Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə399/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   395   396   397   398   399   400   401   402   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
336 
- Şagirdlərin tarix fənninin öyrənilməsi üçün bir çox fərqli müzakirələr etməklə bilik və bacarıqlarını 
təkmilləşdirmək mümkündür. 
Beləki, şagirdləri öyrənə biləcəyinə inanmağa təşviq etmək lazımdır. Qiymətləndirmə şagirdlərin 
motivasiyasına və özünə hörmətinə böyük təsir göstərir. Onları açıq, maraqlı tarixi suallarla həvəsləndirmək
və müvəffəq olmalarına kömək etmək üçün öyrəndiklərini sorğu-sual edilərək qiymətləndirməlidir. 
Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin siniflərinin dəyişdirilməsinə, yəni
sinifdən-sinfə ,bir təhsil səviyyəsindən digər təhsil səviyyəsinə keçirilməsinə təmin edir. 
Müəllimlərin şagirdlərə qiymətləndirmədə keyfiyyətinin ayrıca araşdırmaları, daha da aydınlaşması 
imkanı yaradır. 
Müəllim müzakirəsi zamanı moderator funksiyalarına aşağıdakılar daxildir: 
- Şagirdləri müzakirə məqsədinə yönəltmək. 
- Lazım ola biləcək yeni və ya daha dəqiq məlumatların verilməsi. 
- Rəy və faktları nəzərdən keçirmək, ümumiləşdirmək və əlaqələndirmək. 
Tarix üçün səviyyə təsvirləri bir il və ya əsas mərhələdə irəliləməni qiymətləndirərkən faydalı bir 
bələdçi və yoxlama siyahısı təmin edir. Bəzi məktəblər hər bir şagird üçün səviyyə təsvirlərinin surətini 
çıxarır və əsas mərhələdə müəllimlər hər şagirdin nailiyyətlərinə ən uyğun ifadələri vurğulayır.
DVİN KİLSƏ MƏCLİSİNİN QAFQAZ KİLSƏLƏRİNƏ TƏSİRİ 
 
Adgözəlova A.R. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
aliya.adigozalova@mail.ru 
 
Alban kilsə tarixinin indiyədək qaranlıq qalmış daha bir səhifələrdən biri Dvin kilsə məclisinin 
qərarları və onun Qafqaz kilsələrinə təsiri problemidir. 506-cı ildə digər Qafqaz kilsələri kimi monofizitliyi 
seçmiş Alban kilsəsi Abbasın dövründə və bəlkə də, ondan da əvvəl artıq diofizit cərəyanına doğru 
istiqamətlənərək mövqeyini dəyişmişdi. Bu hadisə istər, Bizans imperatoru I Yustinin dövründə (518-527-ci 
illər), istərsə də, ondan sonra Bizans taxt-tacına yiyələnmiş bacısı oğlu I Yustinianın hakimiyyəti illərində, 
551-ci il tarixli Dvin məclisinədək baş verə bilərdi. Gəncəli Kirakosun məlumatına görə, Yustinianın həyat 
yoldaşı Feodora monofizit idi və ərinə yalvarırdı ki, Bizansda hakim cərəyan kimi monofizitliyi bərqərar 
etsin. Lakin Yustinian, çox istəsə də, onu ölümlə hədələyən diofizitlərdən qorxduğu üçün bu niyyəti 
gerçəkləşdirməyə cürət etməmişdi. 
Uniya sazişi bağlanarkən erməni kilsəsinin monofizit, Alban kilsəsinin diofizit ola bilməsi tamamilə 
mümkün bir hal idi. Alban katolikosu Abbasın erməni katolikosundan aldığı məktub əsasında bir sıra xristian 
cərəyanlarının, o cümlədən, nestorianların nümayəndələrini Albaniya ərazisindən çıxartması o demək deyildi 
ki, Alban kilsəsi erməni kilsəsinin tabeçiliyində idi və ya hər iki kilsə eyni bir monofizit mövqeyində 
dururdu. Ölkədən qovulan xristian təbliğatçıları istər diofizitlərin, istərsə də monofizitlərin mübarizə 
apardıqları cərəyanları təmsil edirdilər. Abbasın katolikosluğunun ilk ilində (551-552-ci il) Alban kilsəsinin 
mərkəzi iqamətgahının Çoldan Bərdəyə köçürülməsi haqqında “Alban tarixi” əsərində yer almış məlumat 
mütəxəssislər arasında fikir ayrılığına səbəb olmuşdur. Bu məsələyə dolaşıqlıq gətirən amil ondan ibarətdir 
ki, həmin hadisədən əvvəl III Vaçaqan tərəfindən çağırılmış Aluen kilsə məclisində Bərdə arxiyepiskopu 
Şupxalışo xatırlanmışdır. R.B.Göyüşov diqqəti belə bir mühüm cəhətə yönəldir ki, Aluen məclisi III 
Vaçaqan hakimiyyətə gəldikdən müəyyən qədər vaxt ötdükdən sonra çağırılmışdır. Beləliklə, Aluen kilsə 
məclisinin dəqiq tarixi hələlik qəti müəyyənləşdirilmiş hesab edilə bilməz. R.B.Göyüşov Alban kilsəsinin 
müxtəlif iqamətgahları haqqında dolaşıq fikrə belə aydınlıq gətirir ki, əvvəlcə Bərdədə yerləşmiş mərkəzi 
iqamətgah təqribən 510-cu ildə Çola köçürülə və 552-ci ildə yenidən Bərdəyə qaytarıla bilərdi. Lakin alban 
müəllifi Mxitar Qoş arxiyepiskop Şupxalişodan əvvəl alban katolikosları olmuş I Zakariya, I David, I İoann 
və Yeremiyanın iqamətgahının Çolda yerləşməsi haqqında məlumat vermişdir. Bunu nəzərə alsaq, 
iqamətgahların əvəzlənməsi aşağıdakı ardıcıllıqla cərəyan edə bilərdi: Çol - Bərdə - Çol - Bərdə. 
Eyni zamanda güman etmək olar ki, 552-ci ilə kimi Bərdədə, ümumiyyətlə, Alban kilsəsinin 
iqamətgahı yerləşməmişdir. “Alban tarixi” əsərindən məlumdur ki, Aluen məclisinə arxiyepiskop Şupxalişo 
yox, Cəsur Vardan sədrlik etmişdir. F.C.Məmmədova qeyd edir ki, Yunan kilsə iyerarxiyasına görə, 
arxiyepiskop kilsə rəhbəri patriarxdan aşağıda duran ikinci dərəcəli müstəqil rütbə (vəzifə) idi. Məhz Dvin 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə