Ministry of education of azerbaijan republic sumgayit state university


TÜRKİYƏ-İRAQ MÜNASİBƏTLƏRİNDƏ ENERJİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə408/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   404   405   406   407   408   409   410   411   ...   579
magistr2021 3 2

TÜRKİYƏ-İRAQ MÜNASİBƏTLƏRİNDƏ ENERJİ 
Cavadlı A. A.
 
Naxçıvan Dövlət Universiteti
E-mail:
 
aysucavadli.bm@gmail.com
 
Türkiyə regionda inkişaf edən sənayesi və sahib olduğu əhali sayı baxımından böyük miqdarda 
enerjiyə ehtiyacı olan bir ölkədir.
 
Belə ki Türkiyə gedərək artan enerji ehtiyacı və enerji təhlükəsizliyi 
baxımından enerji qaynaqlarında çox şaxəliliyi təmin etməyə çalışmaqdadır.
 
Tələb olunan enerjini 
qarşılamaq üçün Türkiyənin enerji təchizatı konteksində müxtəlifliyi təmin etməsi və bir neçə ölkədən 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
344 
asılılığı aradan qaldırması mühümdür. Buna görə də Bağdad həm sahib olduğu neft quyularından, həm də 
təbii qaz ehtiyatlarından dolayı Türkiyə üçün əhəmiyyətli bir enerji altenativi olaraq dəyərləndirilə bilər. 
Türkiyə ilə İraq arasındaki enerji münasibətləri çox dərin bir tarixə malikdir. Qeyd olunan münasibətlərə son 
illərdə yeni bir aktor olaraq İraq Kürd Regional Rəhbərliyi (İKRR) daxil olmuşdur. Bu mövzu konteksində 
Ankara, Bağdad və Ərbil arasında mürəkkəb 3 tərəfli münasibətin meydana gəldiyini demək olar.

İraqda neft aşkar edildikdən sonra regiona gələn ingilislər XX əsrin əvvəllərindən etibarən Kərkük 
bölgəsində yerləşən nefti Hayfa limanı vasitəsilə ixrac etməyə başlamışdılar. XX əsrin otralarından etibarən 
İraqın Bəsrə bölgəsinə yaxın yerlərdə kəşf olunan neft ehtiyatlarının Bəsrə limanı vasitəsilə daha rahat 
şəkildə ixrac edilməyə başlaması Şimalda yerləşən ehtiyatların uzun müddət ikinci plana atılmasına səbəb 
olmuşdur. Türkiyə ilə İraq arasındaki enerji münasibətləri 1970-ci illərin əvvəlində inkişaf etməyə 
başlamışdır. İki ölkə arasında 1973-cü ildə imzalanan müqavilə ilə əsası qoyulan İraq-Türkiyə Xam Neft 
Boru Xətti İraqın şimalında yerləşən Kərkükün yenidən enerji sahəsində əhəmiyyətini artırmışdır. 
Digər bir tərəfdən Türkiyə ilə İraqın şimal bölgəsində yerləşən Kürd rəhbərliyi arasındaki enerji 
münasibətləri Körfəz savaşı səbəbilə zəifləmişdir. Bu dövrdə Kərkük-Yumurtalıq neft boru xəttinin 
bağlanması ilə qeyd olunan bölgədən Türkiyəyə tankerlərlə neft ixracı səbəbi ilə tərəflər yeni bir münasibət 
tərzi inkişaf etdirməyə başlamışdır. Bu çərçivədə əvvəlki dövrlərdə iki aktor arasında daha çox PKK ilə 
mübarizə kimi təhlükəsizlik məsələləri ilə bağlı inkişaf edən münasibətlərə ilk dəfə olaraq fərqli bir 
aspektdən yanaşılmışdır. Digər tərəfdən Şimali İraqdaki Kürd qrupların muxtariyyət əldə etməsi və regionda 
əhəmiyyətli miqdarda neft və təbii qaz ehtiyatlarının aşkar edilməsi enerji baxımından münasibətləri yenidən 
formalaşdırdı. Həmçinin 2010-cu ildən etibarən Türkiyədə münaqişələrin dayandığı və PKK-nın sözdə 
atəşkəs elan etdiyi dövrdə enerji məsələsi Türkiyə ilə İKRR arasındaki münasibətlərdə dinamik bir dönüş 
nöqtəsi kimi dəyərləndirilə bilər. Bununla yanaşı xüsusilə Türk podratçı firmaların İKRR-dəki 
rəhbərliyindəki enerji sektorunun inkişafında mühüm bir faktor olması da nəzərə alınmalıdır. Belə ki 
Bağdaddan Ərbilə büdcə payı və birbaşa xarici investisiyalar , ticarətdən gələn neft və təbii qaz gəlirlərinin 
Şimali İraqdaki iqtisadi böyümənin səbəbi olduğu da bir həqiqətdir. İraqın şimalında olan neft qaynaqları 
İraqın ümumi neft ehtiyatının sadəcə 1/10-ni təşkil etsə də regiondakı ölkələr baxımından dəyərləndirildikdə 
bu miqdar olduqca əhəmiyyətlidir. Kərkük və Ərbil regionunda kəşf edilmiş neft qaynaqlarının, OPEC üzvü 
Ekvadorda ya da Azərbaycandaki ehtiyatlardan daha çox olduğu fərz edilir. Eyni zamanda digər bir 
fərziyyəyə görə, İKRR-in istehsalı artırması gələcək illərdə neft gəlirlərinin 35 milyar dollarlıq bir səviyyəyə 
çatacağı da ehtimal edilir. 
ABŞ qoşunlarını İraqdan çıxardıqdan sonra Şimali İraq regionunda olan enerji qaynaqlarının istifadəsi 
ilə əlaqədar hüquqi tənzimləmələrin beynəlxalq aləmdə, xüsusilə regionda ön plana çıxdığı görülür. Xüsusilə 
Ərbil ilə Bağdad arasında mübahisəyə səbəb olan Neft və Təbii Qaz Qanunu İKRR rəhbərliyinin regiondaki 
enerji qaynaqlarının istifadəsi mövzusunda təşəbbüsü ələ alması üçün əhəmiyyətlidir. 2007-ci ildə bu 
Qanunun İKRR Məclisində qəbul edilməsi ilə birlikdə xarici enerji şirkətləri ilə bağlanacaq müqavilələrin və 
enerji ixracı mövzusunda atılacaq addımların atılması üçün hüquqi bir təməl qoyuldu.
Enerji mövzusunda İraqdaki tərəflərə baxıldıqda ümumi mənada hüquqi çərçivədə problemlər olduğu, 
digər tərəfdən Konstitusiyanın birmənalı olmasından qaynaqlanan qeyri-müəyyən bir şərait olduğu 
danılmazdır. Bu qeyri-müəyyənlik vaxt aşırı da olsa, Ərbil, Ankara, Bağdad üçbucağında gərginliyə səbəb 
olur. Digər tərəfdən ABŞ əsgərlərinin İraqdan çıxmasından sonra mərkəzi hakimiyyətin enerji ilə bağlı təsir 
dairəsini genişləndirdiyi, bu baxımdan İKRR-nin iri neft şirkətləri ilə imzaladığı müqavilələrin hüquqi 
olmadığına dair tənqid edilən Bağdad hakimiyyəti tərəfindən tez-tez dilə gətirilir. Türkiyənin xarici 
siyasətində enerji mühüm bir amildir. Bu baxımdan İraqın qonşu ölkə olması və yaxın bir coğrafiyada 
yerləşməsi səbəbilə ayrı bir yerə və əhəmiyyətə sahib olduğu dəyişməz reallıqdır. Bu baxımdan yanaşıldıqda 
Ankaranın enerji sahəsindəki maraqlarının Bağdadda olduğu, digər tərəfdən Türkiyənin öz daxilində bir 
təhlükəsizlik probleminə çevrilmiş olan kürd məsələsi və İran ilə yaşadığı regional rəqabətdən dolayı 
ənənəvi xarici siyasətinin Bağdadda güclü bir mərkəzi hakimiyyəti qabaqlaması zərurətinin yaradır. 
Ankaranın İraqda hal-hazırda var olan boru xətləri ilə neft və ya tikilməsi nəzərdə tutulan daşıma xətləri ilə 
təbii qaz almağa başlaması Türkiyənin marketinq gücünü artıracaq, Azərbaycan Rusiya və İran kimi 
ölkələrə qarşı əlini gücləndirəcək.
İraqdan Türkiyəyə neft daşıyan boru xəttinin Yumurtalıq hissəsində tanker yükləmələri üçün istifadə 
olunan iki kilometr uzunluğunda bir liman mövcuddur. Bəhs olunan limandan 4 tanker ə petrol yükləməsi 
həyata keçirilir. Kərkük-Yumurtalıq boru xəttindən 1990-cı ildə 339 milyon 939 min barel neft Türkiyəyə 
daşınıb.İraq xam neftini Türkiyəyə daşıyan bu neft kəməri vasitəsilə daşınan neft miqdarı 2001-ci il 11 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə