Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə401/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   397   398   399   400   401   402   403   404   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
338 
keçdiyini elan edir. Onların ardınca albanlar heç kimin hakimiyyəti altında olmamaq üçün ermənilərdən 
ayrıldılar və bundan sonra yunanlar ermənilərə irad tutdular ki, onların təşkil etdiyi kilsə strukturun da 2-ci 
(arxiyepiskop) və 3-cü (mitropolit) rütbələr boş qalmışdır. Beləliklə, erməni katolikosu Abraam 608-ci il 
Dvin kilsə məclisində 527-ci il uniyasının dağılması haqqında qərar çıxardı. Nəticə olaraq qeyd etmək 
istərdik ki, 551-ci ildə yenə də Dvində keçirilən kilsə məclisində gürcü kilsəsi öz əvvəlki mövqeyində 
qalaraq xalkedonçuluqda qaldı, erməni kilsəsi kimi Alban kilsəsi də Bizans imperiya kilsəsi ilə əlaqələrini 
tamamilə kəsərək hüquqi cəhətdən avtokefal kilsəyə çevrildi. 
VARŞAVA MÜQAVİLƏSİ TƏŞKİLATININ “PRAQA BAHARI”NA MÜDAXİLƏSİNƏ DAİR 
 
Ağazadə C.İ. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
Ceyhunaqazade99@gmail.com
 
 
İkinci dünya müharibəsindən sonra beynəlxalq münasibətlərdə iki siyasi sistemin – sosializm və 
kapitalizmin mübarizəsi başladı. Bu dövr Soyuq müharibə kimi səciyyələnir. Əsasən bu dövr Amerika 
Birləşmiş Ştatları və Sovet Sosialist Respublikalar İttifaqının qarşıdurması kimi başa düşülür. Hər iki 
fövqəldövlət hərbi , iqtisadi və siyasi sahədə bir-birindən üstünlük əldə etmək üçün təşkilatlar yaratmaq və 
digər dövlətləri bu təşkilatlara üzv etməklə üstünlük qazanmağa çalışdırlar. 1955 ci il may ayında SSRİ-nin 
başçılığı ilə Avropada mövcud olan sosialist ölkələrinin hərbi siyasi birliyinin yaradılmasını rəsmiləşdirən 
sənəd – Varşava Paktı imzalandı. Təşkilatın yaradılmasına səbəb olan əsas siyasi hadisə ABŞ tərəfindən 
Şimali Atlantika Müqaviləsi Təşkilatının yaradılması, Almaniya Federativ Respublikasının üzvlüyə qəbul 
olunması 
idi. 
Müqavilə SSRİ, 
Ruminya 
Sosialist 
Respublikası, 
Sovet 
Sosialist 
Albaniyası, Macarıstan, Almaniya Demokratik Respublikası, Polşa Xalq Respublikası, Ruminiya və 
Çexoslovakiyanın iştirakı ilə Avropada Sülh və Təhlükəsizlik üzrə Avropa Dövlətlərinin Varşava 
Toplantısında imzalanmışdır. Müqavilə giriş və on bir maddədən ibarət olmuşdur. Onun şərtlərinə 
və Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinə uyğun olaraq, Varşava Müqaviləsinə qatılan dövlətlər 
beynəlxalq münasibətlərdə təhdid və ya güc tətbiqindən çəkinməyi və hər hansı birinə silahlı hücum edilməsi 
halında 
hücum 
edilən 
dövlətləri 
təmin 
etməyi 
vəd 
edirdi.Varşava təşkilatının yaradılması nəhayət beynəlxalq münasibətlər sistemində ikiqütblü dünyanı 
formalaşdırdı. Təşkilat yarandığı ilk zamanlardan ən böyük strateji məğlubiyyətini aldı .
Belə ki, Təşkilatın rəhbərliyi Yuqoslaviyanı təşkilata üzv Qəbul edilməsini reallaşdıra bilmədi. Paktın 
çox millətli silahlı qüvvələrinin yeganə birgə işi 1968-ci ilin avqustunda Çexoslovakiyaya qoşun yeridilməsi 
idi. Sovet rəhbərliyi, Çexoslovakiya kommunistlərinin Moskvadan asılı olmayan bir daxili siyasət həyata 
keçirəcəyi təqdirdə, SSRİ-nin Çexoslovakiya üzərindəki nəzarəti itirəcəyindən qorxurdu. Hadisələrin belə bir 
məcraya yönəlməsi Şərqi Avropa sosialist blokunu həm siyasi, həm də strateji olaraq parçalamasına təhlükə 
idi. Sosialist bloku ölkələrində məhdud dövlət suverenliyi siyasəti, zəruri hallarda hərbi güc tətbiq edilməsi 
də daxil olmaqla Qərbdə " Brejnev doktrinası " adını aldı. Brejnev doktorinasına görə sosialist sisteminin 
hökm sürdüyü bir ölkədə kapitalizmin yenidən inkişaf cəhdləri təkcə bu ölkə üçün deyil, bütün sosialist 
ölkələri üçün təhdid idi. Döktrinaya görə bu cür həyati problemlərin həlli yalnız o ölkəyə həvalə edilə 
bilməzdi və silahlı müdaxilə də daxil olmaqla hər yolla aradan qaldırılmağa çalışılırdı. Mayın 8-də 
Moskvada SSRİ, Polşa, Şərqi Almaniya, Bolqarıstan və Macarıstan liderlərinin qapalı görüşü keçirildi və 
Çexoslovakiyadakı vəziyyətlə əlaqədar tədbirlər barədə səmimi fikir mübadiləsi aparıldı. O zaman da hərbi 
yolla həll təklifləri verildi. Bununla birlikdə, eyni zamanda, Macarıstanın lideri J.Kadar 1956-cı il 
təcrübəsinə istinad edərək Çexoslovakiya böhranının hərbi yolla həll edilə bilməyəcəyini və siyasi bir həll 
yolunun axtarılmalı olduğunu söylədi. İyul ayının sonunda Çexoslovakiyadakı hərbi əməliyyata hazırlıqlar 
tamamlandı, lakin onun keçirilməsinə dair son qərar hələ verilməmişdi. 16 avqustda Moskvada, Sov. İKP 
Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında Çexoslovakiyadakı vəziyyətin müzakirəsi keçirildi və 
qoşunların gətirilməsinə dair təkliflər təsdiq edildi. Əməliyyatın siyasi məqsədi ölkənin siyasi rəhbərliyini 
dəyişdirmək və Çexoslovakiyada SSRİ-yə sadiq bir rejim qurmaq idi.
Əməliyyatın hərbi hazırlığı Varşava Müqaviləsi ölkələrinin Birləşmiş Silahlı Qüvvələrinin Baş 
Komandanı, marşal I.I.Yakubovski tərəfindən həyata keçirildi . 21 avqust Varşava Müqaviləsi ölkələrinin 24 
bölməsi Çexoslovakiya ərazisindəki əsas obyektləri işğal etdi.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   397   398   399   400   401   402   403   404   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə