Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə4/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   2   3   4   5   6   7   8   9   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________12 

 

 Azərbaycan, rus və tatar aktyorları üçün əsil təcrübə  məktəbi olmuşdur. 



N.Nərimanovun milli teatr sənəti uğrunda mübarizəsi, ədəbi-estetik fikirləri Azərbaycan 

teatrının realisl istiqamətdə inkişafına ciddi təsir göstərmişdir. 

"N.Nərimanovun nəsr yaradıcılığı da səmərəli olmuşdur. "Bahadır və Sona" romanı, 

"Pir" povesti, "Bir kəndin sərgüzəşti" hekayəsi vətənin mədəni yüksəlişi, ictimai fikrin 

inkışafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır. 

"Bahadır və Sona" (1896-1913) romanında yazıçı xalqlar dostluğu ideyasını ön plana 

çəkmiş,  ədəbiyyatımızın tarixində öz ideya, məzmun və forma yeniliyi ilə parlaq səhifə 

açan bir əsər yaratmışdır. Roman təkcə nakam aşiqlərin məhəbbət abidəsi deyil, eyni 

zamanda, xalq həyatnın salnaməsidir. Nərimanovun "balaca roman" adlandırdığı "Bahadır 

və Sona" XIX əsrin 90-cı illərində Zaqafqaziyada cərəyan edən hadisələri  əks etdirir, 

Burada iki aşiqin - azərbaycanlı Bahadırla erməni qızı Sonanın ülvi məhəbbət macərası 

fonunda Azərbaycan xalqının ictimai-siyasi həyatı realistcəsinə təsvir olunmuşdur. 

Maarifpərvər ziyalı  gənclərin "gözəl  əxlaq və  ətvan",  əməlləri feodal aləminə qarşı 

qoyulmıışdur, Romanda həyatın geniş epik lövhələrdə  təsviri verilməsə  də, feodal 

aləmində qaranlığın qatılığı, sərtliyi və boğucu üfunəti dolğun təsəvvür olunur. Əsər 

zülmət səmada ara-sıra göz qırpan ulduzların artacağına, sıxlaşacağına, zülmət gecəni 

kəhkəşan kimi nura boyayacağına dərin inam oyadır. Bu inamı oxucuda Bahadırın, 

Sonanın, Alekseyin və Soltanın dünyagörüşü və  əməlləri doğurur. Maaritpərvər ziyalı 

gənclər milləti ağır vəziyyətdən çıxarmaq, onun tərəqqisinə kömək etmək yolları 

axtarırlar. Əsərdə fanatizm, gerilik və özbaşinalıq bəzi din xadimlərinin mühafizəkarlığı 

ilə əlaqələndirilir, onların xalqın mənafeyinə zidd əməlləri pisləşir. 

"Bahadır və Sona" əsərində xalqların birliyi, həmrəyliyi təbliğ edilir. İnsanların bir-

birindən ayrı düşməsi, aralarında "uçurum dərə" yaranması Bahadırın qəlbini sıxır: 

"Əcəba, necə ola bilər ki, bizi "uçurum dərə" ayıra?  Əcəba, bu "uçurum dərə"ləri biz 

insanlar düzəldib də onları  məhv etmək bizim ixtiyarımızda deyilmi?.. Nə üçün mən 

müsəlman, siz xristian, qeyrisi yəhudi və ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar 

sonradan düzəlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox. Təbii qanun 

hamı insanlar üçün bir gərəkdir ola. Hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu 

nöqtə isə hümyyəti-məhəbbət aləmidir". 

Bahadırın fikrincə, insanların bir-birindən ayrı düşməsinə  səbəb "ağlın naqısliyi"dir. 

Bahadır "uçurum dərələr"in dərin, keçilməz olduğunu dərk edir, mənəvi sıxıntı keçirir, 

intihar etməklə  zəmanəyə, zülmət səltənətinə qarşı etirazını bildirir: "Ah, insanları bir-

birindən ayıran "uçurum dərələr". Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... 

Fəqət əmin olunuz, siz axırda məhv olacaqsıınz..." 

 Bahadır və Sona zülmət aləminin amansız mühitində həlak olsalar da, öz mütərəqqi 

ideyaları,  əməlləri ilə romantik gələcəyə bağlı olduqlarından "uçurum dərələr"in məhv 

ediləcəyinə möhkəm inam yaradırlar. Yazıçı iki gəncin şəxsi faciəsində "'keçmiş cəmiyyət 

üçün çox səciyyəvi olan" hadisəni ümumiləşdirməklə ictimai ədalətsizliyə, haqsızlığa və 

dini ayrı-seçkiliyə qarşı etiraz hissi doğurmuşdur. Akademik Məmməd Arif yazır: 

"...onların faciəsi hər şeydən əvvəl ictimai, bəşəri bir faciə kimi səslənir: iki ağıllı, aydın 

fikirli, nəcib və mədəni gəncin faciəsində böyük demokrat və insanpərvər ədibin ictimai 

ədalətsizliyə qarşı qüvvətli etirazı meydana çıxır". Çar hakimlərinin  Zaqafqaziyada milli 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________13 

 

qırğın siyasəti yeritdiyi bir dövrdə xalqlar dostluğu, həmrəyliyi və milli bərabərlik 



motivlərinin qələmə alınması böyük hünər, cəsarət tələb edirdi. N.Nərimanov ağır şəraitda 

belə bir addım atarkən hər  şeydən  əvvəl, Zaqafqaziya xalqlarını  mənən bir-birinə 

yaxınlaşdırmaq,  əlaqələri möhkəmləndirmək, beləliklə, ümumi düşmənə qarşı birgə 

mübarizəyə hazırlamaq məqsədi güdürdü. 

N.Nərimanov "Bir kəndin sərgüzəşti" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabrında 

"Açıq söz" qəzetində çap etdirmişdir. Hekayədə yekdilliyin qüdrəti, avamlığını  və 

fanatizmin törətdiyi fəlakətlər qələmə alınmışdır. Burada iki aləm, iki dünyagörüşü qarşı-

qarşıya dayanmışdır. Yazıçı hekayədə Azərbaycan kəndlilərinin həyatı, məişəti, düşüncə 

tərzi və mübarizə yolu barədə müəyyən təsəvvür yaratmışdır. 

N.Nərimanov "Pir" povestində isə Şərq cəhalətinə, avamlığa və dini mövhumata qarşı 

çıxdı. Məlumdur ki, XX əsrin  əvvəllərində dini-mistik görüşlər, köhnə feodal ənənələri 

mədəni inkişaf yolunda buxova çevrilmişdi. N.Vəzirov, C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev, M.Ə.Sabir kimi görkəmli sənətkarlar milli mədəniyyətin trəqqisi üçün 

böyük təhlükə olan dini xurafatı və ruhaniliyi öz əsərlərində kəskin tənqid edirdilər. 

"Pir" povestini yazmaqda məqsəd avam kütlələrin varlığına hakim kəskilən dini 

vahiməni, qorxunu aradan qaldırmaq idi. Nərimanov hələ 1906-ci ildə öz məqalələrinin 

birində yazırdı: "Dini fanatizmə xalqın gözünü örtən pərdədir, insanlarda mütilik, 

qorxaqlıq hissi yaradır". Povestdə yazıçı  fırıldaqçı din xadimlərinin "icad etdikləri" 

ziyarətgahları rəzalət, soyğunçuluq və riyakarlıq yuvası kimi ifşa edir. 

İstər bədii, istərsə  də publisist əsərlərində dinə,  şəriət ehkamlarına Nərimanovun 

bəzən güzəşt və ifrat ehtiyatkarlıqla yanaşması "xüsusi taktiki" münasibətiə bağlı idi. 

Akademik F.Koçərli haqlı olaraq qeyd edir ki, "Şərq xalqlarının adət və ənənəsini, milli 

xüsusiyyət və psixologiyasını dərindən bilən yaziçı din və məyhumata qarşı mübarizədə 

yerli xüsusiyyətləri hərtərəfli nəzərə alır, ateizm ideyalarını konkret şəraitə uyğun şəkildə 

təbliğ edirdı. O gorürdu ki, "ağılları paslanmış, gözləri kor olmuş" adamların şüuruna təsir 

edib, onları oyatmaq, "gözlərini açmaq" üçün xüsusi taktiki üsullardan istifadə etmək 

lazımdır..." 

N.Nərimanov 1905-ci ilin noyabrında Bakıda olduğu zaman "Hüramət" təşkilatının 

görkəmli xadimlərindən biri kimi, Bakının neft mədənlərində, fabrik və zavodiarında 

müsəlman fəhlələri arasında inqilabi ideyaları yayır, çarizmin siyasətinin mahiyyətini 

onlara başa salır, hamını beynəlmiləl birliyə çağırırdi. Onun siyasi mitinq və 

yığıncaqlarda cəsarətli, aydın və inamlı çıxışları fəhlələri inqilabi mübarizəyə sövq edirdi. 

Lakin inqilab ocağında, "hadisəliərin davam etdiyi yerdə" fəhlələrə operativ, əməli kömək 

etmək, onları düzgün istiqamətiəndtrmək, beləliklə, inqilabi hərəkatı genişləndirmək üçün 

böyük mübarizə meydanı - dövri mətbuat zəruri idi. 

N.Nərimanovun 1906-cı ildə Bakıda olduğu zaman liberal burjua məsləkli "Həyat" və 

"İrşad" qəzetləri ilə əməkdaşlıq etməsi bu cəhətdən təəccüb doğurmur. 

Məlum olduğu kimi, "Həyat" qəzeti liberal-burjua istiqamətli gündəlik ictimai-siyasi 

və ədəbi mətbuat orqanı idi. 1905-ci ilin iyun ayından 1906-cı ilin axırınadək, fəaliyyəti 

ərzində '"Həyat" mürəkkəb, ziddiyyətli bir dövrün salnaməsi olmuşdur.  Əli bəy 

Hüseynzadə,  Əhməd bəy Ağayev kimi burjua ideoloqları  və din xadimləri "Həyat"ın 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə