Nadir 

şah”, “Şamdan bəy”, “Nadanlıq”, pyesləri, “Bahadır və Sona” romanı, 

“Pir”, “Bir kəndin sərgüzəşti” povest və hekayələri, XX əsrin 

əvvəllərində yazdığı publisist məqalələri və felyetonları toplanmışdır.  

Kitabın sonunda qeyd və şərhlər verilmişdir. 

 

 

ISBN 9952-417-15-0 



 

 

©”LİDЕR NƏŞRİYYAT”, 2004 



 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________5 

 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________6 

 

 

 



 

 

 



...NƏRİMAN NƏRİMANOV 

BU GÜN DƏ BİZİMLƏDİR 

 

 



Nəriman Nərimanovun  əməkçi kütlələri maarifləndirmək  əzmi, 

insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisdləri dərindən başa 

düşməsi, istedad və baçarığı onu Azərbaycan demokratik və ictimai-siyasi 

fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı. 

... Bizdən ötrü Mirzə  Fətəli Axundov da, Əhməd bəy Ağayev də

Məmmədəmin Rəsulzadə  də böyük şəxsiyyətlərdir, Nəriman Nərimanov 

da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq 

Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları 

barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz... 

Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində 

böyümüş görkəmli simadır, böyük siyasi xadimdir... 

 

 



Heydər ƏLİYEV 

  



__________________Milli Kitabxana__________________ 

__________________________________________________7 

 

 

BÖYÜK İCTİMAİ XADİM VƏ YAZIÇI 



 

 

Nəriman Nerimanovun həyatı  və  fəaliyyəti Azərbaycan tarixinin və ictimai-ədəbi 



fikrinin yeni dirçəlmə dövrünə  təsadüf etmişdir. Xalq içərisindən çıxmış, bütün həyatı 

boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti 

uğrunda mübarizə aparmış Nəriman Nərimanov Azərbaycan maarifçi-realist və inqilabçı-

demokratik ədəbiyyatm inkişafında, onun yeni mütərəqqi keyfiyyətlərlə zənginləşməsində 

müstəsna rol oynamışdır. 

Azərbaycan  ədəbiyyatında Nəriman Nərimanov mütəfəkkir yazıçı  və materialist 

filosof M.F.Axundovun yaratdığı ədəbi məktəbin klassik ənənələrinin qüdrətli davamçısı 

olmuşdur. O, bir müəllim,  ədəbiyyatımızda tarixi faciə janrının banisi, nasir, həkim, 

jurnalist, publisist və teatr xadimi kimi milli mədəniyyətimizin inkişafına səmərəli təsir 

göstərmişdir. 

N.Nərimanovun  ədəbi irsi zəngindir. XX əsrin axırlarından onun dövri mətbuatda 

külli miqdarda felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram 

və  nəsr  əsərləri çap edilmişdir. Bütün bunlar kütlələrin mənəvi aləminə  və  məfkurəvi 

inkişafina əhəmiyyətli təsir göstərmiş, onları burjua-mülkədar cəmiyyətinə, mürtəce adət 

və vərdişlərə, fanatizmə, mövhumata qarşı mübarizəyə sövq etmişdir. 

Oxuculara təqdim olunan bu kitabda Nəriman Nərimanovun zəngin ədəbi irsinin XX 

əsrin ilk onilliklərinə aid olan ədəbi-bədii və publisist əsərlərinin müəyyən bir qismi 

toplanmışdır. 

XIX əsrin sonlarında Azərbaycan dramaturgiyasının yeni inkişaf mərhələsinə qədəm 

qoyması ölkənin siyasi-ictimai və iqtisadi həyatında baş verən dəyişikliklərlə əlaqədar idi. 

Köhnə feodal münasibətlərinin keçirdiyi daxili sarsıntı bədii ədəbiyyatda da öz ifadəsini 

tapırdı. M.F.Axundov ədəbi məktəbinin nümayəndələri - N.Vəzirov,  Ə.Haqverdiyev, 

N.Nərimanov, R.Əfəndiyev kimi yazıçılar klassik ədəbiyyatın  ən gözəl  ənənələrini yeni 

tarixi şəraitdə davam və inkişaf etdirir, zamanın tələbləri ruhunda dərin məzmunlu bədii 

əsərlər yaradırdılar. Onlar ictimai dərdləri geniş xalq kütlələrinə açıb göstərməyə 

çalışırdılar. Bu məqsədlə yazdıqları  səhnə  əsərlərini çətinliklə  də olsa tamaşaya qoyur, 

zəhmətkeş kütlələri maddi və  mənəvi sıxıntı içərisində,  əsarətdə saxlayan feodal 

cəmiyyətinin qayda-qanunlarına, ətalətə, hər cür geriliyə qarşı kəskin mübarizəyə qalxır, 

xalqı cəhalətin və dini mövhumatın amansız girdabından qurtarmağa cəhd edirdilər. Teatrı 

geniş kütlələrlə  sıx  əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək 

sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", 

"Nadir şah" pyeslərini qələmə almışdır. 

"Nadanlıq" (1894) komediyası  Nərimanovun ilk qələm təcrübəsidir.  Əsərin  əsas 

ideyası feodal hayatının köhnə adət-ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. 

Yazıçı komediyada ictimai həyata və ailəyə, məişətə möhkəm daxil olan feodai əxlaq 

qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır. Mədəni geriliyin, 

savadsızlığın xalqın inkişafı yolunda buxova çevrildiyini, onun göz açmasına imkan 

vermədiyini görən yazıçı nadanlığı müsəlman aləminin  ən böyük ictimai balası hesab 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   132


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə