Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə166/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   162   163   164   165   166   167   168   169   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
140 
Aparılan tədqiqatlar nəticəsində maleinləşdirilmiş PP və əsas zəncirdə dördlü azot atomu olan 
polimerlə modifikasiya edilmiş gildən istifadə edilərək yüksək fiziki-mexaniki göstəricilərə və asan istismar 
xassələrinə malik kompozisiyalar alınmışdır. 
H-MORDENİT KATALİZATORU İŞTİRAKINDA 1-NAFTOLUN METANOLLA 
ALKİLLƏŞMƏ REAKSİYASININ TƏDQİQİ 
 
Vəliyeva G.R. 
Sumqayıt Dövlət Universiteti 
 
1-naftolun metanolla alkilləşmə reaksiyasında istifadə olunan seolitlərdən Y və onun modifikasiya 
olunmuş növləri və alüminium oksidi aşağı aktivlik və selektivlik göstərmiş və naftolun yox naftalinin bəzi 
metil törəmələrinin alınmasına şərait yaratmışlar. 
İlk dəfə olaraq bu reaksiyada mordenit katalizatorunun istfadəsi praktiki nəticələrin alınmasına səbəb 
olmuş və bu növ katalitik sistemlərin modifikasiyası istiqamətində tədqiqatlar davam etdirilir. 
Məruzədə seçilmiş H-mordenit və su buxarı iştirakında 1-naftolun metanolla alkilləşmə reaksiyasının 
tədqiqinin nəticələri verilir. Dealüminiumlaşmış H-mordenitdə silisium oksidinin alüminium oksidinə olan 
mol nisbəti 10 – 32 olmuşdur. Tərpənməz laylı katalizatoru olan reaktorda aparılmış təcrübələrdə temperatur 
320-340
o
C həcmi sürət 1.0 st
-1
,1-naftolun metanola və suya olan mol nisbəti 1:4:4 götürülmüşdür. 
H-mordenitdə modulun qiymətindən asılı olaraq alkilatların tərkibində ciddi dəyişikliyin olmadığı 
müşahidə olunsa da alınan məhsullararın çıxımında gözə çarpacaq dəyişikliyin baş verdiyi üzə çıxır.
Proses zamanı alınan məhsullara 1-metoksinaftalin, 2-metil- və 4-metil-1-naftollar, naftalinin metil 
homoloqları və okso birləşmələr aiddir. Katalitik prosesdəki əsas çevrilmələri aşağıdakı sxem ilə ifadə etmək 
olar: 
Aşağı temperaturda (320
o
C) və modulu 10 olan H-mordenit iştirakında alınan 1-metoksinaftalinin 
selektivliyi 9.0%, həmin temperaturda modulu 24 olan seolitdə 11.0%, x=32 olan H-mordenit iştirakında isə 
13% olur. Başlanğıc xammalda suyun olması bu göstəricilərin xeyli artmasına səbəb olur. Belə ki, x=10 olan 
halda 11.5%, x=24 olduqda 15.0%, H-mordenitdə dealüminiumlaşma daha dərin aparıldığı halda isə 19.5% 
təşkil edir. Alkilləşmə prosesini su buxarı iştirakında apardıqda mordenitdəki modulun artması alınan 2-
metil-1-naftolun selektivliyinə aşağıdakı kimi təsir edir. 320
o
C-də modulu 10 olan seolit iştirakında alınan 2-
metil-1-naftolun selektivliyi 68.5%, x=24 olduqda 72.5%, silisium oksidin alüminium oksidinə nisbəti x=32 
olan H-mordenit iştirakında isə 73% olur. 
Temperaturun 340
o
C-yə qaldırılması və modulun 10-dan 32-yə artırılması 1-metoksinaftalinə görə 
selektivliyin 5.1%-dən 3.1%-ə azalmasına, 2-metil-1-naftolun selektivliyinin isə 70.5%-dən əvvəlcə 77.5%-ə 
(x=24) daha sonra 79.1%-ə qalxmasına səbəb olur. Su buxarının başlanğıc qarışıqda olması bütün hallarda 1-
naftol və metanolun parsial təzyiqlərinin azalmasına və katalizator səthi ilə kontakt vaxtının aşağı düşməsinə 
səbəb olur. Bunun nəticəsində prosesdə 1-naftol və metanolun konversiyasının azalması və yan çevrilmələrin 
məhdudlaşması müşahidə olunur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə