Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə165/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   161   162   163   164   165   166   167   168   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
139 
Аnоd ilə каtоd аrаsındакı məsаfə 4:1 nisbəti кimidir, dаhа dоğrusu аnоd bir каtоddаn digərinə nisbətən 4 
dəfə аrаlı yеrləşir. İstifadə olunan elекtrоlitin həcmi 100 ml götürülür. 
Cərəyаn sıхlığının 2.5-12.5 mА/sm
2
qiymətlərində tədqiq оlunаn məhluldа cərəyаnа görə çıхım 100% 
təşкil еdir. Оdur кi, cərəyаn sıхlığı аrtdıqcа məhlulun səpələnmə qаbiliyyəti аrtır, cərəyаn sıхlığının sоnrакı 
qiymətlərində каtоdun səthində hidrоgеnin аyrılmаsı ilə əlаqədаr оlаrаq cərəyаnа görə çıхım аzаlır, оdur кi, 
məhlulun səpələnmə qаbiliyyəti də аzаlır. 
Məhlulun tеmpеrаturu аrtdıqcа səpələnmə qаbiliyyəti də аrtır. Bu оnunlа əlаqədаrdır кi, tеmpеrаtur 
аrtdıqcа məhlulun еlекtriк кеçiriciliyi аrtır, bu dа каtоd cərəyаnının pаylаnmаsını аsаnlаşdırır.
Коllоid hissəciкlərin məhlulа əlаvə еdilməsi səpələnmə qаbiliyyətinin аrtmаsınа səbəb оlur.
MALEİN ANHİDRİDİ İLƏ MODİFİKASİYA OLUNMUŞ POLİPROPİLEN
ƏSASINDA NANOKOMPOZİTLƏRİN HAZIRLANMASI 
Vəliyev M.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Polimer materiallarının alınmasının perspektiv istiqamətlərindən biri kompleks xassələrə malik 
nanokompozitlərin hazırlanmasından ibarətdir. Adətən nanokompozitlər polimer matrisinə qeyri-üzvi 
nanohissəciklərdən ibarət əlavələrin daxil edilməsi ilə alınır. Belə nanohissəciklər kimi nanogili göstərmək 
olar. Nanokompozitlərin alınması probleminin həll edilməsində çətinlik üzvi hissə ilə qeyri-üzvi əlavələr 
arasında uyuşmazlığın mövcud olmasıdır.
Polipropilenin (PP) malein anhidridi (MA) ilə modifikasiyasından alınmış maleinləşmiş PP-dən 
kompatibilizator kimi istifadə etməklə onun və həmçinin doldurucunun miqdarının hazırlanmış 
nanokompozitlərin fiziki-mexaniki xassələrinin dəyişməsinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, 
hazırlanmış polimer nanokompozisiyalarının xassələri polimer-doldurucu sərhəddindəki qarşılıqlı təsirlə 
müəyyən olunur. Polimer-doldurucu sərhəddindəki qarşılıqlı təsiri tərəfimizdən hazırlanmış 
maleinləşdirilmiş PP-dən kompatibilizator kimi istifadə etməklə tənzimlədik. Belə ki, kompatibilizator 
polimer matrisi ilə doldurucu arasındakı qarşılıqlı təsiri gücləndirir, eyni zamanda o doldurucu kimi istifadə 
edilən gilin kompozisiyanın tərkibində artırılmasına imkan verir və nəticədə kompozisiyaların həm xassələri 
yaxşılaşır, həm də dəyəri aşağı düşür.
Aparılan təcrübi nəticələr əsasında müəyyən edilmişdir ki, hazırlanmış kompozisiyaların tərkibinə 
doldurucu kimi nanogilin daxil edilməsi onun təmiz PP-nə nisbətən ərimə temperaturunu artırır. Bundan 
əlavə doldurulmuş kompozisiyaların fiziki-mexaniki xassələrinin tədqiqi göstərdi ki, kompozisiyanın 
tərkibinə azacıq miqdarda (2mol %) doldurucunun daxil edilməsi onun qırılmada möhkəmliyini, sərtlik 
modulunu və termiki davamlılığını artırır. Belə ki, modifikasiya edilmiş PP-nin matrisindən və modifikasiya 
edilmiş gildən istifadə olunduğu halda alınan kompozisiyaların möhkəmlik göstəriciləri xeyli dərəcədə 
yüksəlir.
Müəyyən edilmişdir ki, hazırlanmış polimer kompozisiyalarının tərkibinə nanogilin daxil edilməsi 
onların şüşələşmə temperaturunun dəyişməsinə səbəb olur. Belə ki, şüşələşmə temperaturunun artması 
doldurucunun polimerin sərbəst həcmində yaxşı dispersiya olunmasına səbəb olur. Bu zaman hazırlanmış 
kompozisiyaların destruksiya temperaturu da artır və nəticədə kompozisiyanın tərkibinə əlavə olunan nanogil 
parçalanma zamanı əmələ gələn uçucu məhsullar üçün baryer rolunu oynayır.
Hazırlanmış kompozisiyaların termodinamiki tədqiqatlarının nəticələri göstərmişdir ki, nanodoldu-
rucuların kompozisiyaların tərkibinə daxil edilməsi ərimə temperaturunun entalpiyasını azaldır ki, nəticədə 
kompozisiyada kristallaşma temperaturu aşağı düşür.
Bu hal kristallaşma entalpiyasının təyini zamanı da müşahidə olunur. Belə ki, nanokompozitlərin 
kristallaşma entalpiyası ilkin PP-ə nisbətən aşağı olur. Bu onunla əlaqədardır ki, temperaturun təsirindən 
emal zamanı nümunələrin strukturlaşması baş verdiyindən onların kristallaşması üçün tələb olunan istilik az 
olur. Müəyyən edilmişdir ki, PP-ə nanogilin əlavə edilməsi onun istilikdən genişlənməsini azaldır. 
Göstərilmişdir ki, PP əsasında hazırlanmış polimer kompozisiya materiallarının xassələri fazalararası 
sərhəddəki qarşılıqlı təsirlə müəyyən olunur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə