Mir Mehdi Xəzani Qarabağ tarixi



Yüklə 2,89 Mb.
səhifə5/6
tarix20.06.2022
ölçüsü2,89 Mb.
#89817
1   2   3   4   5   6
Mir Mehdi Xəzani

Çiləbörd Mahalı haqqında:

  • Beşinci Xəmsə mahallarından Çiləbörd mahalıdır. Məlikləri məlik  Allahqulugillərdir ki, onlar da əlhəqq qədimi-ocaq və sahibi-təmtəraq imişlər.  Əsilləri Mağavizdən gəlmədir. Gəlib Çarmıx qalasını ki, Tərtər çayının arasında  vaqedir, özlərinə məlaz və məskən qayırıb maliki bilistiqlal olublar və çox  şöhrətlər qılıblar. Belə ki, Nadir şah ilə Osmanlı dövlətinin sərəsgəri Abdulla  paşa Köprülü oğlu dava və müharibə etdilər. O davalarda Məlik Allahqulu çox  rəşadətlər göstərib və xidmətlər zühura yetirib. O səbəbə Nadir ona sultanlıq  verib.

Çiləbörd Mahalı və Qarabağ xanlığının münasibətləri:

  • Ancaq şul müddətdə Pənah xanın üstünə hər  kimsə ki, qeyri vilayətlərin xanlarından düşmənliyə gəlsə idi, onun yanında olub  və ona gəlib bələdlik qılıb, Pənah xan ilə dava edərdilər. Aqibətül-əmr heç bir  zad Pənah xana və İbrahim xana başarmayıb müzməhil oldular və Pənah xana  həqq-taala nüsrət verdi. Hamı mahalati-Xəmsə və ilati-Qarabağ küllən itaət və inqiyad qıldılar.

Pənahəli xanın Qarabağda Qalalar tikdirməsi:

  • Çün mərhum Pənah xan 1162-ci il hicridə1 Bayat qalasını təmir edib2 , dörd- beş il orada sakin olmuşdular. Baxıb gördülər ki, aran zəmindir, həmişə orada  oturub dolanmaq mütəəssir olur. Yay fəsli olanda ilat əhli dağlara gedib, uzaq  olurlar. Zərurət olanda onlara əl yetişmir. Ona görə məsləhət bilib Tərnəküt  qalasını ki, indi Şahbulaq adlanır, bina eylədilər. Pəs böyük çeşmə başında bir  bala tülənnək üstündə məzənnə edib, yaxşı mühəndis, peşə adamları ilə bir  böyük hasari-vəsi tərh edib uca yerdə qala tikib bazar və hamam və çarsu və məscid təmir etdirib və tamam ilat böyüklərinin sükunəti üçün evlər bina etdirib.

Şuşa qalasının tikilməsi:

  • Pəs əlacı vaqiə piş əz vüqu bayəd kərd(Hadisə olmadan tədbir görmək) babından lazımdır ki, bir yaxşı möhkəm və münasib  məkanda bir yaxşı məstəhkəm qala bina edək ki, əbədi və həmişəlik ola və ortalıq ola ki, aran və yaylaq, hər ikisi əldə ola. Bir tərəfi güşad ola ki, yaylaqda  onların qaladan xəbərdarlığı və əlləri üzülməyə və mütləğa qəvi olan düşmənlər  onu təxir etməyə qadir olmayalar və bu məsləhəti Məlik Şahnəzər bəygilə həmişə sədaqət və xeyirxahlıqda var idi, eylədilər. Onun məsləhəti və rəhnümalığı və səvabdidi ilə bu Şuşa qalasının binasına müsəmməm oldular.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə