Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə29/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   25   26   27   28   29   30   31   32   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________88 

 

 

ALTINCI GƏLİŞ 



 

Sultan, Murad, Pəcyl, Yusif. 

 

S u l t a n, M u r a d. Salaməleyküm! 



R ə s u l. Səs salmayın görək.  

S u l t a n,M u r a d. Nə olubdur ki? 

R ə s u l. Bir saatdır gəlmişəm, mənə dürüst cavab vermir. Ancaq natamam 

kəlmələr deyib hirslənir. 

M u r a d (Sultana). Sənə nə dedim? 

R ə s u l. Bircə deyiniz görək, nə olubdur? 

M u r a d. Nə olacaqdır? İnsafsız oğluna bir ay çörək verib əzizləyibdi, indi 

Xədicəni almaq istəyir. 

R ə s u l. Şamdan? 

S u l t a n. Bəli, Şamdan bəy.... 

R ə s u l. Tfu!.... 

M u r a d. Belə adamı boğazından asmalıdır! 

R ə s u l. Bəs elə bilirsən o, papaq qoyub bu vilayətdə gəzə biləcəkdir? 

S u l t a n, M u r a d, R ə c u l. (Hamı təəccüblə Yusifə baxır). Yusif, danış 

görək nə var, nə yox? 

Y u s i f (göz qaldırıb bunlara baxır). Xoş gəlibsiniz....  Əyləşin.... 

M u r a d. Yusif, sən mənim canım, çox da fikir eləmə, o xəbər ki, mən sənə 

dedim, ara sözüdür. Bəlkə əsli də olmasın. 

Y u s i f. Xeyr, elədi ki, var. Çünki hərgah doğru olmasa idi, buradan 

köçməzdi. 

H a m ı s ı. Köçübdür? 

Y u s i f. Bu gün mən gəlməmişdən köçübdür....  (Fikrə gedir.) 

R ə s u l. Ay zalım oğlu, necə tez başa düşübdür!.... 

M u r a d. Mən təəccüb edirəm Hacı İbrahimə ki, belə adama qızını verir. 

R ə s u l. Görükür, genə gop vurubdur. 

 

(Yusif əlləri ilə başını tutub fikrə gedir.) 



 

M u r a d. İndi olan olub qurtarıbdır. Mən təəccüb edirəm ki, Yusif nə əcəb 

onunla dostluq edirdi, vəhalonki kişi danışanda özünü bildirirdi. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________89 

 

S u l t a n. Bunu haqq deyirsən. Mən özüm də o fikirdə idim. Amma Yusifin 



ürəyi məndən sınar deyib söz açmırdım. 

Y u s i f (başını qaldırıb). Həzərat! Sizin canınız üçün bugünədək onun 

hiylələrini başa düşməmişdim. Hətta bir neçə təklifləri mənim aşkar zərərim isə 

də, yenə fikir edirdim ki, bu zalım oğlu məni özünə dost bilib mənim ayağımdan 

çəkməz. Mən nə bilim ki, bu biinsaf oğlu mənə başdan quyu qazırmış. (Fikrə 

gedir.) 


R ə s u l. İndi de görək, axı, bu işi belə qoymaq olmaz.Fikrin nədir?  

M u r a d, S u l t a n. Doğurdan de görək, necə olacaqdır? 

Y u s i f (bir az fikirdən sonra). Mənim bir özgə fikrim yoxdur. (Durub 

gəzinir.) Ancaq onu bilirəm ki, bu iş xeyirliklə qurtarmayacaqdır....  Arada bir 

qan olacaq....  (Fikrə gedir, qeyriləri bir-birinə təəccüblə baxırlar.) 

M u r a d (ayağa durur). Biinsaf oğlunu boğazından asasan. 

S u l t a n (ayağa durur). Zalım oğlunu bir gülləyə qurban edəsən. 

R  ə s u l (ayağa durur). Heç elə sözlər danışmayın. (Qeyriləri Rəsula 

baxırlar.) O sözlər əbəsdir.... Onun burada heç kəsi yoxdur, heç kəsin də onunla 

əlaqəsi olmasın. Mənim fikrimcə, biz hərgah onunla bilmərrə əlaqəmizi kəssək, 

özü sonra düşünüb yoldaşına xəyanət etməz və onu da eşitmişəm ki, o qızı, o ala 

bilməyəcəkdir. 

Y u s i f. Qızı almamaqdan mən də arxayınam....   

M u r a d. A kişi, necə arxayınsan ki, atası, anası razı olub, kəbinini də bu 

yavuq vaxtda kəsəcəkdir. 

R ə s u l. İnanma. 

Y u s i f. Mən ona görə deyirəm ki, o qız ona getməz. Amma çünki qızı zorla 

verəcəklər, ona görə ... m ...  m....  Qız özünü həlak edəcəkdir. Ancaq bu iş məni 

təşvişə salıbdır....  Və onu da bilirəm ki, o qızdan sonra mən gərək bu dünyada 

qalmayam. (Tərəfə.) Uf, allah, nə yaman fikirlərdir başıma gəlir!....  (Başını əli 

ilə tutur.) 

H a m ı s ı. Sən heç darıxma, yaman adam öz cəzasına çatar!.... 

 

(Bu vaxt dişqarıdan qilü-qal səsi gəlir. Bunlar gedirlər qapıya sarı. Rza bəy, 



Heydər bəy, Nəcəf bəy içəri daxil olurlar.) 

 

 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________90 

 

YEDDİNCİ GƏLİŞ 



 

Əvvəlkilər və Rza bəy, Heydər bəy, Nəcəf bəy. 

 

R z a  b ə y, H e y d ə r  b ə y, N ə c ə f  bəy. A kişilər, bu nə əhvalatdır şəhər 



də danışırlar?  

 

(Yusif başını aşağı salıb fikrə gedir.) 



 

M u r a d, R ə s u l,  S u l t a n. Bir işdi, olubdur. 

R z a  b ə y (Yusifin yanına gedib). Yusif! Hamı günah sizdədir. Siz onu öz 

yanınıza salıb hamıya tərif edibsiniz və o dəxi sənin xatirinə görə mənim (əli ilə 

göstərir), Heydər bəyin, Nəcəf bəyin və qeyri mütəşəxxis adamların əziz qonağı 

olubdur. Amma indi başınıza olmayan işləri gətirir.... 

H e y d ə r  b ə y. Təəccübdür! Bu neçə ildə onu tanıya bilməyibsiniz. 

N ə c ə f (tərəfə). Doğru deyiblər ki: "Ətə baxma, dona baxma, içindəki cana 

bax". 

Y u s i f. Doğru buyurursunuz ki, hamı günah məndədir....  (Başını  aşağı 



salır). 

R z a  b ə y. A kişi, bilməyirsiniz  şəhərdə  nələr danışırlar? Utanmaz oğlu 

özünü belə qələmə veribdir ki, guya Fətəli şahın nəvəsidir. 

H e y d ə r  b ə y. O günlərdə deyirlər bir yerdə oturub bizim qeybətimizi 

edirmiş. Deyirmiş guya buranın bəyləri acdırlar və yemək-içməyi bacarmırlar. 

H a m ı. Gör sən allah?! 

R z a  b ə y. Bundam da pis xəbərlər eşitmişəm. Ancaq Yusifin  xatirəsi üçün 

bu vaxtadək danışmırdım. 

 

(Rəsul, Sultan, Murad bir-biri ilə yavaşdan söhbət edirlər.) 



 

N  ə c ə f  b ə y. Təvəqqe edirəm bundan sonra onunla heç kəsin  əlaqəsi 

olmasın. Ta onu bir hala gətirək ki, ağlının naqisliyini və nacins olmağını özü 

anlasın. 

H a m ı. Yaxşı sözdür. 

R z a  b ə y. Sizin canınız üçün, indi gedib onun piçini elə yerdən buracağam 

ki, axirətədək yana-yana qalsın. Xülasə, çox danışmaqdan bir şey çıxmaz. 

Gedirsiniz, gedək. 

H a m ı. Bəli, buyurunuz, (Yusifə) Salamat qalın! (Əvvəl Rza bəy, sonra 

qeyrilər dişqarı çıxırlar.) 




Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə