Mir Mehdi Xəzani Qarabağ tarixi



Yüklə 2,89 Mb.
səhifə3/6
tarix20.06.2022
ölçüsü2,89 Mb.
#89817
1   2   3   4   5   6
Mir Mehdi Xəzani

Dizaq mahalı haqqında:

  • şul mahalatdan birisi Dizaq mahalıdır və məlikləri  Məlik Yegan idi, əsilləri Loridən gəlmədirlər və keçmişdən ixtiyar sahibi  mötəbər məliklərdirlər. Xüsusən, mərhum Nadir şahın əsrində və onun səltənət  əyyamında çox tərəqqi və təmtəraq ilə olublar və Nadir şaha Məlik Yegan çox  şayəstə xidmətlər edib və ixlas və sədaqətlər zühura yetiribdir.

Dizaq məlikliyi ilə mübarizə:

  • Nadir şah ona çox  iltifat və nəvazişlər edib, həttadır ki, Məlik baba xitab edərmiş və şul Yeganın  övladı çox müddəti-mütəmadi Pənah xan ilə ədavətlər edib, yaği oldular. Çox zamanlar cəng və münaziə qıldılar. Aralarında uzun zamani-təvil və naireyi-qətl və atəşi-cidal-müştəil olub,  gahi qalib və gahi məğlub olub. Axırül-əmr Pənah xanın özünə və övladına  haqq-taala yarlıq edib, onlan məğlub və mənkub qıldılar və təsəllüti-tamam ilə qalib və faiq oldular. O nəsildən neçə nəfəri məqtul edib və neçə nəfəri dəxi  hifzi-bədəni lazım bilib, bəsti-darüləman imanə mültəği olub nicat tapdılar.

Vərəndə Məlikliyi

  • İkinci Vərəndə mahalıdır. Məlikləri Məlik Şahnəzərgillərdir ki, onların əsli  dəxi Göyçə nücəbalarındandır. Oradan fərar edib gəliblər və Qarabağın Vərəndə mahalında məlik və hökmran olublar. Məlik Şahnəzər Pənah xan əsrində çox  mütəməvvil və dövlətli və varlı idi. Əvvəl keyfıyyəti bu növdür ki, Məlik  Şahnəzərin əmisi Məlik Hüsü Vərəndə mahalında məlik idi. Məlik Şahnəzər bir  para səbəblər cəhətinə əmisi Məlik Hüsünü qətlə yetirdi və özü onun yerində məliklik məsnədində oturdu. Bu səbəbə görə tamam Xəmsə məlikləri onun bu  növ hərəkəti səbəbinə ona müddəi və düşmən oldular və onun dəf və rəfini  vəcheyi-hümmət qıldılar. Hamısı ittifaq edib, cəmiyyəti tamam ilə onun üstünə gəldilər. Pəs Məlik Şahnəzər dəxi Çanaxçı qəryəsində qala tərtib edib onlar ilə dava başladı. Məliklər qoşun ilə gəlib onu mühasirəyə saldılar. Səylər edib qalanı o dəfə almağı başarmadılar.

Vərəndə məlikliyi ilə mübarizə:

  • Məlik Şahnəzər ki, çox danəndə və sahibi-tədbir və huşmənd və zirək adam idi. Bu tədbir ilə müddəilərinə qalib oldu. Dəxi ondan  sonra Xəmsə məlikləri ona səmt getmədilər və müzahim və mütəərriz olmağa  cürət etmədilər. Əlhəqq, Məlik Şahnəzər həmişə oğlu Məlik Cəmşid ilə Pənah  xana və İbrahim xana sədaqətlər göstəriblər və onların yanında mənzuri-nəzəri- atifət olublar və heç vaxt xanlara bir ədavət və xəyanət etməyiblər. Hətta ki,  Məlik Şahnəzərin bir qızı Hurizad xanım İbrahim xanın kəbinli zövcəsi olub,  aralarında ülfət və sədaqət birlə qürabət həm hasil olmuşdu.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə