Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə170/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   166   167   168   169   170   171   172   173   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
143 
Müəyyən edilmiş şəraitdə temperatur 370

, həcmi verilmə sürəti 0,5st və fenolun etanola mol 
nisbəti 2:1 olduqları halda 2-etilfenolun başlanğıc və çevrilmiş fenola görə çıxımları uyğun olaraq 36,5 və 
98% təşkil edir. Bu nəticələr bərk katalizatorlar iştirakı ilə qaz fazada fenolun etanolla alkilləşmə 
reaksiyasında birincilik xarakterli sayılır. 
ELEKTROD-ELEKTROLİT FAZA SƏRHƏDİNDƏ İON ÖTÜRÜLMƏSİ VƏ ANALİTİK 
KİMYADA TƏTBİQİ 
Zaməddinli N.X. 
Sumqayıt Dövlət Universiteti 
Dünyada, Avropa İttifaqında və eləcə də Azərbaycan Respublikasında ekologiyaya və texnologiyaya 
artan tələbat, texnoloji proseslərə operativ nəzarət və idarə olunması yeni növ analitik üsulların və 
yanaşmaların işlənib hazırlanmasını zəruri edir. Elektrokimyəvi analiz üsulu yekun keyfiyyətinə görə kobud 
dispers sensorlu və bahalı laboratoriya üsulları arasında yaxşı kompromisdir.
Son zamanlar elektrokimyəvi analiz üsullarının inkişafı bir neçə istiqamətdə üstünlük təşkil edir
onlardan biri də, elektrolit-elektrolit sərhədində ion cərəyanının qeydiyyatı hesabına klassik volt-
amperimetriyanın imkanlarının genişlənməsidir. İki qarışmayan elektrolit məhlulları sərhədində volt-
amperimetriya üsulu minimal qatılıqla qarışmaqla iki həlledici arasında ionların ötürülməsinin dönərliyinin 
nəzarətinə əsaslanır və ayrılma sərhədində yüklü hissəciklərin – ionların, elektronların fazalararası keçidi,
həmçinin uyğun ionoformla yüklənmiş ion komplekslərində həyata keçirilir. Verilmiş üsul necə ki, müxtəlif 
ionların dedektorlanmasına, o cümlədən, oksidləşmə-reduksiya aktivliyinə malik olmayan, eləcə də, bəzi 
üzvi birləşmələrə, ionlarına ayrılmayanların təyin olunmasına imkan verir.
İşin yerinə yetirilməsində əsas məqsəd iki sabit qarışmayan mayelər arasında mikroməsaməli 
membran hesabına fazalar ayrılmasında mikro-sərhəddə ion ötürülməsinin öyrənilməsi və onların əsasında 
yeni elektrokimyəvi vericilərin hazırlanması, texnoloji obyektlərdə və ətraf mühitdə təcrübi mövcud 
komponentlərin miqdarının ölçülərinin götürülməsidir.
İki qarışmayan fazalar ayrılmasında fazalar arasında ötürmə aspektinin öyrənilməsi iki səbəbdən 
diqqəti cəlb edir. Birincisi, iki qarışmayan fazalar ayrılmasında fazalar arasında ötürmə biomimetik 
yaxındırlar və həyati əhəmiyyətli mexanizmlərin başa düşülməsi üçün mümkün yanaşma kimi baxılır, 
fotosintez və mitokondrial tənəffüs kimi baxılır. İkincisi, kimya və sənayedə iki qarışmayan fazalar 
ayrılmasında fazalar arasında ötürmədə yüklərin ötürülmə hallarının təcrübi tətbiqinin geniş spektri 
mövcuddur, o cümlədən, ekstraksiyada, fazalar arası katalizdə, dərmanların çatdırılması sistemində
elektroanalizdə və müxtəlif biokimyəvi proseslərdə. 
Demək olar ki, verilmiş halda iki qarışmayan fazalar ayrılmasında fazalar arasında ötürmədə prosesin 
tədqiqi öz tədqiqatçıları tərəfindən elektrokimyanın sərbəst sahəsi kimi formalaşmış, davamlı problemlər və 
elm və texnologiya istiqamətlərində praktik tətbiq sahələri yaratmışlar.
İşlənmiş metodla təbii obyektlərdə və sənaye məhsullarında üzvi və qeyri-üzvi ionların volt-
amperometrik üsulla təyini nəzərdə tutulur.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə