Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

SENTYABR   SEPTEMBER     MİRAS 53

tARİx   HISTORY



far countries like India and China rather fortified. Consequently, 

since 15th century colonies of the Indian merchants were created 

in Baku, Shamakhi, Tabriz and a lot of other cities of Azerbaijan 

and caravanserai built. Multani caravanserai of 15th century cur-

rently situated in Icharishahar was Indian Caravanserai on that 

time. 

Indian  merchants  were  basically  engaged  in  buying  raw  silk  in 

Shamakhi, Arash and other places. It is not occasional that “Sha-

makhi” quarter existed in the capital, Delhi in Middle Ages, the 

legend  on  Nagaranakhana  Village  of  Shamakhi  was  connected 

mainly  with  Indians.  All  these  factors  prove  existence  of  broad 

trade relations between two countries. 

Since 18th century Indian pilgrims came regularly 

to Surakhani ateshgah (fire temple) and that led 

to  restoration  of  fire  worship  in  the  area.  As  is 

known  from  the  written  sources,  in  that  time  In-

dian merchants built cells for Indian pilgrims and 

unique  monument-fire  temple  in  Surakhani.  The 

earliest  building  of  the  temple  belongs  to  1713; 

temple-an  altar  was  established    in  the  center  in 

1810 by merchant Kanchanagar’s means. In 1950 

Indian scientist J.M.Unvala published the photo of 

16 epitaphs in Ateshgah, as well as Persian epitaph 

with the short reading, offered by himself.

English  traveller  Jackson    cites  18  epitaphs  in 

Ateshgah and five of them are dedications. The first 

epitaph  belongs  to  1713,  the  last  -to  year  1827. 

The  names  of  people  helped  the  construction  of 

cells are reminded in the epitaphs. Some epitaphs 

were written with qurmukhi fonts and others with 

naqari  font.  Most  of  Indians  lived  in  Ateshgah 

came from the country’s north - Lahor, Tenessiri-

ma,  Kachbudi,  Multan.  Indian  pilgrims  used  the 

aid of Indian merchants, especially money of Sbor 

Maqundaj  leased  Salyan  fishery,  spent  their  day 

with fire worship. After Indian merchants stopped 

their travel Indian pilgrims left those places gradu-

ally and the last Indian returned to India in 1880. 

Ateshgah which was for long term ruined, was restored in 70s of 

last century on the eve of India’s prime minister Indira Gandhi to 

Baku and therefore Gandhi left pleasurably the Ateshgah.

Since 16th century political relations were set up which are impor-

tant from statehood standpoint between two states. This time was 

significant with establishment of Sefevyds State in Azerbaijan and 

Great Mughal Empire in India. Though founders of both states, 

Shah Ismail I and Babur were initially allies, the official interests 

were spoilt gradually because of Kandahar City, having strategi-

cally great importance from trade viewpoint.

xeyli  genişlənmişdir.  Nəticədə  XV  əsrdən  etibarən  Bakıda, 

Şamaxıda, Təbrizdə və Azərbaycanın bir sıra digər şəhərlərində 

hind tacirlərinin koloniyaları yaranmağa başlamış, karvansara-

lar tikilmişdir. Hazırda İçəri Şəhərdə XV əsrə aid edilən Multanı 

karvansarayı  da  məhz  həmin  dövrə  aid  Hind  karvansarayı 

olmuşdur. 

Hind  tacirləri  başlıca  olaraq  Şamaxıda,  Ərəşdə  və  digər 

yerlərdə  xam  ipək  almaqla  məşğul  olmuşlar.  Təsadüfi  deyil 

ki,  paytaxt  Delhidə  orta  əsrlərdə  “Şamaxı”  məhəlləsi  mövcud 

olmuş,  Şamaxının  Nağaranaxana  kəndi  ilə  bağlı  əfsanə  də 

məhz hindlərlə əlaqədar olmuşdur. Bütün bu faktorlar iki ölkə 

arasında geniş ticari əlaqələrinin olmasına dəlalət edir. 

XVIII  əsrdən  etibarən  hind  zəvvarları  mütəmadi  olaraq 

Suraxanı atəşgahına gəlməyə başlayırlar və bu da həmin ərazidə 

oda  sitayişin  bərpa  olunmasına  gətirib  çıxarır. 

Yazılı  mənbələrdən  bəlli  olduğu  kimi  həmin 

vaxt  hind  tacirləri  Suraxanıda  nadir  abidə-

od  məbədi  və  hindli  zəvvarlar  üçün  hücrələr 

tikdiriblər. Məbədin ən erkən tikilişi 1713-cü ilə 

aid olmaqla, mərkəzə məbəd-səcdəgahı 1810-cu 

ildə  tacir  Kançanaqarın  vəsaiti  hesabına  ərsəyə 

gəlmişdir.  1950-ci  ildə  hind  alimi  C.M.Unvala 

Atəşgahdakı  16  kitabənin,  o  cümlədən  farsca 

kitabənin, özünün təklif etdiyi müxtəsər oxunuşu 

ilə fotoşəklini dərc etdirmişdir.

İngilis  səyyahı  Cekson  Atəşgahda  18  kitabəni 

qeyd  etmişdir  ki,  bunların  5-i  ithafdır.  İlk 

kitabə  1713-cü  ilə,  sonuncu  isə  1827-ci  ilə  aid-

dir.  Kitabələrdə  hücrələrin  tikintisinə  yardım 

göstərmiş  şəxslərin  adları  xatırlanır.  Kitabələrin 

bəziləri  qurmukhi,  bəziləri  isə  naqari  şrifti  ilə 

yazılmışdır.  Atəşgahda  yaşayan  hindlilərin 

çoxu  əksərən  ölkənin  şimalından  –  Lahor-

dan,  Tenessirimadan,  Kaçbudidən,  Multandan 

gəlmişlər. Hind tacirlərinin, xüsusilə Səlyan balıq 

vətəgələrini icarəyə götürmüş Sobr Maqundacın 

pul  yardımında  istifadə  edən  hind  zəvvarlar 

bütün günlərini oda sitayiş etməklə keçirirdilər. 

Hindli  tacirlərin  gediş-gəlişi  kəsildikdən  sonra 

hind zəvvarları da buraları tədricən tərk etməyə 

başlayırlar və sonuncu hindli 1880-cı ildə Hindis-

tana qayıtmış olur. 

Uzun  müddət  viranə  halda  olmuş  atəşgah  ötən  əsrin  70-ci 

illərində Hindistanın baş naziri İndira Qandinin Bakıya səfəri 

ərəfəsində bərpa olunmuş və bu səbəbdən Qandi də atəşgahdan 

olduqca məmnun ayrılmışdır.

XVI  əsrdən  etibarən  iki  dövlət  arasında  dövlətçilik  baxımdan 

əhəmiyyətli  olan  siyasi  münasibətlər  qurulmağa  başlayır.  Bu 

dönəm  Azərbaycanda  Səfəvi  dövləti,  Hindistanda  isə  Böyük 

Moğol  imperiyasının  yaranması  ilə  əlamətdar  olub.  Hər  iki 

dövlətin qurucuları olan İ Şah İsmayıl və Babur ilk əvvəl müttəfiq 

olsalar  da  tədricən  dövlət  maraqları  ticarət  baxımdan  mühüm 

Kaurilərdən qədim 

dövrlərdə mübadilə 

vasitəsi kimi 

istifadə olunmuşdur. 

Mingəçevirdə və 

Azərbaycanın digər 

yerlərində Tunc 

dövrünə və erkən 

orta əsrlərə aid çoxlu 

kaurinin tapılması 

Azərbaycanın 

Hindistanla ticarət 

əlaqələrinin 

mövcudluğuna 

dəlalət edir. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə