Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə406/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   402   403   404   405   406   407   408   409   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
342 
Azərbaycanda katolik icması 1999-cu ildə dövlət qeydiyyatına alınmış, 2000-ci ildə kilsə üçün bina 
ayrılmış, birqədər sonra Roma katolik kilsəsi inşa edilmişdir.
2002-ci ilin mayında Bakıda səfərdə olan Roma katolik kilsəsinin başçısı II İohann Azərbaycanda 
mövcud dövlət-din münasibətlərini yüksək qiymətləndirərək Azərbaycandakı dinlər arasında mövcud olan 
tolerantlıq və dözümlük münasibətlərini dünyanın bir çox ölkələri üçün yaxşı nümunə kimi dilə gətirmişdir. 
Udin dini icması 2003-cü ildə dövlət qeydiyyatına alınmış, dini icmaya məxsus tarixi abidələrin bir 
qismi, o cümlədən Kiş alban kilsəsi yenidən bərpa olunmuşdur. Təəssüflər olsun ki, Azərbaycanın işğal 
edilmiş torpaqlarında Ermənistan tərəfindən tarixi, mədəni və dini irs məhv edilmiş, UNESCO-nun 
konvensiyaları kobud şəkildə pozulmuşdur. Bütün dünya Azərbaycanın milli-mədəni irsinin incilərinin, 
maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edilməsinin şahidi oldular və bu vandalizm 
aktından şoka düşdülər. Erməni saxtakarları Azərbaycan ərazilərini işğal etdikdən sonra bir-ikisi istisna 
olmaqla bütün məssidləri dağıdıb yerlə-yeksan etmiş,128 alban məbədini (Amaras, Ağoğlan, Xotavəng, 
Gəncəsər və s.) və rus kilsəsini qriqoryanlaşdırmış, onların interyerində və eksteryerində dəyişikliklər 
aparmış, qalalara və digər tarixi mədəniyyət abidələrinə xaç şəklini həkk etmişlər. İşğaldan azad edilmiş 
rayon və şəhərlərin bərpa planında dini –mədəni abidələrin rekonstruksiyası əsas yer tutur. Bu, dövlətimizin 
dini siyasətində tolerantlıq və multikulrualizmin bariz nümunəsidir. 
Azərbaycanda tolerantlığa aid qeyd olunan faktlar ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin 
yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik azlıqların 
hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, xüsusi önəm verdiyini 
göstərir. 
Azərbaycanda tolerantlıqla bağlı yuxarıdakı faktlar göstərir ki, ölkəmizdəki bütün dinlər üçün bərabər 
şərait yaradılıb, tolerantlıq yüksək səviyyədədir, hökumət bütün azsaylı xalqların və etnik azlıqların 
hüquqlarına hörmət edir, onların dini-mədəni irsinin qorunub saxlanılmasına və öyrənilməsinə xüsusi 
əhəmiyyət verir.
Dövlətin din siyasəti qarşısında duran əsas vəzifəsi bu zəngin dini-məsdəni irsi qorumaq və gələcək 
nəsillərə çatdırmaqdır. Dözümlülük dünyanın bir çox ölkəsinin həsəd apardığı, Azərbaycanın isə 
əvəzolunmaz milli və mənəvi sərvətidir.
Ulu öndər H. Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin qorunması və inkişafı 
sahəsində aparılan işlər Prezident İ. Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Prezident İlham 
Əliyev tərəfindən həyata keçirilən din siyasətinin əsasında tolerantlıq durur. Respublikamız BMT, İƏT, 
ATƏT, AB, AB və digər nüfuzlu beynəlxalq təşkilatlarda dini etiqad azadlığı ilə bağlı qəbul edilən bütün 
qərarları daim dəstəkləmişdir. Tolerantlığın qorunması və təşviq edilməsi sahəsində qəbul edilmiş 
konvensiyalara (Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Çərçivə Konvensiyasına, YUNESKO-nun
“Mədəni özünüifadə müxtəlifliyin qorunması və təşviqinə dair” Konvensiyasına və i.a.) qoşulmuşdur. 
Azərbaycan Respublikasında etnokonfessional mühitin mövcudluğu və dövlətimizin tolerantlıq 
siyasəti sahəsində qazandığı uğurlar xarici ölkələr tərəfindən tanınır, etiraf olunur və təqdir edilir. 
Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinə maraq gündən - günə artmaqdadır. Xarici ölkələrdə bir çox 
beynəlxalq nüfuzlu siyasətçilərin və dövlət xadimlərinin təsdiq etdiyi kimi, ölkəmiz böyük həcmdə 
keyfiyyətli neft və təbii qaz ixrac etməklə yanaşı, tolerantlığı da dünyada böyük uğurla təbliğ etməkdədir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə