Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   2   3   4   5   6   7   8   9   10   ...   44

  

 

15



silkələyərdi, ağaca dırmaşmış  fəqir balıqçılar da dəymiş tut kim ağacdan qopardılar və 

tökülərdilər aşağıda dayanıb ətəyini açmış əcəlin qucağına. 

Xəzriylə Xəzər həm də əcəlin köməkçiləridirlər. Bizim balıqçıların çoxu qırx-qırx beş ildən 

çox yaşamazdı. Bakıda qoca balıqçılara çox nadir halda rast gəlmək olar. 

Başqa ölkələrdə də balıqçılar tez-tez batır, lakin Bakıdakı qədər yox, çünki o tərəflərdə xəzri 

kimi vələdüzna yoxdur... 

Xəzərin balıqçılardan xoşu gəlmir. Səbəb isə məlumdur, bəlkə də naməlumdur... 

Xəzridən çox danışsaq da, gilavarın adını  çəkmədik. Bəlkə  də  eşitsə bu haqsızlıqdan 

inciyəcək, küsəcək, qaşqabağını sallayacaq. Lakin bir az düşünsə, bizi başa düşər. Atalarımız 

deyib: «igid atını  təriflər, müxənnətsə arvadını». Yəqin ki, Gilavardan ətraflı danışsaydıq, 

Xəzrinin xoşuna gəlməzdi, qəzəblənərdi. Çünki müxənnət deyil, namus-qeyrət məsələsinə bütün 

bakılılar kimi yaman həssasdı.      

 

 

Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri, 



Yəqin ki, axtarır hər yerdə ol güldən əsər xəzri. 

 

Rəva görməz özündən başqa bir kəs o gülə baxsın 

Onunçün gözlərimə gündə toz-torpaq ələr xəzri 

 

Necə gör bir sınıbdır qol-budağım, öylə bil ki, mən 

Açıqlıqda bitən tənha çinarəm, qəm-kədər xəzri. 

 

Səbanın istirahət vaxtı çatmışsa, zərər yoxdur,  

Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri 

 

Ayağın dəydiyi hər zərrə torpağı öpərdim mən, 

Götürüb qaçmasaydı məndən əvvəlcə əgər xəzri. 

 

Bir an da istəmir ki, səndən ayrılsın, onunçün də, 

 

 Bu yerlərdən kənara etməz heç bir vaxt səfər xəzri. 

 

Bu yanda Fəhmi tək aşiqlərin qalmış sənə həsrət 

O yanda çəkmiş ağuşa səni o bəxtəvər xəzri. 

 

 



Xəzridən həmişə  Xəzərin iyi, Xəzərdən isə  xəzridən başqa hər  şeyin iyi gəlir.  Ən çox da 

nöyütün. 

Nöyütün əsl adı, yəni elmi adı neftdir, bəlkə də tərsinə, neftin əsl adı nöyütdür. Allah bilir, 

hər halda bakılıların leksikonunda neft sözü olmayıb, ona görə  də ikinci variant həqiqətə daha 

yaxın görünür. Nöyütü bir zamanlar Abşeron torpağındakı çuxurlardan vedrə ilə yığıb satardılar 

qərib tacirlərə. Camaat nöyütlə lampa yandırardı, məşəl düzəldərdi, arabaların çarxlarını 

yağlayardı.  



  

 

16



100-120 il bundan əvvəl Rudolf Dizel adlı bir nemes alimi təzə növ mühərrik kəşf elədi ki, 

bu mühərrikin kerosinlə qidalanması nöyütə olan tələbatı artırdı. Kerasin nöyütün bir balaca 

təmizlənmiş formasıdır. Qozun qabığını  təmizləyib ləpəsini ayrıca satdıqları kimi, nöyütü də 

təmizləyib ondan alınan kerosini, benzini yedizdirirlər mühərriklərə. Müxtəsəri, o vaxtdan bəri 

bu mühərrik sahibləri düşdülər dünyanın canına, başladılar nöyüt axtarmağa, axtara-axtara gəlib 

çıxdılar Bakıya. Gördülər ki, paho, bura cənnətdi ki. Adamlar hətta tərliyəndə də, bədənlərindən 

neft damcılayır. Bu minvalla, buruq qoyub başladılar nöyütümüzü bala-bala kaçatdamağa. 

Buruqlar şprisə oxşayır. Elə bil, yekə bir dəmir şprisi soxurlar ana torpağın yumşaq yerinə, 

qara qanını sorurlar bayıra.   

Adam öz içindəki qara-qura xüsusiyyətləri çölə çıxardanda dost-tanış ondan üz döndərdiyi 

kimi, Bakı torpağı da içindəki qara nöyütü üzə  çıxaran kimi bitkilər, heyvanlar ondan yavaş-

yavaş üz döndərməyə başladılar.  Əvvəl taxıl zəmiləri  əkilib aradan çıxdı; xırman yerlərində 

buruqlar peyda oldu. Sonra quşlar yox oldular; Bakının, Abşeronun mərkəzindən qaçıb Xəzərin 

sahillərinə sığındılar. Ən axırda da Abşeronun ləpədöyənlərində şappıldaşan balıqlar sahillərdən 

qeyb oldular, çəkildilər dənizin dərinliklərinə. Səbəb də buydu ki, neftin emalı vaxtı yerdə qalan 

qara qura zibili utanıb qızarmadan axıdırdılar dənizə və sahil zolağının üzü qaralırdı, sanki suyun 

üzünə qara boya çəkirdilər. Dəniz dönüb olurdu fağır bir zənci balası.  

Dənizin üzü qaraldıqca bakılıların da üzü ağarırdı, balıqların da. Başlarının üstündə adətən 

günəşi, ayı görməyə adət etmiş balıqlar bir də onda xəbər tutdular ki, neftçilər onların da damını 

qırrıyıblar, beləliklə, balıqlar da dönüb oldu zənci balaları. Elə o səbəbdən də, utandığlarından baş 

götürüb getdilər dənizin ortalarına, aylı, günəşli və nöyütsüz yerlərə. Amma bədbəxtlər 

bilmirdilər ki neftçilər dənizin ortasında da onlardan əl çəkməyəcəklər. Bakıdakı nöyütü içib 

qurtarandan sonra, üz verəcəklər Xəzərin içərilərinə, orda da buruq qoyub başlayacaqlar suyun 

altında gizlənmiş nöyütü də içməyə  və yavaş-yavaş oralarda dolaşan balıqların da damını 

qırlayacaqlar. Bəli, balıqlar bunu bilmirdilər, bilsəydilər, ya o vaxtdan özlərini nöyüt içməyə 

öyrəşdirərdilər, ya da uçmağı məşq eliyərdilər. 

Bakı  ətrafı meşələrə söz ola bilməz. Bir hissəsi  əncirliklərdi, bir hissəsi üzümlüklər, bir 

hissəsi də buruqluqlar. Qəribə  də olsa, Bakı  əncirindən, üzümündən nöyüt iyi gəlmir. Heyif, 

gərək gələydi,  əncirin içindən də nöyüt çıxsaydı  işimiz lap fısqırıq olardı. Onu da yığıb küt 

satardıq əcnəbilərə. 

Nöyütü  əvvəllər arabayla daşıyırdılar, eynən  əncir-üzüm kimi, sonralar kiminsə  ağlına 

gəldi ki, dəmir borulardan istifadə eləmək daha sərfəli olar. Elə  də elədilər. Mədənlərdən, 

zavodlara, zavodlardan limanlara borular çəkildi. Bakı tarixinin səthi qoca kişilərin  əlləri kimi 

damar-damar oldu. 

Bundan sonra nöyüt aşağıdakı marşrutla hərəkət etməyə başladı: yerin içindən sürünürdü 

yuxarı, yəni, mədənlərin rezervuarına, ordan da qaça-qaça gedirdi neftayırma zavoduna, limana, 

nəhayət gəmilərə dolub üz tuturdu uzaq-uzaq məmləkətlərə. 

 Bu  uzun  marşrutun son nöqtəsi xaricdəki müxtəlif maşınların, gəmilərin mühərrikləri 

olurdu ki, onlar da nöyütümüzü həzm-rabedən keçirərək bir topa tüstüyə döndərib buraxırdılar 

havaya. 


O vaxtlar nöyütün marşrutu bizim bir çox cavanlara da maraqlı göründüyündən maddi 

vəziyyəti imkan verənlərin çoxusu onun yoluyla getdilər. Yəni, burdan qaça-qaça getdilər əcnəbi 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə