Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə409/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   405   406   407   408   409   410   411   412   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
345 
sentyabrdan sonra regionda meydana gələn İraq müdaxiləsi gözləntiləri və 2003-cü ildə ABŞ tərəfindən 
başladılan İraq müdaxiləsi ilə 2002-2007-ci illər arasında Kərkük-Yumurtalıq xəttindən təmin edilən neft 
miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.Türkiyə eyni dövrdə daha çox Bakı-Tbilisi boru xəttindən istifadə 
etmişdir. Kərkük-Yumurtalıq neft boru kəməri sahib olduğu potensial baxımından dünya neft daşıma xətləri 
içərisində böyük bir əhəmiyyətə malikdir. Günümüzdə təhlükəsizlik artıq müasir anlayış kimi 
dəyərləndirilməkdədir. Keçmiş dövrlərdə yalnız siyasi və hərbi miqyasda ələ alınan təhlükəsizlik anlayışı 
qloballaşan dünya və tənqidi yanaşmaların da təsiri ilə 1980-ci illərlə birlikdə fərqli sektorları da içərisinə 
daxil edərək məna genişlənməsinə məruz qalmışdır.
 
TARİX TƏLİMİNİN İDRAKI ƏSASLARI 
 
Cəbiyev B.M. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
cev.murad@mail.ru 
 
İdrak prosesi şagirdin ətraf mühiti dərk edib, anlama hadisəsinə, eyni zamanda keçirilən yeni biliklərin 
öyrənilməsi prosesinin quruluşuna deyilir. Təlim prosesində yeni bilikləri şagirdlərə çatdırmaq, bu biliklərin 
beyində emal olunaraq praktikaya tətbiq edə bilmək üçün idrak ən mühüm amildir. İdrak prosesində şagird 
yeni biliklərə ən əsas görmə vasitəsi ilə, daha sonra isə eşitmə vasitəsi ilə yiyələnir. Alimlərin gəldikləri 
nəticəyə görə, biliklərin dərk olunması 90 faizi görmə (göz), 9 faizi eşitmə (qulaq), geridə qalan 1 faizi isə 
hiss etmə orqanlarının ( toxunma və.s) köməyi ilə həyata keçirilir. Buna görə də, təlim prosesində şagirdə və 
yaxud da tələbəyə hər hansısa bir mövzu, hadisə əyani formada nümayiş etdirilən zaman, paralel olaraq 
sözlərlə müşayiət olunmalıdır. Bu cür təlim metodu şagirdlərin yeni bilik öyrənmələrində daha effektli 
olacaqdır. İdrak prosesində beyin ən başlıca əhəmiyyətə malikdir ki, onun sayəsində öyrənilən biliklər sintez 
olunur.
İdrak prosesi üç mərhələdən ibarətdir: Yeni biliklərin verilməsi, qavrama-başa düşmə, tətbiqetmə.
1.Yeni biliklər verilən zaman şagirdin bilik və dünyagörüşü səviyyəsi nəzərə alınmalıdır ki, şagird 
bunları dərk edib mənimsəyə bilsin. Bu səbəbdən bu mərhələ təlim prosesinin ən əsas mərhələsidir. Burada 
şagird özü üçün yeni olan bilikləri seyr edərək qavrayır.
2. Bu mərhələdə şagird öyrənilən bilikləri əvvəlcə yadda saxlamalı, daha sonra beynində 
möhkəmləndirib, analiz və sintez etməlidir. Bütün bunlar şüurdan asılıdır. Anlama mərhələsinin ilkin forması 
şagirdə keçilən mövzunun nədən bəhs etdiyini başa düşməsidir. Misal olaraq, bir növ filmə baxan zaman, 
kitab oxuyan zaman, oyun oynadığı zaman ilkin başa düşdüyü forma kimi.
Qavrama mərhələsində müəllimin öhdəlikləri bu pillədə önə çıxır ki, müəllim öz növbəsində 
istiqamətverici, bir növ bələdçi, şagird isə tədqiqatçı rolunda çıxış edir. Bu şagirdin müəllim tərəfindən 
qarşısına qoyulacaq problemli vəziyyəti müstəqil formada həll etməsinə kömək edir. Bu mərhələ digər 
tərəfdən başa düşmə mərhələsidir. 
3.Şagird öyrəndiyi və başa düşdüyü bilikləri sonda praktikaya tətbiq etməlidir. Bundan öncəki iki 
mərhələnin nəticəsi bu mərhələyə bir başa təsir edir və şagirdin keçirilən mövzuya hazırlığını göstərir. Bu 
mərhələ idrak prosesinin ən əsas səviyyəsidir. Çünki indiyə qədər öyrənilən hər bir bilik mücərrəd xarakter 
daşıyırdı. İndi isə konkretləşir.
Bu mərhələdə biliklər mücərrəddən konkretə doğru dəyişir. Şagirdin bu mərhələyə qədər öyrəndikləri doğru 
ola da bilər, olmaya da bilər. Çünki mücərrəddir. İndi isə konkretləşdirilərək həll olunmalıdır. Təlim 
prosesində mücərrəddən konkretə keçmək bəzi məsələləri, çalışma və tapşırıqları həll etməkdən ibarətdir.
Bundan sora isə çalışma və tapşırıqlar daha çox həll edilərək əldə olunan biliklər möhkəmləndirilir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   405   406   407   408   409   410   411   412   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə