Mir Mehdi Xəzani Qarabağ tarixi



Yüklə 2,89 Mb.
səhifə4/6
tarix20.06.2022
ölçüsü2,89 Mb.
#89817
1   2   3   4   5   6
Mir Mehdi Xəzani

Xaçın Məlikliyi barədə

  • Üçüncü Xaçın mahalıdır.  Qədimdən məlikləri Məlik Həsən Cəlalyan övladı olub və o nəsil aradan  gedəndən sonra bir müstəqil məlik olmayıb və hər vaxtda bir kimsəni məlik  ediblər. Ta Pənah xan əsrinədək və şul əsrdə Xaçın mahalında məlik Ulubab  nəvadəsi ixtiyar idi. Çün Pənah xan əzm-cəzm eylədi ki, əhaliyi-mahali-Xaçını öz itaətinə gətirsin. Əvvəl onlara təklif edib, dəvət eylədi. Elə ki gördü rahatlıq  ilə icabət və itaət qəbul etməzlər və ta quşmali-bəliq olmayınca rəftar ilə yol get- məzlər, ondan sonra süvarilər cəm edib onların qətlü qarətinə əl açdı. Əhaliyi- mahali Xaçın övzai bu növ mülahizə edib, Ballı qaya müsəmma olan məkanı ki,  bir möhkəm və qayətdə müstəhkəm məqam idi, özlərinə məlaz və mömən edib  və səngəri möhkəm qayırıb orada sığınaq eylədilər. Və yaxşı çabun olan  tüfəngçilərdən iki minə yaxın cəm edib mühəyyai-cədal və müdafiə oldular.

Xaçın məlikliyinin tabe edilməsi:

  • Pənah xandan şöylə növ  rəşadət və siyasət zühura gəldi ki, o tövr səb və möhkəm məkanda və şöylə düşvar dağın qülleyi-kuhda vaqe olan möhkəm səngərdə iki mindən ziyadə çabun tüfəngçini və sığınaqlarını dağıdıb, qətlü qarət edib şöylə kəllə-minarə tikdilər. Pəs tamami-xəlayiqi-ətraf xaif və hərasan olub məcmu ətrafın əhliləri və Xəmsə mahalının qalanları qorxuya düşüb, tamami Pənah xanı sayardılar. Dəxi  əhaliyi-mahali-Xaçm Pənah xana müti olub, bir dəxi tüğyan və üsyan təriqinə getmədilər və ondan sonra bir də təmərrüd və müxalifət xəyalı etmədilər. Bəd əz  an Xızınstanlı məlik Mirzəcanı onlara malik mənsub etdi ki, sonra onun oğlu  məlik Allahverdi və ondan nəvadəsi məlik Qəhrəman məliklik camından sərməst  oldular.

Talış mahalı barədə:

  • Dördüncü Talış mahalıdır. Əyyami sabiqdə məlikləri var idi, Şirvandan  gəlmə. Amma onlar münqəriz olub sonra məlik Usubgillər cülus etmişdilər.  Gülüstan qalasını məlik Usub təhdi-təsərrüfə gətirib orada sükunət ixtiyar  qılmışdılar ki, haman məlik Usubun orada ixtiyar və məlik olduğu illərdə Pənah  xan cülus edib, onlar ilə davaları başladı və axırda məlik Usub tənha əhdə eyləməyib Çiləbörd məliki Məlik Hatəm ilə həmdəstan və müttəfiq oldu və Pənah xan ilə cəng və davalar qıldılar. Dörd ilə müddəti çalışdılar və hərçi səy və guşiş etdilər, axır bir zat başarmayıb fərar qıldılar. Mülk və mahallarına Pənah  xan mütəsərrif və malik oldu. Onlar müzməhil və münqəriz oldular. Necə ki  zeyldə müxtəsər mərqum olacaqdır

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə