|
Ministry of education of azerbaijan republic sumgayit state universityAZƏRBAYCANIN TOLERANTLIQ ƏNƏNƏLƏRİmagistr2021 3 2AZƏRBAYCANIN TOLERANTLIQ ƏNƏNƏLƏRİ
Babanlı G.S.
Bakı Slavyan Universiteti
E-mail:
Gunelbabanli9@gmail.com
Bildiyiniz kimi, Azərbaycan qədim zamanlardan bəri müxtəlif dinlərin və dini cərəyanların
birgəyaşayış yeri olmuşdur. Azərbaycanda Zərdüştlükdən son böyük din olan İslam dininə qədər bütün dinlər
geniş yayılmışdır. Bu gün ölkəmiz bu dinlərin tarixi abidələrini və zəngin mənəvi irsini qoruyub
saxlamaqdadır.
Tarix boyu Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində
yaşayıblar. Azərbaycandakı mövcud dini icmalar arasında hər zaman güclü tolerantlıq və qarşılıqlı anlaşma
olub, milli, irqi və dini ayrı-seçkilik müşahidə olunmayıb. Fərqli dinlərə mənsub insanlar bir-birinə yaxın bir
ailə kimi yaşayırdılar, bu humanist ənənə bu günə qədər gəlib çatmışdır. Respublikamızda məscidlərlə
yanaşı, sinaqoqlar və kilsələr fəaliyyət göstərir və insanlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər.
Son vaxtlar ölkəmizdə yeni-yeni məscidlər, sinaqoqlar və kilsələr tikilir. Digər tərəfdən, dinlərə və
mədəniyyətlərə qarşı tolerant münasibət Azərbaycan xalqının humanist xarakterinin, xeyirxahlığının və xoş
niyyətinin parlaq ifadəsidir. Azərbaycanda son din olan İslamın yayılması da tolerantlılıq ənənəsinin
möhkəmlənməsinə müsbət təsir etdi. Qurani Kərimdə buyurulur: “Dində məcburiyyət yoxdur” (əl-Bəqərə,
256). İslam, insanların hər hansı bir dini zorla qəbuledilməsini dəstəkləmir.
Hal-hazırda Azərbaycan Respublikasında fərqli dinlərə mənsub insanlar eyni küçədə, eyni məhəllədə
və həyətdə qarşılıqlı hörmət şəraitində yaşayır və bir-birilərinin dini mərasimlərində fəal iştirak edirlər.
2001-ci ilin mayında Bütün Rusun Patriarxı II Aleksey Azərbaycana səfər etdi, Rus Pravoslav
Kilsəsinə baş kafedral kilsə statusunu verdi. Kilsənin təmiri Moskvanın azərbaycanlı iş adamı A. Qurbanov
tərəfindən həyata keçirildi və qısa müddətdə əsas kafedralda təmir işləri aparılaraq pravoslavların istifadəsinə
verildi. Kilsənin açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də iştirak etdi.
Hazırda Gəncədə bir, Xaçmazda bir və Bakıda üç pravoslav kilsəsi,Sumqayıtda bir məbəd vardır.
|
|
|