Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə30/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   26   27   28   29   30   31   32   33   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________91 

 

Y u s i f (tək). Mənə nə desələr, haqdır. Mən nə edim, nə çarə qılım? Mənim 



ürəyimdə bir kin-küdurət yoxdur. Ona görəözgəni  də özüm kimi bilirəm və 

gözüm görə-görə özümü çürbəcürə bəlalara kiriftar edirəm....  Ah! Bircə Xədicə 

ilə görüşüb ürəyimdəki dərdimi deyəydim, bəlkə bir az sakit olaydım. (Fikrə 

gedir.) Nə etməli? Hə? Nə tövr edim ki, onunla görüşüm.  (Fikrə gedir.) 

Cəhənnəmə, nə olar-olsun. Bir kağız yazıb göndərim, nə olar-olsun. (Oturub 

istəyir kağız yazsın.) 

 

 

SƏKKİZİNCİ GƏLİŞ 



 

Qulu və Yusif. 

 

Q u l u (içəri daxil olur). Ağa, Pərzad qarı sizi görmək istəyir. 



Y u s i f (qələmi yerə atır). Qoymazlar bir az rahat olaq, de, yatır. (Fikrə 

gedir, Qulu çıxmaq istəyir, birdən Yusif dalınca gedib.) 

Y u s i f. Pərzad qarı arada gəzəndi, bu, yəqin sözsüz olmayacaqdır. Qoy 

çağırım, görüm nə deyir. A gədə, Qulu! Çağır gəlsin. (Özü  oturub yenə kağız 

yazmaq istəyir. Pərzad daxil olur.) 

 

 



DOQQUZUNCU GƏLİŞ 

 

Yusif və Pərzad. 



 

P ə r z a d. Salaməleyküm, Yusif bəy! 

Y u s i f (Pərzada diqqətlə baxır).  Əleyküməssalam! Pərzad  nənə,  əyləş 

görək. 


P ə r z a d (əyləşir). Dəxi nə əyləşim, iş qurtarıb gedibdir. 

Y u s i f   (təəccüblə). Nə var? Nə olub? 

P ə r z a d. Dəxi nə olacaq? Veriblər gedib.... 

Y u s i f. Kimi? 

P ə r z a d. Xədicəni.... 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________92 

 

Y u s i f (tərəfə). Guya ki, mən bilmirəm. (Başını bulayır). Genə qoy soruşum 



görüm....  (Pərzad tərəfə.) Pərzad nənə! Bu nə xəbərdi sən mənə verirsən? 

P ə r z a d. Atamın ərvahına and olsun, oğlumun canıçün, belə gəlinim ölsün 

ki, veriblər gedibdir. 

Y u s i f. Axı kimə veriblər? 

P  ə r z a d. Nə bilim, bir bığıyoğuna.... Deyirlər belə,  Şirvanda  əvvəlimci 

adamdır. 

Y u s i f. Necə yəni əvvəlimci? 

P ə r z a d. Nə bilim, deyirlər Şirvanın yarısı onundur, o qədər qoyunu, malı, 

mülkü, maşı vardır ki, itinə  də tök....  Deyirlər belə böyüklər yanında da sözü 

ötkün, qılıncı  kəskindir.... Hamı deyir ki, Xədicə  qızıl mədəninə düşübdür....  

Hanı bir belə qapı, mənim qızıma da açılaydı!.... 

Y u s i f (tərəfə, fikirli). Dövlətli!....  Demə genə gop vurubdur.... (Pərzada 

tərəf.) Əgər dövlətə görədir, Xədicə dövlətə aldanıb getməz. 

P ə r z a d. Yusif bəy! Qadan ürəyimə, belə şeyi demə. Arvadın kökü kəsilsin, 

arvad pulsuz kişini sevməz....  Sən, doğrudur, oxuyubsan,   amma vallah,  arvad 

tayfasını tanımırsan. Mən yaxşı tanıyıram, mənim oğlumu dərdəcər eləyən arvad 

deyilmi?  

A bu gəlinlərin boynuna ip ölçüm, a bunlar qırılsınlar! 

Y u s i f (tərəfə). Yazıq, elə gəlinindən dəm vurur. (Pərzada). A Pərzad nənə! 

Gəlinin görünür səni çox incidir? 

P ə r z a d. Bıy, onun görüm şamını qara boyuyum! Elə ki, oğlumun beş-altı 

şahı pulu var, başına dolanır. Elə ki, yoxdur, biçarənin balasının yediyi çörəyi 

burnundan gətirir.... Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl 

ki, iş-işdən keçibdir.... 

Y u s i f. Axı, nə çarə  qılım? Hərgah qızı  mənə vermirlər, mən  küclə 

almayacağam ki? (Tərəfə.) Dilim deyir, ürəyim yox. 

P ə r z a d. Necə ki, nə çarə?.... Puluna qızırqalanma, belə dua yazdır, kitaba 

baxdır. 


Y u s i f (tərəfə). Qəribə avam-avam danışır. (Pərzada.) Sonra nə olsun? 

P ə r z a d. Heç, nə olacaq? Cadıynan oğlanın da ürəyin bağlat, qızın da. 

Y u s i f. Pərzad nənə! Bunlar hamısı boş işdir. (Durub gəzinir, tərəfə.) Çıxıb 

getməz evi yıxılmışın qızı. İndi də cadubazlıq ilə məşğul olacayıq. (Fikrə gedir. 

Qulu içəri daxil olur.) 

 

 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________93 

 

ONUNCU GƏLİŞ 



 

Yusif, Pərzad, Qulu. 

 

P ə r z a d. Əbəs yerə fikrə-zada getmə. Bu iş çox az pula başa gələr. 



Q u l u. Ağa Niyaz bəy sizi görmək istəyir. 

Y u s i f   (təəccüblə). Niyaz bəy? 

Q u l u. Bəli. 

Y u s i f (tərəfə). Pərvərdigara! Görəsən nə ittifaq üz veribdir. (Mizin üstünü 

təmiz edir. Quluya tərəf.) Ay gədə, oraları  yığışdır, de, buyursun. (Qulu dişqarı 

çıxır.) 


P  ə r z a d (durur). Mən də gedim, salamat qal. Amma dediyimi elə, 

cavansan, yazıqsan. (Gedir). 

Y u s i f   (kitabları duzəldir). Sağ ol! 

 

(Niyaz bəy daxil olur.) 



 

 

ON BİRİNCİ GƏLİŞ 



 

Niyaz bəy və Yusif. 

 

N i y a z  b ə y. Səlaməleyküm, Yusif bəy! 



Y u s i f. Xoş gəlibsiniz, əyləşin. (İkisi də əyləşirlər.) 

N i y a z  bəy. Yusif bəy! (Yusif xəcalətdən jepə baxır.) Mən çox təəccüb 

edirəm ki, bu vaxtadək siz öz dost-düşməninizi tanımırsınız....  Mənim burada 

sizinlə açıq danışmağım əbəsdir.... Ümidvaram ki, mən dediyimi başa düşərsiniz. 

Y u s i f (başı aşağı). Bəli.... 

N i y a z  b ə y. Amma, bağışlayınız, mən sizə nəsihət edirəm. 

Y u s i f. Niyaz bəy! Mən sizi başdan özümə böyük bilmişəm. Ona görə nə 

buyursanız, mən sizin qulluğunuzdan çıxmaram.... 

N i y a z  b ə y. Çox sağ ol, əzizim! Bu iş sizin üçün gərəkdir dərs olsun. 

Adam hər bivəfa adama çörək verib özünə rəfiq etməz. Yaxşı ki,  




Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə