Mir Mehdi Xəzani Qarabağ tarixi


Daha sonra isə həmin dövrdə Qarabağın sərhədlərindən bəhs edilir



Yüklə 2,89 Mb.
səhifə2/6
tarix20.06.2022
ölçüsü2,89 Mb.
#89817
1   2   3   4   5   6
Mir Mehdi Xəzani

Daha sonra isə həmin dövrdə Qarabağın sərhədlərindən bəhs edilir:

  • Şimdi Qarabağda sərhəd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin  körpüsünün ta Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə (kimi).  Şərqiyyən Kür suyudur. Qərbiyyən kühüstanatü-əzimi-Qarabağdır ki, Köşbək və Salvartı və Ərikli dağlarıdır. Şimalda, Gəncə ilə Qarabağın sərhədi Göran  çayıdır.

Muğan qurultayı ilə Nadirin şah elan edilməsinə Qarabağlıların narazılığı:

  • Haman vaxtlarda  Gəncə xanı Ziyadoğluları pünhan və aşkar çox səy və təlaş edirdilər ki,  Səfəviyyə nəslindən qeyri heç kəs kimsə əcnəbilərdən İrana şah olmasın və sair  əsnafi-biganə balişi-səltənətə söykənməsin. Bunların bu gunə fıkir və təlaşın  tamam Nadir şaha xəbər aparmışlar. Elə ki Nadir padişah oldu və təxti-səltənətdə qərar qıldı, Ziyadoğlular nəzərdən düşüb, Nadir şahın məğzubi oldular və əz bəs  ki, ocaqi-əzim və dudmani-qədim var idilər, o səbəbə görə bunlara qeyri-tənbeh  və siyasət rəva görməyib həmin məratib və mənasiblərin və nemət və təvabelərini alıb əfsurdəhal və məqsurulcəlal etdi.

Nadirin onları cəzalandırması:

  • Belə ki, Qazax Borçalını ki,  ilati-mötəbər idilər, xəvaniləri ilə Gürcüstan valisinə təfviz etdi və Qarabağın  ilatın ki, Kəbirli və Cavanşir və Otuziki ola, sürüb Xorasana aparıb Sərəxs  torpağında məskun etdi. Xəmsə əraminə mahalların dəxi alıb, mütləqül-inan qılıb  buyurdu ki, lazım olan mühümmatlarını vəqti-ləvazimdə özləri əlizəcat ilə məzuri-pişgahi-hüzur etsinlər.

Qarabağa uğursuz yürüşündən sonra Hacı Çələbi, Pənahəli xan haqqında:

  • Yolda Hacı Çələbi ki, Şəki hakimi idi, bu sözü dedi: “Həqiqət Pənah xan, xan idi. Amma biz  ki, gəlib belə qayıtdıq, onu şah qayırıb getdik” və bir də dedi ki, “Pənah xan  şimdiyədək bir sikkəsiz gümüş idi. Amma bizim gəlib bu növ ilə qayıtmağımızla  ona sikkə vurub getdik”. Bu sözlər əhamünnas arasında şimdiyədək zərbülməsəl  olub qalmışdır

Şəkili Çələbi Xan

Qarabağ Məliklikləri barədə əsərdə yazılanlar:

  • Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar, çünki bu mahalati-məzkurə ədəd  heysiyyəti ilə beş olmağına görə Xəmsə deyiblər. Zira ki, ərəb dilində beş ədədə “Xəmsə” itlaq edirlər.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə