Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

  

 

35



Yaxşı, bəs babamın əmisi sənin atanı bıçaqlayanda fikirləşmirdi ki, bunun balaları yetim qalacaq? 

Ya elə atanın özü Ağaverdiylə ağız-bağız verəndə sizi gözünün qabağına gətirmirdi? 

– Yox, gətirmirdi, nənəmin səsindəki qətiyyət bir az da artır. – Kişi ki, dar ayaqda külfətini

balalarını gözünün qabağına gətirdi, onları fikirləşdi, bil ki, ürəyinə qorxu yol tapar, istər-istəməz 

nəyisə güzəştə gedər, kiminsə qabağından yeyər, müxtəsəri kişilikdən çıxar, hörmətdən düşər. 

Həm də kişilik ayrı  şeydi. Sən hələ  uşaqsan, belə  şeyləri başa düşməzsən. Böyüyərsən, məktəbi 

qurtarandan sonra belüvə bıçaq qoyub məhələyə çıxarsan, onda hər şeyi özün başa düşərsən. O 

ki, qaldı dolanışıq məsələsinə, o vaxtlar Bakı camaatı bir ayrıydı. Kişi sinəsini güllə qabağına, 

qarnını  bıçaq üstünə verəndə fikirləşmirdi ki, o ölüb-eləsə külfəti ac qalacaq, çətinlik çəkəcək. 

Çünki arxayın idi, bilirdi ki, ailəsinin yükünü ya onu öldürən adamın yaxınları götürəcək 

boynuna, ya da bu adamın heç kimi yoxdusa, elə qohum-qonşu onun külfətinə kömək olacaq. 

Doğurdan da elə olurdu. O vaxtlar kişisi ölən, türməyə düşən ailələr o birilərdən yaxşı 

dolanırdılar.  Qohum-qonşu nə bişirirdisə, onlarçün də göndərirdi, nə alırdısa, bir dənə də onlara 

alırdı, çalışırdılar ki, tifillər yetim, yiyəsiz olduqlarını hiss eləməsinlər, adam arasında xəcalət 

çəkməsinlər, başıaşağı olmasınlar.  

– Nənə, bəs atan öləndən sonra sənin anan onunçün darıxmırdı? – Axmaq sualdı, əslində 

mən soruşmaq istəyirdim ki, anan atanı sevmirdi? Amma bunu dilimə gətirməyə  utanırdım. 

– Darıxmırdı. Abır-həyalı arvad kişiyçün darıxmaz. Nə özünküyçün, nə  də başqasıyçün. 

Ayıbdı belə şeylər. Ağıllı arvad gərək hər dəfə ərini, oğlunu, qardaşını harasa yola salanda gərək 

fikirləşsin ki, bəlkə elə axırıncı  dəfədi onu görürəm. Bəlkə kimiynənsə sözü çəp gəldi, vurub 

öldürdülər onu, ya özü kimisə yortub düşdü türməyə, ya maşın altında qaldı. Arvad gərək belə 

şeylərə hazır olsun. – Nənəm bir anlıq fikrə gedir, elə bil nəsə yadına düşür. Barmaqlarının 

arasındakı düyü dənələri də sanki onun nə deyəcəyini gözləyirmiş kimi hərəkətsiz dayanırlar. – 

Rəhmətlik anam həmişə deyərdi ki, bilirdim, kişi öz əcəli ilə ölməyəcək. Yaman dikbaş idi 

rəhmətlik, heç kimin qabağından yemirdi, söz götürmürdü, bir şey də olan kimi o saat özündən 

çıxırdı. – Nənəm ah çəkib başını qaldırardı. – Eh, ümumən, bir tayfanın,  şəhərin, kəndin 

kişilərinin ki, yarısından çoxu əllidən artıq yaşadı, bil ki, kişiliklərini itiriblər, biqeyrət olublar.      

– Mənim atamı kimsə öldürsəydi mən onu bağışlamazdım, Bakıda olmur, harda olur-

olsun, tapıb öldürərdim, ya da... - daha ağlıma bir şey gəlmir. 

–  Əcəb eliyərdin, nənəm gülümsünür, axı  sən də kişi qırığısan.  İnşaallah böyüyəndə,..- 

birdən nənəm tutulur, narazılıqla başını yellədir, – ...amma Bakı korlanır yavaş-yavaş, sən 

böyüyənəcən şəhərdə bəlkə heç kişilikdən, namus- qeyrətdən əsər-əlamət qalmadı, sən də dönüb 

oldun bu matişkələrin tayı. – Sonra qulaqlarımı  çəkərdi. Səndən uzaq, bala, səndən uzaq. Özü 

özünü inandırırmış kimi davam eliyərdi. - ...yox əşi, bizim nəsildən hələ matişkə çıxmıyıb, sən də 

olmazsan allahın köməyiylə… 

Nənəmlə belə söhbətlərim çox olardı. Hər dəfə də mən sual verməkdən bezib yorulandan 

sonra, nənəm taxçadan çörək qabını götürüb bir-iki fal qara çörək çıxarardı, üstünə pendir qoyub 

yavaş-yavaş yeyərdi və  mənim gözlərimlə verdiyim sonuncu, həm də  səssiz olan suala cavab 

verərdi ki, əmin bu saat türmədə, allah bilir, nə yeyir, bəlkə də heç nə yemir. Siz də deyirsiz ki, 

nöş xörək yemirsən. Bəs tifil balam türmədə ac oturandan sonra mənim boğazımdan tikə keçər? 

Babanla atan gülür mənə, bəlkə, elə  sən də ürəyində gülürsən. Ancaq mən bu quru çörəyi 

yeyəndə, elə bilirəm ki, türmədəki tifil balamın yanındayım, onunla bir yerdəyəm, onun 

yediyindən yeyirəm, onun içdiyindən içirəm.  Bu  qara  çörəkdən, elə bil, türmədəki balamın iyi 



  

 

36



gəlir burnuma. Nəzir demişəm, tifil sağ- salamat çıxsın qazamatdan, bir dənə qoyun kəsdirib 

yetim-yesirə paylıtdırım. Hə, ondan sonra cücə plov da yemək olar, küftə bozbaş da.  

– Nənə, bəs  əzizi türməyə düşən arvadların hamısı  sənin kimi eliyir? – Bu mənimçün 

doğrudan da maraqlı idi, yaşımın azlığına görə ora-bura çox  çıxmırdım, onunçün də Bakının 

adət-ənənələri mənimçün naməlum idi, gördüyüm ancaq öz həyətimiz, bir də qonum-qonşu 

ailələri idi. 

– Çoxu belə eliyir, - nənəm cavab verərdi, – düzdü, elənçiyləri var ki, elə-belə,  adət-ənənə 

xətrinə bu işi tutur,  qonşuların, tanışların yanında özünü gözə soxur ki, mən neçə ildi heç nə 

yemirəm, çünki ərim, ya oğlum türmədədi. Yəni göstərmək istəyir ki, mən öz əzizimi necə çox 

istəyirəm. Evdə tək olanda isə, eşşəkcə basıb yeyirlər.  

– Birdən sən də gizlində yeyərsən a, ay nənə? - Babam kimi mən də zarafata keçirəm, 

– Kopoyoğlu, sən də mənə sataşırsan? – Nənəm deyəsən azca hirslənir, – dur sürüş burdan, 

cüvəllağı, elə bircə sən qalmışdın…. 

Lakin mən durmazdım, gic gülmək tutardı məni, sonra nənəm də başlayardı gülməyə və 

gülə-gülə  də ayağa qalxıb işığı yandırardı, çünki söhbətə elə aludə olardıq ki, axşamın nə vaxt 

düşdüyünü də bilməzdik. Nənəm qaralmaqda olan havaya baxıb başlayardı köynəyinin qollarını 

çırmalamağa, dodağaltı  nəsə  mızıldanmağa, mən də anlayardım ki, artıq  şam namazının vaxtı 

çatıb, nənəm dəstəmaz almağa gedir. Sakitcə otaqdan çıxıb damımıza qalxardım,  əmimin uşaq 

vaxtı düzəltdiyi köhnə quşxananın yanında oturub Bakıya baxardım.  

 

          Elə dünyaya düşdük ki, qaralar  ağ yeyir – doymur, 



          Bacarsa öldürür,  öldürməsə sağ-sağ yeyir-doymur. 

 

          Düşübsə iblisin zindanına ruhun, əl üz ondan, 

          Elə zindandı bu hər gündə yüz dustaq yeyir-doymur. 

 

          Kiminə bir içim su, bir udumluq duz-çörək bəsdi. 

          Kim isə gündə bir dərya içir, bir dağ yeyir-doymur. 

 

          Nə qədri məzlumun ahın udur göylər, udur-bezmir, 

          Nə qədri canfəda mərdlər yeyir torpaq, yeyir-doymur. 

 

          Bu yandan bir vəfasız yar, o yandan rəhmsiz dövran; 

          Bu qansızlardı, Fəhmi, ömrümü ortaq yeyir– doymur. 

 

 

Əmim türməyə düşəndən sonra babam onun bütün göyərçinlərini məhəllə quşbazlarından 



birinə bağışlasa da, mən hər dəfə nənəmlə söhbətdən sonra gəlib bu boşalmış quşxananın dibində 

oturaraq, şəhərə baxanda qulağıma üç dörd il bundan əvvəl burada yaşamış köyərçinlərin civiltisi 

gələrdi. Keçmişdən gələn bu əcayib quş civiltisi və Sovetski deyilən yerdəki həyətimizin 

damından görünən Bakı axşamları məni tamam ayrı bir aləmə aparardı, nənəmin danışdıqları bir 

də gözümün qabağından keçərdi, onun üzünü görmədiyim atasını  təsəvvür edərdim, babamın 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə