Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə168/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   164   165   166   167   168   169   170   171   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
142 
HASİLAT QUYULARINDA QUYUDİBİ ZONANIN TƏYİNİ, TƏHLİLİ VƏ TƏNZİM 
OLUNMA YOLLARI 
 
Xəlilov Ə.E. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
asadkhalilov@gmail.com
 
Baxılan işdə quyu dibi zonasına təsiz edən əsas faktorlardan biri “skin faktor” öyrənilir. Bu faktorun 
təsiri nəticəsində baş verən əsas göstəricilərin artırıb və ya azaldılması praktiki nöqteyi nəzərdən mühəndis 
qarşısında dayanan əsas məsələlərdən biridir. Son dövrlərdə işlənmiş yataqlarda qazılmış quyularda və yeni 
istismara verilən laylarda qazılmış quyularda hasilatın azaldılması müşahidə olunur. Bu özünü ən çox sıxlığı 
və özlülüyü çox olan neft yataqlarında daha çox göstərmiş olur. Belə ki, təzyiqin və temperaturun lay üzrə 
azalması neftin tərkibinin ağır fraksiyaların ayrılmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu zaman quyu 
dibi zonasının ətrafında yeni bir zona yaranır və “skin zona” deyirlər. Bu zonada keçiriciliyin azalması baş 
verir. Bəzi vaxtlarda bu keçiricilik çox kiçik zaman ərzində özünü göstərir. Bunun qarşısını almaq üçün 
əvvəlcə “skin faktoru” düzgün hesablamaq lazımdır. Bu faktorun qiymətinə əsasən quyu ətrafı zonada baş 
verən prosesi nəzərdə tutmaq və ona təsir etmək olar. Bu təsir üsulları çoxdur. Bunlara misal quyu dibi 
zonaya isti su ilə təsir, tursu ilə perforasiya vasitəsi ilə təsiri göstərmək olar.

Yeni yataqlarda qazılan quyularda da “ skin faktorun” təsiri çox böyükdür. Belə ki, qazma zamanı 


quyuda hidrostatik təzyiqin böyük olması nəticəsində, gilli məhlulun bir hissəsi də laya daxil olur və bunun 
nəticəsində quyu dibi zonada keçiriciliyin layın ümumi keçiriciliyindən artması müşahidə olunur. Bu isə öz 
növbəsində hasilatın azalması yaranır. Deməli beləliklə hər 2 halda quyu ətrafı zonada yeni bir zonanın 
yaranması və yeni bir faktorun yaranması müşahidə olunur. 
Bəzi hallarda istirmar və qazma zamanı belə zonanın və ya belə faktorun əmələ gəlməsi bir çox 
parametrlərin dəyişməsinə səbəb ola bilər. Belə parametrlərə misal hasilatı, quyu dibi təzyiqi, keçiriciliyi və 
layda təzyiqin paylanmasını göstərmək olar. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə