Ministry of education of azerbaijan republic sumgayit state university


FENOLUN ETANOLLA ALKİLLƏŞMƏ REAKSİYASINA PARAMETRLƏRİN TƏSİRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə169/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   165   166   167   168   169   170   171   172   ...   579
magistr2021 3 2

FENOLUN ETANOLLA ALKİLLƏŞMƏ REAKSİYASINA PARAMETRLƏRİN TƏSİRİ 
 
Zakirli A.T. 
Sumqayıt Dövlət Universiteti 
 
Etilfenoların alınmasında etilləşmə prosesi daha çox istifadə edilir. Etilləşdirici agent kimi etanol daha 
effektiv sayılır. Etilfenolun fərdi izomerlərinin və izomer qarışıqlarının alınması üçün prosesə giriş 
parametrlərinin təsiri öyrənilmişdir.Bu zaman reaksiyanın əsas məhsulu 2-etilfenolundur. Alkilatlardan 
fenetola, etilefirinə, 3-etil və 4-etil fenol qarışığına 2,6 dietilfenola, 2-5 dietil fenollara da rast 
gəlinir.Temperatur 370

-yə qaldırıldıqda 2-etil fenolun selektivliyi 87,6% təşkil edir. 370

-də verilən 
xammalın həcmi sürətinin reaksiyanın göstəricilərinə təsiri də öyrənilmişdir. Məlum olmuşdur ki, 2-etil 
fenola görə reaksiyanın selektivliyi ən yüksək qiymətə ( 98%) fenolun etanola nisbətən ikiqat parsial 
təzyiqinin artırılması arzuolunmazdır. 
Dəmir ferrit katalizatorunun sabit işinə müxtəlif durulaşdırıcların təsiri də öyrənilmişdir. Bunun üçün 
fenolun etanolla alkilləşmə reaksiyası,azot,su buxarı və hidrogen iştirakı ilə tədqiq edilmişdir. 
Bu nəticələrin təhlili göstərir ki, azotun durulaşdırıcı kimi istifadəsi zaman fenolun etanolla alkilləşmə 
reaksiyasını daha da yuxarı texnoloji göstəricilərlə həyata keçirməyə imkan verir. Ancaq bu halda dəmir 
ferrit katalizatorunun sabit işinin müddəti durulaşdırıcı olmayan haldakı kimidir. 
Azot və su buxarı iştirakı ilə tədqiqatlarda alkilləşmə reaksiyasının məqsədli məhsula görə aşağı 
selektivliklə (78,8%) baş verməsi müşahidə olunmuşdur.Bu durulaşdırıcalardan fərqli olaraq alkilləşmə 
reaksiyasının hidrogen iştirakı ilə həyata keçirilməsi daha məqsədə uyğundur. 
Dəmir ferrit katalizatorunun hidrogen iştirakı ilə fenolun etanolla alkilləşmə reaksiyasında istifadəsi 
yüksək texnoloji göstəricilərin əldə edilməsi ilə yanaşı bu reaksiyanın uzun müddət fasizləsiz həyata 
keçirilməyə imkan verir 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə