Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə26/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   22   23   24   25   26   27   28   29   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________79 

 

masəva, bu oxuyub tərbiyə alanların nəzərləri  külfətə ayrı, avamlarınkı ayrı, 



məsələn, mərifətli kişi heç vaxt övpətüstünə övrət almaz. Övrəti öz 

zindəganlığında özünə yavuq yoldaş bilib onu qoymaz pis günlər çəksin. Amma 

mərifətsiz kişidən hər şeyi gözləmək olar. Gündə bir övrəti döyər, elə ki, bir az 

pulu artıq oldu, bir özgəsini də alar. Axırda görərsən ki, biçarənin ocağı viran 

oldu. Belə ittifaqlar azdırmı? 

H a c ı  İ b r a h i m. Niyaz bəy! Niyə elə şeylər danışırsınız? İki övrət almaq 

şəriətdə  də var ki?! Və  hərgah o, mənim qızımın üstünə övrət alsa, bir saat 

qoymaram qızım onun evində qala. 

N i y a z  b ə y. Mən təəccüb edirəm ki, siz şəriəti yaxşı bilə-bilə nə üçün 

şəriətə böhtan deyirsiniz? 

H a c ı  İ b r a h i m. Necə? 

N i y a z  b ə y. Ondan ötəri ki, şəriətimiz buyurmur ki, iki ya üç övrət al. 

Şəriətdə deyilir ki, yaxşı olar ki, övrətin ola-ola ikincisini almayasan. Amma elə 

ki, alırsan, gərəkdir bu şərt-şürut gözləyəsən. Ona görə sizin canınız, üçün, 

hərgah  şəriətə görə iki övrət alsaq, əsla düz deyil. Zira ki, o şərt-şürutu ki, 

qanunda var, onu heç kəs layiqincə yerinə yetirə bilməz. 

H a c ı  İ b r a h i m. Xülasə, iş olub-gedibdir. Qızı vermişəm, siz də gediniz 

qıza xeyir-dua veriniz. 

N i y a z  b ə y. Mən xeyir-dua verməyə  həmişə hazıram, amma işlərinizə 

qarışmayacağam. (Hirsli.) 

H a c ı    İ b r a h i m. Niyaz bəy! Belə söz nə üçün danışırsınız? Görükür, 

yəqin oğlanı görməyibsiniz. Hərgah görsəniz, bilərsiniz ki, mən səhv 

etməmişəm. 

N i y a z  b ə y (ayağa durur getməyə). Bəli, dəxi mən gedim. 

H a c ı  İ b r a h i m. Xeyr, getməyin, mən oğlanı bu gün çaya çağırmışam. 

Çünki sabah gedir ki, tədarük edə. İki həftədən sonra toydu. Əyləşin, indi oğlanı 

siz də görüb aşna olarsınız.  

 

(Dişqarıdan səs gəlir.) 



 

H a c ı    İ b r a h i m. Gərək ki, gələn odur. (Durub qapıya gedir.) A....  

Salaməleyküm! Salaməleyküm! Buyurun görək.  

 

(Şamdan içəri daxil olur.) 



 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________80 

 

SƏKKİZİNCİ GƏLİŞ 



 

Ş a m d a n (Niyaz bəy tərəfə gedib əl verir). Salaməleyküm! 

 

 (Şamdanı Niyaz bəy görüb tanıyır və danışmayıb heyran qalır.) 



 

H a c ı  İ b r a h i m. Əyləşiniz. Allah qoysa, nə vaxt təşrif aparırsınız? 

Ş a m d a n. İnşaallah, bir-iki gündən sonra. 

H a c ı  İ b r a h i m. Bəs eşitdim ki, sabah buyuracaqsınız. 

Ş a m d a n. Bəli. Fikrim var idi sabah gedəm. Ancaq qubernatorla bir az işim 

olmağa görə qaldım. 

H a c ı  İ b r a h i m. Qubernatorla aranız varmı? 

Ş a m d a n. Necə ki? Dünən məni çaya çağırıb saat on birədək oturub söhbət 

etmişik. (Hacı  İbrahim Niyaz bəyə baxıb lovğalanır.) Çoxusu ondan ötəri 

getmirəm ki, qubernatorun bu günlərdə qonaqlığı olacaqdır. Məndən təvəqqe etdi 

ki, mən də orada olam.  

 

(Hacı. İbrahim Niyaz bəyə baxır və Niyaz bəy başını bulayır.) 



 

H a c ı    İ b r a h i m. İnşaallah, gələndən sonra mənim də bir işim var. 

Qubernatordan keçir, onu da düzəldərsiniz. 

Ş a m d a n. Çox əcəb. Bu vaxtadək bir iş olmuyubdur ki, mənim təvəqqemi 

yerinə yetirməyə. Mənim burada çox dostlarım var. Sudun predsedateli, prokuror 

və qeyriləri. Bunların vasitələri ilə neçə adamları qulluğa qoymuşam. (Cəfər çay 

gətirir.) 

H a c ı  İ b r a h i m. Buyurun çay içək. 

 

 (Mizə yavuq oturub çay içirlər.) 



 

Ş a m d a n. Bir ay bundan müqəddəm mənim tanışlarımdan biri padsuda 

düşmüşdü. Qohum-əqrəbaları bilirdilər mənim divan adamları ilə dostluğum var. 

Hamısı  gəlib ayağıma düşdülər ki, onu qurtaram. Həqiqət, özümün də çox 

yazığım gəldi. Bir balaca kağız yazıb o saat onun işini təmizə çıxartdım. Xülasə, 

sizin dövlətinizdən sözüm  




__________________Milli Kitabxana__________________ 

__________________________________________________81 

 

çox ötkəmdir. Burada, bəlkə tanıyasınız, Yusif adlı bir oğlan var ...  m ...  m....  



Onun üstündə çox zəhmət çəkib müəllimlikdən özgə yerə  təyin etdirdim. 

(Yavaşdan.) 

H a c ı  İ b r a h i m. Maşallah sizə. (Fəxr edir.) Belə işlərdə hünər lazımdır. 

(Stəkanları aparıb çay gətirir.) 

Ş a m d a n. Belə adamlar ilə aşna olmağıma səbəb görürsünüz ki, xalq də 

mənə hörmət edir. Məsələn, indi şəhərə gedəndə qabağıma heç olmasa əlliyədək 

adam gələcəkdir. 

N i y a z  b ə y. Bəli ...  m ...  m....  Bu mərtəbəyə çatmaq üçün böyük hünər 

lazımdır. 

H a c ı  İ b r a h i m. Əlbəttə, əlbəttə. 

N i y a z  b ə y (tərəfə). Amma yaxşı gop vurur. 

Ş a m d a n (ayağa durur). Məni dəxi bağışlayasınız, çünki vaxtım yoxdur 

sizinlə söhbət edəm. 

H a c ı  İ b r a h i m. Bəs niyə belə tez? Əyləşəydiniz bizimlə bərabər çörək 

yeyərdik. 

Ş a m d a n. Çox məmnun və  məsrurəm. Ancaq knyaz Sakarilinlə, 

qubernatorun yeznəsidir, bu gün firəng konsulu ilə ki mənim qədim dostumdur, 

bağda rast gəlib çox-çox təvəqqe etdilər ki, bu gün onlara gedəm. 

H a c ı  İ b r a h i m. Bəli, hərgah söz veribsiniz, vacibdir. 

Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat 

olsun. Çox böyüklərin hələ gözlərinə görükmürəm. (Əl verir.) Xudahafiz. (Gedir 

və onun dalınca Hacı  İbrahim. Birdəp guya yadına qapıda bir şey düşüb geri 

qayıdır.) 

Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır. 

H a c ı  İ b r a h i m. Bəli, bəli. (Özü gedib qələm və kağız gətirir . Şamdan 

yazır və danışır.) 

Ş a m d a n. Elə indi yadıma düşdü. Gərək bir tel vuram Peterburqa, qraf 

Zamburski məni dəxi gözləməsin. (Tel yazıb gedir.) Salamat qalın!  

 

(Hacı İbrahim də onun dalınca.) 



 

N i y a z  b ə y (tək, ayağa durur). Bizim qızların evlərini elə belə şeylər yıxır. 

A kişi, qəribə bihəya adamdır! Məni utandırır ki, mənim yanımda özünü bu  



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə